image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-a1-2112

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi

image-legitimaz-810x90

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.

8 noyabr 2023-cü il  Qürur salnaməmizin daha bir qızıl möhürlü günüdür. Həmin  gün zirvələr yaraşığı ay-ulduzlu, üçrəngli bayrağımız Xankəndidə Zəfər paradında məğrur-məğrur dalğalandırılaraq dosta sevinc, düşmənə  göz dağı oldu. Həmin möhtəşəm tarixdə bütün dünya Xankəndidə yaşanan zəfər ehtişamının tamaşasına durdu. Qarabağdan ucalan təntənəli qələbə marşının sədaları altında çiyin-çiyinə addımlayan ürəyi vətən sevdalı azman Azərbaycan oğulları başlarını dik tutaraq  fəxarətlə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi, Azərbaycan xalqını, şəhidlərimizin ruhunu salamladılar. Beş il əvvəl noyabrın 8-də Şuşada qazandığımız parlaq qələbənin xoşbəxtliyini Xankəndidə keçirilən Zəfər paradında bir daha yaşadıq. 44 günlük Vətən müharibəsində qazanılan zəfərin möhtəşəm nəticəsi idi ki, 2023-cü ilin payızında suverenliyimizin tam bərpasına nail olduq. Oktyabrın 15-də Xankəndidə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Azərbaycan bayrağının dalğalandırılması parlaq Zəfərimizin ən böyük töhfə idi.  Bu həm də cənab Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” haqq nidasının qızıl imzalı təsdiqi oldu.

Bu Qələbənin qazanılması onilliklər boyu davam edən dövlət quruculuğunun, müasir dünyanın ən yaxşı ordularından birinin yaradılması nəticəsində mümkün oldu. Keçmiş SSRİ-dən qalmış ağır sosial-iqtisadi mirası səmərəli şaxələndirilmiş iqtisadi islahatlar sayəsində aradan qaldıran və dövlət problemlərinin həllinə uyğunlaşdırılmış siyasi sistem yaradan Azərbaycan rəhbərliyi 44 gündə misilsiz qələbə qazandı.  Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bu parad sadəcə bir hərbi ritual deyildi, bu, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qələbə təntənəsi idi.

Şəhla Eminova – Zərdab şəhər sakini, 1 saylı məktəb liseyn direktor müavini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki