image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-7c634705f9faeacfb15c106eaf7df5ea_3725912-810x410

 Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı

image-legitimaz-810x90

Vətən Müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı

Tarixə nəzər saldıqda zaman-zaman ermənilərin işğalçılıq siyasətinin, Azərbaycana qarşı olan torpaq iddialarının şahidi oluruq və bu məkrli siyasət erməni xislətinin sağalmayan sindiromudur. Bölgədə hər zaman təxribat və terrora əl atan ermənilər 1988-ci ildən başlayaq açıq şəkildə ölkəmizə qarşı torpaq iddialarına başladılar və nəticə etibarı ilə Azərbaycanın 20 faiz ərazisini işğal edərək 30 ilə yaxın bir müddət ərzində ərazilərimizi əsarətdə saxladılar. Bu müddət ərzində Azərbaycan Ermənistanla danışıqlar masasında münaqişənin həlli istiqamətində konstruktiv mövqe nümayiş etdirərək sülh mövqeyini ortaya qoydu. Lakin Ermənistan sülh danışıqlarından boyun qaçıraraq cəbhədə silsilə təxribatlara əl atmağa davam etdi. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan cəbhə xəttində genişmiqyaslı hərbi təxribatlara başladı və düşmənin hərbi təxribatının qarşısının alınması üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı, cəmi 44 gün ərzində düşmən qüdrətli ordumuzun qarşısında diz çökdü.                Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür.

44 günlük şanlı Vətən Müharibəsində Azərbaycan xalqı 30 il davam edən işğala son qoymaq üçün öz ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında birləşdi, birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdular. Böyük qürur hissi ilə deyə bilərik ki, Ermənistan cəmi 44 günə Azərbaycan qarşısında diz çökdü, 30 illik münaqişəyə Azərbaycan öz gücü, qüdrəti ilə son qoydu və tarixi ədaləti bərpa etdi. Prezident cənab İlham Əliyev Azərbaycan tarixinə xilaskar və Müzəffər Komandan kimi adını yazdırdı.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır və Azərbaycan diktə edən tərəf kimi öz uğurlu diplomatik gedişlərini icra etməkdədir. Dünya ölkələri, xüsusilə də Qərb dünyası yeni reallığı dərk edir və bununla barışmalı olur. İqtisadi cəhətdən yüksək inkişafa nail olmuş Azərbaycan uğurlu müstəqil xarici siyasət yürüdür və qalib tərəf kimi bölgədə dayanıqlı sülhün bərqərar olması üçün öz müsbət töhfələrini verir.

Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentimizə xalqın inam və etimadı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident cənab İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. 19-20 sentyabrda şanlı ordumuzun Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələrinə qarşı keçirdiyi 24 saatlıq antiterror tədbirləri də dövlətimizin gücünü göstərdi. Artıq Azərbaycanın suverenliyi tam təmin olunub. Bu yolda canını qurban vermiş bütün şəhidlərimizin ruhu şaddır. Beləliklə, müstəqil Azərbaycanın tarixində yeni dövr başlayıb. Prezident cənab İlham Əliyevin liderliyi ilə ölkəmiz bundan sonra da yeni-yeni zəfərlər qazanacaq.

 

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki