image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham_aliyev_musahibe_111

Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmişdir

image-legitimaz-810x90

Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilmişdir.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramına Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində  başlanıb və ildən-ilə uğurla davam etdirilir.  Prezident İlham Əliyevin tapşırığı əsasında sosial cəhətdən həssas qruplara diqqət və qayğının artırılması, habelə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olanların ailələrinin, həmin döyüşlərdə əlil olanların mənzillə təminatı ildən–ilə gücləndirilir. Bu tədbir həmin zümrədən olanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün atılan növbəti addımdır. Bildirilib ki, dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bu il əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bunun nəticəsində 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 2,8 dəfə çox olmaqla 600-ə yaxın mənzilin təqdim edilməsinə imkan yaranıb. Bu, həmin kateqoriyadan olanlara nəzərdə tutulduğundan 2,8 dəfə çox – 600-ə yaxın mənzil təqdim edilməsinə səbəb olub. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi əsasında bu proqram 5 dəfə genişlənib. Bu gün Bakı və 15-ə yaxın rayonda (Bərdə, Zaqatala, Oğuz, Saatlı, İmişli, Beyləqan, Tovuz, Qazax, Salyan, Ağsu, Xaçmaz və s.) daha 100 mənzil və fərdi ev təqdim olunur. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlar da mənzillə təmin olunur. Tədbirdə həmçinin şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi, məşğulluğunun təminatı, reabilitasiya xidmətləri ilə əhatə olunmaları və s. istiqamətlərdə həyata keçirilən ardıcıl dəstək tədbirlərindən də bəhs olunub. Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daim diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün yeni mənzil və fərdi evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

 

Şamil Babayev – Zərdab Gənclər evinin dərnək rəhbəri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki