image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1697391777_fd2eb03f64a46dfb9093fa7ca33bb20f

Separatizmə son qoyulması

image-legitimaz-810x90

Separatizmə son qoyulması.

2023-cü ilin 19 sentyabrında baş tutan lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın təkcə beynəlxalq hüququn tanıdığı suveren ərazilərini bərpa etmədi, həm də uzun illər boyu formalaşmış bir terror yuvasını dağıdaraq bölgədə sabitliyin əsasını qoydu.  Dünyanın diqqətlə izlədiyi bu əməliyyat zamanı bir nəfər belə mülki şəxs zərər görmədi. Bu da Azərbaycanın beynəlxalq humanitar hüquqa sadiqliyinin bariz nümunəsi kimi yadda qaldı. Anti-terror əməliyyatı xalqımıza milli qürur və böyük sevinc bəxş etdi. Bu tarixi uğurun davamı olaraq müqəddəs bayrağımız azad edilmiş hər qarış torpağımızda qürurla dalğalandı. Prezident cənab İlham Əliyevin qətiyyəti və dəmir iradəsi ilə Azərbaycanın gücü, əzmi və böyüklüyü bütün dünyaya nümayiş etdirildi. Milli birliyimiz bu zəfərdə öz parlaq təcəssümünü tapdı, xalqımız isə ümumxalq sevincini yaşadı. Azərbaycan liderinin şanlı Zəfər yürüşü tariximizə qızıl hərflərlə yazıldı və təqvimimizə yeni bir bayram günü əlavə olundu. Beləliklə, xalqımızın azadlıq eşqinin gülləbaran edildiyi 20 yanvar müstəqilliyimizin yeni nəfəsi, 20 sentyabr isə milli kimliyimizin rəmzinə çevrilmiş gün kimi tariximizə yazıldı. Əgər 20 yanvar hadisələrində Azərbaycan xalqı lider olmadan böyük bir imperiyaya qarşı ayağa qalxmışdısa, qalib sərkərdə İlham Əliyev həm Vətən müharibəsində, həm antiterror əməliyyatında, həm də ondan sonrakı diplomatik uğurları ilə dünya səviyyəsində arxasında xalq dayanan lider nümunəsi göstərdi. Bu nümunə özünü dünyanın ağası hesab edən güc mərkəzləri üçün fövqəladə bir hadisə idi. Bu mənada Prezident  cənab İlham Əliyev təkcə Azərbaycan adına zəfər qazanmadı, eyni zamanda müasir siyasi tarixə xalq-lider birliyinin ustad dərsini keçdi.  Belə birliyin qələbəsi mövsümi deyil, əbədi xarakter daşıyır! Azərbaycan liderinin varlığı ilə qalibiyyət bizimlədir, biz zəfər yolunun yolçusuyuq. Artıq əminliklə deyə bilərik ki, xalq olaraq bir daha məhrumiyyət yaşamayacağıq. Suverenliyimizin tam bərpası isə qüdrətimizin parlaq göstəricisi kimi bizi istəməyənlərə ən gözəl cavab oldu.

 

Rayon Ağsaqqallar Şurasının üzvü- Babək Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki