image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-gxelerribatw

Vətənə sədaqətli xidmət nümunəsi

image-legitimaz-810x90

Vətənə sədaqətli xidmət nümunəsi

Ümummilli Lider Heydər Əliyevin ümumilikdə  hakimiyyətinin hər iki dövrü Azərbaycanın bu günü və gələcəyi ilə bağlı qərarlarla, təşəbbüslərlə, biri-birindən mühüm addımlarla zəngindir. Müdrik dövlət xadimi, görkəmli siyasətçi, Ulu Öndər Heydər Əliyev ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək ölkəmizin zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail oldu. Dahi şəxsiyyət Azərbaycanı bütün dünyaya humanist dövlət kimi tanıtdı.

1993-cü il oktyabrın 3-də qədirbilən xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Həmin gün ölkəmizdə keçirilən prezident seçkilərində xalqımızın böyük əksəriyyəti Ulu Öndər Heydər Əliyevə etimad göstərdi, özünün Prezidenti seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etməklə, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Beləliklə, Azərbaycan xalqının gələcək taleyini müəyyən edən mühüm başlanğıcların əsası qoyuldu. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmaqla, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki