image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1302047_3

Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı

image-legitimaz-810x90

Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı

 

Yeni Azərbaycan Partiyasının tarixi təkcə bir siyasi təşkilatın formalaşması deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarının möhkəmləndirilməsi prosesi kimi qiymətləndirilir. Bu prosesin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf modeli, dövlətçilik fəlsəfəsi və siyasi xətt dayanır. Heydər Əliyevin yaratdığı siyasi irs Azərbaycan xalqının taleyində dönüş yaradan, dövlətimizin möhkəmlənməsinə, müstəqilliyin əbədiliyin təmin olunmasına yönəlmiş strateji yol xəritəsidir. Bu irsin qorunması və davam etdirilməsi isə müstəqil Azərbaycan dövlətinin ən mühüm vəzifələrindən biri olmuşdur. 2005-ci il 26 mart tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının III qurultayında partiyanın yeni sədri kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin seçilməsi Heydər Əliyev siyasi xəttinin davamlılığı baxımından tarixi qərar idi. Bu seçim həm partiya üzvlərinin, həm də Azərbaycan xalqının inamını və etimadını əks etdirərək dövlətçilik yolunun ardıcıl şəkildə davam etdirilməsinin təminatına çevrildi. İlham Əliyevin YAP-ın sədri seçilməsi Ulu Öndərin siyasi mirasının qorunması və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi istiqamətində mühüm mərhələ oldu.Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm siyasi sabitlik, həm iqtisadi inkişaf, həm də beynəlxalq nüfuz baxımından yeni yüksəliş mərhələsinə qədəm qoydu. Onun həyata keçirdiyi siyasət Heydər Əliyev ideyalarının müasir dövrün reallıqları ilə sintez olunmuş davamıdır. Dövlət idarəçiliyində ardıcıllıq prinsipinə sadiqlik, müstəqilliyin möhkəmləndirilməsi, modernləşmə, təhlükəsizlik və sosial rifah kimi strateji istiqamətlər bu irsin əsas mahiyyətini təşkil edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatlar, regional inkişaf proqramları, sosial təminat tədbirləri və modern iqtisadi modelin qurulması Ulu Öndərin müəyyən etdiyi xəttin uğurla davam etdirildiyini sübut edir.Bu siyasi ardıcıllığın ən möhtəşəm təsdiqlərindən biri isə 2020-ci ildə əldə olunan tarixi Zəfərdir. Azərbaycan Ordusunun qəhrəmanlığı və Prezident İlham Əliyevin qətiyyətli siyasi-iradi rəhbərliyi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu Zəfər Heydər Əliyev siyasətinin strateji hədəflərinin reallaşması, onun dövlətçilik ideyalarının təntənəsi kimi qiymətləndirilir.Yeni Azərbaycan Partiyasının müasir dövrdəki fəaliyyəti Ulu Öndər Heydər Əliyevin siyasi mirasının sistemli şəkildə qorunması və inkişaf etdirilməsi ilə səciyyələnir. Prezident İlham Əliyev bu siyasi mirasın müzəffər davamçısı kimi Azərbaycanı daha güclü, daha müasir və daha təhlükəsiz gələcəyə aparmaq missiyasını böyük uğurla həyata keçirir.

 

Zərdab rayon Məmmədqasımlı kənd sakini-Musayeva Gülşən İsa qızı oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki