Ukrayna Rusiya gəmilərinə hücum etmək üçün Liviyada bazalar qurub. 200-dən çox zabitdən ibarət Ukrayna kontingenti Misrata aviabazası və Mellita bölgəsi də daxil olmaqla üç obyektdə yerləşdirilib.
Xeberaz.info xəbər verir ki, bu barədə “Radio France İnternationale” məlumat yayıb.
“Ukrayna hərbçilərinin hava və dəniz dronlarının buraxılması üçün tam təchiz olunmuş bazası var. Baza Tripolidən təxminən 50 km şimalda və Liviyanın ən böyük fəaliyyətdə olan neft komplekslərindən birinin yanında yerləşir”, – məlumatda bildirilib.
Radio qeyd edib ki, Ukrayna hərbçilərinin Liviyada yerləşdirilməsi ilə bağlı razılaşma 2025-ci ilin oktyabrında imzalanıb. Əvəzində ukraynalılar liviyalılara PUA-lardan istifadə etməyi öyrədir.


























