image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-558972104_1357714412375000_8678351679299558805_n

Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır

image-legitimaz-810x90

Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır

Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşündə yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdi. Qəbələdə baş tutan toplantı bu dəfə sülh və təhlükəsizlik mövzusu çərçivəsində aparılan effektiv müzakirələrlə yadda qaldı. Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparıldı, praktiki tərəfdaşlığın aktual məsələləri müzakirə edildi. Azərbaycan bu dəfə də yüksək səviyyəli ev sahibi kimi təşkilatın gələcək prioritetləri ilə bağlı öz mövqeyini ortaya qoydu. Dövlət başçımız türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyini bəyan etdi. Cənab Prezidentin də bəyan etdiyi kimi, “Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və Qəbələdəki Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.”

Rəsmi Bakı türk dünyasının bir parçası kimi TDT-ni sadəcə əməkdaşlıq platforması kimi deyil, həm də geosiyasi mərkəz kimi görür və bu istiqamətdə səylərin birləşdirilməsinin tərəfdarıdır.

Təşkilata üzv ölkələr əhəmiyyətli geostrateji mövqe başda olmaqla, müsbət demoqrafiya, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar kimi vacib potensialı düzgün dəyərləndirməklə qarşıda duran hədəfləri reallaşdırmağa nail olur.

Azərbaycan Prezidentinin ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın dərinləşdirilməsinə dair təklifi bu baxımdan təsadüfi sayılmamalıdır. Belə ki, 30 ilə yaxın işğaldan əziyyət çəkən və beynəlxalq hüququ, ədaləti öz gücü hesabına təmin edən ölkənin rəhbəri kimi Azərbaycan Prezidenti hərbi gücün hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amili olduğunu bir daha xatırlatdı. Birgə hərbi təlimlər, hərbi sahədə işbirliyinin möhkəmlənməsi həm də qlobal güclərin böyük maraq göstərdiyi Orta Dəhlizin təhlükəsizliyinin qorunması baxımından vacibdir. Cənab Prezident bu xüsusda Zəngəzur dəhlizinin vacibliyinə də diqqət çəkdi. TDT üzvləri də bu qənaətdədir ki, Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan 44 günlük Vətən müharibəsinin nəticələrinə uyğun olaraq Cənubi Qafqazda regional sülh üçün münbit zəmin yaradıb. Postmüharibə dövründə Prezident cənab İlham Əliyevin iradəsi ilə sülhyaratma prosesi başlanıb. Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə mühüm razılaşmalar əldə olunub, sülh sazişi paraflanıb. Minsk qrupu artıq ləğv edilib və münaqişə artıq beynəlxalq gündəlikdən çıxarılıb. Vaşinqtonda əldə olunan Zəngəzur dəhlizi (Tramp marşrutu) razılaşması bütün türk coğrafiyası üçün böyük əhəmiyyət daşıyır. Bu marşrut Orta Dəhlizin bir qolu kimi inkişaf etdirilərək, Mərkəzi Asiyada yerləşən türkdilli ölkələrin yüklərinin Azərbaycan və Türkiyə ərazisindən keçməklə Avropaya tez və rahat çatdırılmasını təmin edəcək.

Qəbələ Zirvə Görüşü Azərbaycanın artan gücünü və Türk dünyasında həmrəyliyin güclənməsində liderliyini nümayiş etdirib. Görüşə qatılan qardaş ölkələrin liderləri TDT-nin uğurlarında Azərbaycanın roluna xüsusi diqqət çəkiblər. Qəbələ Zirvə Görüşü Türk dünyasının inkişafında yeni strateji mərhələyə atılan addım kimi dəyərləndirilə bilər.

Qəbul olunan qərarlar və Birgə Bəyanat Türk dünyasının qarşıdakı strateji hədəflərini müəyyənləşdirir. Azərbaycan yaratdığı reallıqlar vasitəsilə enerji, yaşıl keçid, nəqliyyat, rəqəmsal infrastruktur və digər sahələrdə əməkdaşlıq imkanlarını genişləndirir. Süni intellekt texnologiyaları sahəsində əməkdaşlıq isə dövrün zəruri çağırışıdır. Artıq türk dövlətləri hərbi-texniki sahədə birgə fəaliyyətlərə start verməlidir.

Qəbələdə TDT-yə üzv ölkələrin dövlət başçılarının səsləndirdiyi mesajlardan aydın oldu ki, bu gün türk coğrafiyasının birliyi zərurətdir və türk dövlətləri bu istiqamətdə imkanları daha sıx birləşdirməyə çalışır.

 

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki