“Azəriqaz” İB-nin Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi Elmir Bayramovun iştirakı ilə Tərtər rayonunda vətəndaş qəbulu baş tutub.
Xeberaz.info xəbər verir ki, qəbulda Tərtər rayon sakinlərinin qaz təchizatı ilə bağlı problemləri dinlənilib. Görüşdə əsasən fərdi qazlaşma, qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ünvanlanıb. Tərtər RQİİ-nin rəhbərliyi qəbula üz tutan sakinlərin müraciətlərini fərdi olaraq dinləyib, bir sıra məsələlər yerində baxılaraq həllini tapıb.

























