image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-01

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi

image-legitimaz-810x90

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi

Azərbaycan Ordusu Ermənistanın işğalına son qoydu. Tarixi Zəfər qazandı. İşğaldan son­ra Şərqi Zəngəzurda böyük quruculuq işləri başladı. Prezident cənab İlham Əliyev həmişə əminliklə bildirir ki, tarixi Zəfərin davamı olan quruculuq işləri də uğurla başa çatdırılacaqdır. Cəbrayıl 1993-cü il avqustun 23-də işğal olunmuşdu, 1 şəhər, 4 qəsəbə, 92 kənd Ermə­nis­tan silahlı birləşmələrinin vandallığına məruz qalmışdı. Düşmən işğal müddətində şəhəri də, qəsəbələri də, kəndləri də dağıtmışdı.

İkinci Qarabağ müharibəsində Cəbrayıl rayonu uğrunda da ağır döyüşlər getdi, düşmən bu istiqamətlərdə də ciddi müdafiə sədləri qurmuşdu. Azərbaycan Ordusunun hissələri qətiyyəti ilə bu sədləri də darmadağın etdi. Böyük Mərcanlı və Rüzgar kəndləri Vətən mühari­bə­sinin ilk günü azad edildi. Digər kəndlər müharibənin gedişi boyu mərhələlərlə azad olundu. Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərən­ca­mı ilə “Cəbrayı­lın işğaldan azad olunmasına görə” medalı təsis olub. Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışı dövlətçilik baxımından olduqca əhəmiyyətlidir. Bu ərazidə belə bir təsisatın yaradılması azərbaycanın sərhədlərinin qətiyyətlə qorunacağın zəmanətidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ra­yon­lara hər səfəri quruculuq işlərinin gedişinə, gedişin məsuliyyətinə hesablanır. Bu səfərlər təkcə quruculuqla məhdudlaşmır, həm də əhəmiyyətli siyasi çalarları ilə seçilir. Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. İndi Cəbrayıl Günü də sevgilərlə qeyd olu­nur. Bu sərəncam quruculuq işlərinin tərkib hissəsidir.

Nuray Kərimli  –Zərdab şəhər sakini,  fəal gənc 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki