image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1302047_3

Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı

image-legitimaz-810x90

Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı

1992-ci ilin 21 noyabrı müasir Azərbaycan siyasi tarixinin dönüş nöqtələrindən biri kimi yadda qalıb. Məhz həmin gün Naxçıvan şəhərində ölkənin ən çətin və taleyüklü dövründə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu tarixi addım dövlətin gələcək inkişaf modelinin formalaşmasında, siyasi sabitliyin bərqərar olmasında və milli həmrəyliyin təmin edilməsində əvəzsiz rol oynadı. 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayda Yeni Azərbaycan Partiyasına cənab İlham Əliyev sədr seçildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrildi.  Cənab Prezidentin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” tezisi YAP-ın dövlətçilik fəlsəfəsinin əsasını təşkil edir.

2021-ci ildə keçirilən VII qurultay partiyanın institusional inkişafında yeni mərhələnin əsasını qoydu. Qurultayda partiyanın yeni Nizamnaməsi, struktur islahatları, İdarə Heyətinin və Veteranlar Şurasının tərkibi təsdiq edildi. Mehriban xanım Əliyevanın YAP sədrinin birinci müavini təyin edilməsi partiyanın fəaliyyətində yeni keyfiyyət mərhələsi yaratdı və ictimai-siyasi həyatda Azərbaycan qadınının rolunun daha da yüksəldiyini nümayiş etdirdi. Partiyanın yeni Proqramında müasir dövrün çağırışlarına uyğun olaraq dövlətçilik, sosial ədalət, multikulturalizm, şəffaflıq və beynəlxalq əməkdaşlıq kimi strateji istiqamətlər ön plana çıxır. Son illərdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkiləri YAP-ın ölkə üzrə dominant siyasi qüvvə olduğunu bir daha təsdiqlədi. 2024-cü il prezident seçkilərində cənab İlham Əliyevin 92,12% səs toplanması xalqın dövlətçilik siyasətinə inamının ən yüksək təzahürüdür. 2024-cü il parlament və 2025-ci il bələdiyyə seçkilərində də YAP parlaq qələbələr əldə etmişdir. 21 noyabr 1992-ci ildə əsası qoyulan Yeni Azərbaycan Partiyası bu gün müasir, güclü və müstəqil Azərbaycanın ideya-siyasi dayağıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti, Prezident İlham Əliyevin müasir çağırışlara uyğun olaraq inkişaf etdirdiyi milli siyasət YAP-ı ölkənin aparıcı siyasi qüvvəsi, sabitliyin və inkişafın təminatçısı etmişdir. Yeni Azərbaycan Partiyasının tarixi yalnız bir siyasi təşkilatın deyil – müasir Azərbaycan dövlətçiliyinin inkişaf salnaməsidir.

 

Gülağa İgəndərov – Zərdab Rayon Təhsil Sektorunun müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki