image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-e2965877269516cf61880904f870b12d

Türkiyə ABŞ sanksiyalarına görə Milli döyüş təyyarəsi istehsalını gecikdirir

image-legitimaz-810x90

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, milli döyüş təyyarəsi KAAN-ın istehsalı ABŞ sanksiyaları səbəbindən ləngiyir.

Xeberaz.info xəbər verir ki, nazirin sözlərinə görə, təyyarə üçün mühərriklərin ABŞ Konqresində saxlanılması və CAATSA qanunu əsasında lisenziyaların dayandırılması, istehsalın başlamasına mane olur. CAATSA 2019-cu ildə Türkiyənin Rusiya S-400 sistemlərini alması sonrası qüvvəyə minib.

Fidan qeyd edib ki, “KAAN”ın istehsalını başlatmaq üçün lisenziyaların təsdiqlənməsi və mühərriklərin təyyarəyə çatdırılması vacibdir.

Nazir həmçinin bildirib ki, bu kimi məhdudiyyətlər NATO müttəfiqləri arasında “sistemli problem”dir və tərəfdaşlıq ruhuna uyğun gəlmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki