image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-558309996_1357699565709818_363707331380288470_n

Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil

image-legitimaz-810x90

Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil.

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” devizi altında baş tutan sammiti türk dünyasının birliyinin və strateji tərəfdaşlığının möhkəmlənməsində mühüm mərhələ oldu. Artıq TDT yalnız mədəni platforma deyil, sülhün, dayanıqlı inkişafın və ortaq məsuliyyətin güclü beynəlxalq tribunasına çevrilib. Qəbələdə keçirilən XII sammit Türk Dövlətləri Təşkilatının fəaliyyətində yeni mərhələ açdı – məsləhətləşmə formatından ümumi tarix, dil və geosiyasi maraqlarla birləşən ölkələri əhatə edən tamhüquqlu beynəlxalq struktura çevrildi. İlkin mərhələdə mədəni və iqtisadi əməkdaşlıq meydanı kimi formalaşan TDT bu gün Xəzərdən Mərkəzi Asiyaya qədər uzanan geniş coğrafiyada siyasi konsolidasiyanın və iqtisadi yüksəlişin mühüm mexanizminə çevrilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan, eləcə də müşahidəçi ölkələr – Türkmənistan, Macarıstan və Şimali Kipr qarşılıqlı potensialların tamamlanmasına, vahid inkişaf baxışına əsaslanan yeni əməkdaşlıq arxitekturası yaradır. Sammitin məhz Azərbaycanda keçirilməsi dərin rəmzi məna daşıyır: ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmiz regionda mövqeyini gücləndirib və türk dünyasının inteqrasiyasının katalizatoruna çevrilib. Azərbaycanın TDT-dəki rolu, sadəcə, qurucu dövlət statusu ilə məhdudlaşmır. Prezident cənab İlham Əliyevin ardıcıl təşəbbüsləri nəticəsində təşkilat formal mədəni birlikdən, real təsir gücünə malik siyasi və iqtisadi blok səviyyəsinə yüksəlib. Bu istiqamətdə dövlətimizin başçısının Bişkek, Şuşa və Budapeşt Zirvə görüşlərində səsləndirdiyi çağırışlar, o cümlədən “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir” çağırışı artıq strateji konsepsiya xarakteri daşıyır. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilib. “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm” – deyə ölkə başçısı bildirib. Öz çıxışında Prezident İlham Əliyev qeyd edib: “Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.

2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”.

Zərdab Gənclər evi SXM-in metodisti – Cəlal Mecidli.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki