image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-azerbaycanilham

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi

image-legitimaz-810x90

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi

25 oktyabr tarixi 44 günlük müharibənin gedişində əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. 2020-ci il Sentyabrın 27-də Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək  Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.

Taixi Zəfərimizdən dərhal sonra Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə başlanan səfərləri hər birimizdə böyük qürur hissi yaratdı. Bu səfərlər Böyük Qayıdış Proqramının uğurlu icrasını daha da sürətləndirdi, soydaşlarımızın qayıdış ümvanlarının sayı davamlı olaraq artır. 2020-ci il 23 dekabr tarixində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonuna səfər etdilər. Bu səfər Prezident cənab İlham Əliyevin Qubadlıda Azərbaycan Bayrağını ucaltması ilə tarixə yazıldı”. Artıq 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun tarixə yazdığı Zəfər günlərini qeyd edirik. 44 günün hər günündə tariximizə Qələbə səhifələri yazıldı. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 25 oktyabr Qubadlı Şəhəri Günüdür və həmin gün əbədi olaraq xalqımız tərəfindən təntənə ilə qeyd ediləcəkdir.

 

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki