image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-597637471_1408379550641819_8690867510995423243_n

Slovakiya ilə Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır

image-legitimaz-810x90

Slovakiya ilə Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.

 

Slovakiya Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci il tarixində tanımışdır. Azərbaycan ilə Slovakiya arasında ikitərəfli əlaqələr 1993-cü ilin noyabr ayının 23-də qurulmuşdur. Bu tarixdən sonra inkişaf edən münasibətlər strateji tərəfdaşlıq, dostluq səviyyəsinə qalxmışdır. Ölkəmizin Slovakiyada səfirliyi və Slovakiyanın Azərbaycanda konsulluğu fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Şamil Qurbanov olmuşdur. 4 mart 2016-cı il tarixindən isə işçi qrupuna Şəmsəddin Hacıyev rəhbərlik edir. İki ölkə arasında iqtisadi münasibətlər də surətlə inkişaf etməkdədir. 2020-ci ildə iki ölkənin ümumi idxal-ixrac dövriyyəsi 28 475,31 min dollar olduğu halda 2024-cü ildə bu rəqəm 46 190,58 min dollara yüksəlmişdir. Ali Baş Komandan İlham Əliyevin Slovakiyaya səfəri zamanı 8 dekabr 2025-ci il tarixində mətbuata verdiyi bəyanat bir daha göstərir ki, Azərbaycan həm regional, həm də qlobal müstəvidə yüksələn nüfuza malik etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirir. Cənab Prezident nitqində səsləndirdiyi fikirlərlə ölkəmizin ardıcıl-diplomatik əlaqələrə, inkişaf edən, dayanıqlı əməkdaşlığa yüksək qiymət verdiyini vurğulamış oldu. Xüsusilə vurğulamaq olar ki, Slovakiya ilə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi iki ölkə arasında dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələrin nə qədər dərin olduğunu sübut edir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin Bratislavada mətbuata verdiyi bəyanatında xüsusi vurğuladığı enerji əməkdaşlığı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində nə qədər mühüm rol oynadığını bir daha ortaya qoyur. Qeyd etmək yerinə düşər ki, 25 milyard kubmetrə çatan ölkəmizin qaz ixracının yarı hissəsini məhz Avropa alır. Slovakiyaya qaz ixracının başlaması ölkəmizin enerji təhlükəsizliyi mövqeyindən rolunu daha da gücləndirir. Sevindirici haldır ki, ölkəmizin regional və beynəlxalq müstəvidə rolu keçən hər gün artmaqdadır və ölkəmiz dünyanın enerji təhlükəsizliyində olduqca mühüm mövqeyə malikdir.

 

  1. Zərdabi adına tam orta məktəbin direktoru E. Xəlilov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki