image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1763014224_c9b41daf66c3d540ea6e564f0c6f5032-780x470

Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı

image-legitimaz-810x90

1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, Azərbaycan xalqının taleyində misilsiz rol oynayan bir siyasi yolun başlanğıcı oldu. Bu konfrans Heydər Əliyev ideyalarının təşkilatlanmış şəkildə siyasi həyata dönüşünü təmin etdi və Azərbaycan dövlətçiliyinin xilası üçün əsaslı zəmin yaratdı. Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, vətəndaş qarşıdurması, iqtisadi tənəzzül və torpaqların itirilməsi fonunda xalqın qətiyyətli liderə, güclü dövlətçilik konsepsiyasına ehtiyacı vardı. Bu ehtiyacı isə yalnız Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, müdrikliyi və uzaqgörənliyi ödəyə bilərdi.

Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndər Heydər Əliyevin dövlətçilik baxışlarının təşkilati ifadəsinə çevrildi. Onun müəyyən etdiyi siyasi kurs müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını qoydu: güclü dövlət quruculuğu, sabitlik, vətəndaş həmrəyliyi, iqtisadi islahatlar, dünya birliyində layiqli mövqe və milli maraqların qorunması. Sonrakı illər göstərdi ki, bu kurs yalnız ölkəni dağılmaq təhlükəsindən xilas etmədi, həm də onu müasir, dinamik və regional güc mərkəzinə çevirdi.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsi uğurla və qətiyyətlə davam etdirilir. Onun müzəffər davamçısı olan Prezident İlham Əliyev Heydər Əliyev ideyalarını yeni dövrün çağırışlarına uyğun inkişaf etdirərək Azərbaycanı daha güclü mərhələyə yüksəldib. Cəna Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadi, sosial və diplomatik sahələrdə böyük nailiyyətlər qazanmış, ordu quruculuğu gücləndirilmiş, nəhayət, 2020-ci ildə tarixi Qələbə ilə ərazi bütövlüyü təmin edilmişdir. Bu Qələbə Heydər Əliyevin “Güclü dövlət – güclü ordu” strategiyasının parlaq bəhrəsi, siyasi mirasının ən möhtəşəm təcəssümü oldu.

YAP-ın təsis konfransının keçirilməsindən 1992-ci ildən bəri keçən müddət göstərir ki, Heydər Əliyevin müəyyən etdiyi yol həm zamanın sınağından çıxmış, həm də Azərbaycan xalqının iradəsi ilə təsdiqlənmişdir. Bu siyasi mirasın bu gün də ardıcıl şəkildə həyata keçirilməsi dövlətimizin daha da möhkəmlənməsinə, xalqın rifahının yüksəlməsinə və Azərbaycanın regionda söz sahibinə çevrilməsinə xidmət edir.

Beləliklə, Ulu Öndərin siyasi irsi yalnız keçmişin deyil, həm də bu günün və gələcəyin qələbə yoludur. Heydər Əliyev ideyalarının müzəffər davamçısı olan cənab Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə aparmaqda qətiyyətini davam etdirir və bu, ölkəmizin dayanıqlı inkişafının ən mühüm təminatıdır.

 

Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki