image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-7c634705f9faeacfb15c106eaf7df5ea_3725912

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi

image-legitimaz-810x90

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Beş il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir.

Xankəndidə keçirilən parad həm də uzun illər  beynəlxalq aləmdə ölkəmizə qarşı qərəzli mövqe tutan işğal faktoru ilə barışmağımızı istəyən antiazərbaycan qüvvələri üzərində diplomatik qələbəmizin ifadəsi idi.

2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, Azərbaycan tarixi ədaləti bərpa etdi.                       20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı.

Azərbaycanın 8 Noyabr- Zəfər günündə Xankəndidə hərbi parad keçirməsi regionda sabitliyə maneə olmaq istəyən qüvvələrə önəmli bir mesaj oldu.
Bu parad anda sədaqətin, peşəkar, döyüş ruhlu, fədakar xalqının milli ləyaqətini bərpa edən  XXI əsrin yenilməz  şanlı ordusunun nümayişi idi.

Bu gün Xankəndidə dalğanan ay-ulduzlu üçrəngli bayrağımız haqqın-ədalətin rəmzidir. Bu bayraq dövlətimizin xalqımızın varlığıyla yanaşı dünyadakı gücünün nişanəsidir. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad bu uğurun zirvə nöqtəsi idi. 

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki