Vətənpərvərlik amili
Vətənpərvərlik hər bir xalqın milli birliyinin, dövlətin möhkəmliyinin və cəmiyyətin inkişafının əsas dayaqlarından biridir. Bu amil insanın doğulduğu torpağa bağlılığını, dövlətinə sədaqətini və vətən üçün fədakarlıq etməyə hazır olmasını əks etdirir. Azərbaycan xalqı üçün vətənpərvərlik yalnız mənəvi dəyər deyil, həm də həyat tərzinin və milli kimliyin vacib hissəsidir.
Vətənpərvərlik amili ilk növbədə insanın öz torpağını, dilini, mədəniyyətini və tarixini sevməsi ilə bağlıdır. Bu hiss gənclərin vətən üçün məsuliyyət hissi ilə böyüməsinə, milli dəyərlərə hörmətlə yanaşmasına və gələcək nəsillərə vətən sevgisini ötürməsinə xidmət edir. Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə və xalqın tarixi təcrübəsi vətənpərvərlik amilinin əhəmiyyətini daha da artırır.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasətində bu amilə xüsusi diqqət yetirməsi, onların milli-mənəvi dəyərlər əsasında formalaşmasını təmin etmişdir. Dövlət proqramları, gənclər forumları, təhsil və idman layihələri gənclərin vətənpərvər ruhda yetişdirilməsinə xidmət edir.
Vətənpərvərlik yalnız mənəvi və ideya sahəsində deyil, həm də praktiki fəaliyyətlə özünü göstərir. Gənclərin dövlət quruculuğunda, ictimai layihələrdə fəal iştirakı, eləcə də müharibə və böhran dövrlərində göstərdikləri fədakarlıq bu amilin ən bariz nümunələridir. 2020-ci il Vətən Müharibəsi zamanı Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq, yüksək vətənpərvərlik nümunəsi olaraq tarixdə qalacaqdır.
Beynəlxalq səviyyədə də vətənpərvərlik amili milli kimliyi qoruyaraq ölkənin nüfuzunun artırılmasına xidmət edir. Azərbaycan gənclərinin beynəlxalq forumlarda və layihələrdə fəal iştirakı və ölkəni layiqincə təmsil etməsi vətənpərvərlik ruhunun müasir ifadəsidir.
Nəticə etibarilə, vətənpərvərlik amili Azərbaycanın dövlətçiliyinin, xalqın birliyinin və gənclərin inkişafının əsas faktorlarından biridir. Bu amil gənclərin hər bir fəaliyyətində və qərarında milli dəyərlərə, dövlətin və xalqın mənafeyinə sadiq olmasını təmin edir və ölkənin gələcəyini möhkəm zəmin üzərində qurur.
Zərdab şəhər H.Zərdabi adına
1 nömrəli məktəb-liseyin direktor müavini Şəhla Eminova





















