image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-c04f02795867ed2bf7fe3b6671d51e0b

Ukrayna təhlükəsizlik xidməti məşhur deputatı axtarışa verdi – Azərbaycana da buraxılmamışdı

image-legitimaz-810x90

Ukrayna Təhlükəsizlik Xidməti Dövlət Dumasının deputatı, sabiq boksçu Nikolay Valuyevi axtarışa verib.

Xeberaz.info xəbər verir ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin bazasında əksini tapıb.

Məlumata görə, Valuyev 2022-ci ildə Xmelnitski vilayəti üzrə SBU xətti ilə beynəlxalq axtarışa çıxarılıb. Ona Ukraynanın ərazi bütövlüyünə qəsd ittihamı üzrə iş açılıb və ağır nəticələrə səbəb olan fəaliyyətinə görə barəsində cinayət işi qaldırılıb.

Valuyevin adı həmçinin Ukraynanın məşhur “Mirotvorets” saytında da yer alır. Qeyd edək ki, bu ilin fevralında o, anti-Azərbaycan bəyanatlarına görə Azərbaycana da girişdən məhrum edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki