image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-577547469_1385034592976315_1035306511930890477_n

Tarixi Zəfərimiz xalqımızın  şərəf və qürur simvoludur

image-legitimaz-810x90

Tarixi Zəfərimiz xalqımızın  şərəf və qürur simvoludur

 

Ölkəmiz işğaldan ötən 30 il ərzində üzləşdiyi haqsızlıq və ədalətsizliyin təzahürlərinin Vətən müharibəsi günlərində bir daha şahidi oldu. Müharibənin ilk günlərində və uğurlu hərbi əməliyyatların davam etdiyi zaman, işğalçı Ermənistanı və qondarma rejimi müdafiə edən ölkələrin riyakarlığı da diqqətdən kənarda qalmadı. Münaqişənin “həlli” ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Fransa açıq-aşkar təcavüzkar dövlətə birmənalı dəstəyini ifadə etdi. Erməni lobbisinin təsiri altında olan ABŞ və digər Qərb dövlətlərinin bir sıra yüksək vəzifəli rəsmilərinin də ermənilərə dəstək mesajları Azərbaycana qarşı qərəzli mövqeyi, ədalətsizliyi göstərdi. Eləcə də Ermənistan və havadarlarının ölkəmizə təzyiq cəhdləri informasiya savaşında daha qabarıq şəkildə sərgilənirdi.

Bütün hədə və təhdidlərə, təxribatlara baxmayaraq, qətiyyətli sərkərdəmiz İlham Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirmək məharəti və məntiqli arqumentləri ilə bu təzyiq və haqsız hücumların hər birini darmadağın edərək ermənipərəst siyasəti iflasa uğratdı. Dövlət başçısı həm müharibə cəbhəsində, həm də diplomatik meydanda inamlı qələbələr qazandı, haqq savaşını qalib başa çatdırdı.

Tarixi Zəfərimiz xalqımızın  şərəf və qürur simvoludur. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş möhtəşəm Zəfər paradı keçirilib, 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri yan-yana adımlayıb. Hərbi paradda Vətən müharibəsinin ilk günlərindən sona qədər Azərbaycana siyasi və mənəvi dəstək verən, yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müzəffər Ali Baş Komandan İlham Əliyevlə iştirak etməsi sarsılmaz qardaşlığın xoş mənzərəsi idi.

Zəfər Günü 8 Noyabr Azərbaycan xalqının milli kimliyinin, azadlıq sevgisinin və dövlətçiliyinə sədaqətinin simvoludur. Bu tarix xalqımızın qan yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə vətənə məhəbbətin, birliyin və qəhrəmanlığın rəmzi kimi ötürüləcək.

Qoy 8 Noyabr Zəfər Günü hər zaman Azərbaycan xalqına güc, inam və qürur bəxş etsin. Qoy üçrəngli bayrağımız azad Qarabağ səmasında əbədi dalğalansın. Zəfər Günün mübarək, Azərbaycan!

 

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki