Siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsi
2003-cü ildən başlayaraq Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi təşkilata rəhbərliyi həyata keçirən Prezident cənab İlham Əliyevin səmərəli və novator fəaliyyəti 2005-ci ildə partiyanın III Qurultayında onun yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsini şərtləndirdi. Bu, Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşmasına aparan yolun başlanğıcı idi. Yeni Azərbaycan Partiyasının 2023-cü ildə baş tutmuş növbədənkənar VII Qurultayı isə təşkilatın siyasi həyatında yeni inkişaf mərhələsinin başlanğıcını qoydu. Təşkilatın müasir çağırışlara uyğun yeni Məramnamə və Nizamnaməsinin qəbul olunması Yeni Azərbaycan Partiyasının sonrakı dövrdə də ölkənin siyasi həyatında aparıcı qüvvə kimi mühüm nailiyyətlər qazanmasını şərtləndirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması isə idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edən mühüm amildir.
Ən əsası, Azərbaycan xalqı üçün taleyüklü məqamlarda, 44 günlük Vətən müharibəsində möhtəşəm zəfərin qazanılması üçün heç də sonuncu şərt olmayan xalq-Prezident-ordu birliyinin, siyasi həmrəyliyin əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu əvəzedilməzdir. Bununla siyasi təşkilatların rolu və yeri baxımından hakim partiya 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın – inteqrasiya və milli birlik modelinin əsasını qoymuş oldu. Cənab Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki və ideoloji müstəvidəki rolunu dəyərləndirərkən söyləmişdir: “Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Partiyanın qərarları, fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir. Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır.
Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc




















