image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-558889947_1357714292375012_9222815572823757381_n

Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil

image-legitimaz-810x90

Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil

Türk dünyasının birliyinin, həmrəyliyinin təqdimatı olan Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XII Zirvə görüşü tarixi əhəmiyyət daşımaqla hazırkı geosiyasi çağırışlar fonunda TDT-nin sülhün və sabitliyin təmin olunmasında birgə səylər göstərmək niyyətini nümayiş etdirir. Azərbaycanın xarici siyasəti türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsini prioritetləşdirir.

Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Müasir dünyada dövlətlərin sabitliyi, iqtisadi inkişafı və sosial rifahı birbaşa olaraq təhlükəsizliklə sıx bağlıdır. Qlobal miqyasda artan gərginlik, silahlı münaqişələr, terrorizm, separatizm və kiberhücumlar fonunda hər bir dövlət öz milli təhlükəsizlik sistemini  gücləndirməyə, həmçinin beynəlxalq tərəfdaşlarla birgə müdafiə mexanizmləri yaratmağa çalışır. Bu baxımdan Türk Dövlətləri Təşkilatının çərçivəsində hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın geniçləndirilməsi mühüm strateji əhəmiyyət kəsb edir. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu, yeni geosiyasi toqquşmaların və münaqişələrin meydana gəldiyi dövrdə  ölkələrimiz arasında hərbi və hərbi-texniki  sahədə əməkdaşlığın inkişafı son dərəcə vacib amildir. Türk dövlətləri ortaq tarix, mədəniyyət və dəyərlərlə yanaşı, eyni zamanda ortaq təhlükəsizlik  maraqlarını da paylaşırlar. Bu baxımdan, təhlükəsizlik məsələlərində koordinasiyanın artırılması regional sabitlik üçün mühüm zəmin yaradır. Türk Dövlətləri Təşkilatı çərçivəsində  hərbi və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, qarşılıqlı müdafiə qabiliyyətinin artırılması və birgə təlimlərin keçirilməsi  regionda sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verir. Türk dövlətlərinin birliyi yalnız mədəni və iqtisadi sahələrdə deyil, həmdə müdafiə və təhlükəsizlik istiqamətində güclü strateji əməkdaşlığa əsaslanır. Bu birliyin möhkəmlənməsi  Türk dünyasının  qlobal miqyasda  vahid güc kimi formalaşmasına və beynəlxalq təhlükəsizlik sistemində öz layiqli yerini tutmasına imkan yaradacaqdır.

 

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki