image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-heyder212

Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində də  Azərbaycanın bu günü üçün mühüm qərarlar qəbul edilmişdir

image-legitimaz-810x90

Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində də  Azərbaycanın bu günü üçün mühüm qərarlar qəbul edilmişdir

Azərbaycanın bu gününü müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə müqayisə etdikdə hansı çətinlikləri arxada qoyduğumuzu, daha dəqiq desək, bugünümüz üçün kimə borclu olduğumuzu daha dərindən dərk edir və böyük əminliklə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

3 oktyabr 1993-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq  Prezident seçilən Ulu Öndər Heydər Əliyev  1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən göz önünə ilk olaraq xilaskarlıq missiyası gəlir.  Azərbaycanın müstəqilliyinin daimiliyini təmin edən  Ulu Öndər Heydər Əliyevin  Azərbaycanın bugünü üçün gördüyü işlərin əsasında Onun uzaqgörənliyi, Vətəninə, xalqına bağlılığı dayanırdı.  Dahi şəxsiyyətin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcəkdə müstəqilliyini düşünərək atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Belə ki,  Azərbaycan gənclərinin keçmiş İttifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, həmçinin Ümummilli Liderin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində atdığı addımlar bugünümüzə və gələcəyimizə hesablanmışdı.

Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində də  Azərbaycanın bu günü üçün mühüm qərarlar qəbul edilmişdir. Bunlardan biri  dünya azərbaycanlılarının birliyinə, həmrəyliyinə xidmət edən qərarın-31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsini qeyd edə bilərik. Ulu Öndərin Naxçıvan fəaliyyətindən bəhs edərkən bu gün ölkəmizin həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. 1992-ci il 21 noyabr tarixində təsis konfransını  Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyasının yaradılması ilə ölkəmizin həyatında yeni mərhələ başlandı.  Partiyanın yaradılmasından çox keçmədi ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı.

Bu ta­ri­xi pa­ra­lel daim xal­qı­mız tə­rə­fin­dən apa­rı­lır ki, Ümum­mil­li Li­der Hey­dər Əli­yev ne­cə ha­ki­miy­yə­ti­nin bi­rin­ci döv­rün­də Azər­bay­ca­nı keç­miş İt­ti­fa­qın ge­ri­də qal­mış öl­kə­sin­dən ən qa­baq­cıl öl­kə­si­nə çe­vir­di, elə­cə də 1993-cü il­də ha­ki­miy­yə­tə qa­yı­dı­şı ilə Azər­bay­ca­nı ye­ni­dən qur­du.  Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi.  Ulu Ön­də­rin uzaq­gö­rən si­ya­sə­ti­nin nə­ti­cə­si ola­raq iq­ti­sa­diy­ya­tı­mı­zın in­ki­şa­fın­da neft ami­li­nə yük­sək də­yər ve­ril­di, ma­lik ol­du­ğu­muz tə­bii re­sur­s­lar­dan sə­mə­rə­li is­ti­fa­də et­mək məq­sə­di­lə gər­gin səy­lə­rin nə­ti­cə­sin­də 1994-cü il 20 sen­t­yabr ta­ri­xin­də “Əs­rin mü­qa­vi­lə­si” im­za­lan­dı. Bu­nun­la da Azər­bay­ca­nın iq­ti­sa­di müs­tə­qil­li­yi­nin əsa­sı qo­yul­du, si­ya­si müs­tə­qil­lik üçün möh­kəm tə­məl for­ma­laş­dı. “Əs­rin mü­qa­viləsi”nin əhə­miy­yə­tin­dən bəhs edər­kən onun iq­ti­sa­di tə­rə­fi ilə ya­na­şı, si­ya­si əhə­miy­yə­ti da­ha çox təh­lil edi­lir. Çün­ki bu sa­ziş Azər­bay­ca­na ina­mı ar­tır­dı, eti­bar­lı tə­rəf­daş ki­mi nü­fuz qa­zan­ma­sın­da mü­hüm rol oy­na­dı.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki