“SON ON İL ƏRZİNDƏ AZƏRBAYCAN ELMİNƏ AYRILAN VƏSAİT İKİ DƏFƏDƏN ÇOX ARTMIŞDIR”
Müstəqillik dövründə Ulu Öndərin hakimiyyətə qayıtması ilə ölkədə hərc-mərcliyə son qoyulması, sabitliyin təmin edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi ölkənin inkişafına yeni yollar açmış oldu. Dahi rəhbərin başladığı işi Prezident cənab İlham Əliyev müasir dövrün çağırışlarına uyğun olaraq davam etdirir.
Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının tarixində və taleyində mühüm rol oynayıblar. Azərbaycan Milli Elmlər Akademiyasının dövlət səviyyəsində ilk dəfə yubileyi məhz Ümummilli Liderin təşəbbüsü ilə 1975-ci ildə keçirilib. “Təbii ki, illər keçdikcə, Azərbaycan inkişaf etdikcə bu vəsait daha böyük həcmdə ayrılır. Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Buraya, elmə aidiyyəti olmayan, akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı”, – deyən cənab Prezident bildirib ki, yeni böyük elmi kitabxana inşa edilmişdir. Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının, dediyim kimi, təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdır, “O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya qəbul edilmişdir. “Elm haqqında” Qanun qəbul edilmişdir, Dövlət Proqramı qəbul edilmişdir. Yəni, görülmüş bütün işləri sadalamaq üçün çox vaxt lazımdır. Sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir”.
Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi




















