image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17667433741224944659_1200x630

Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır

image-legitimaz-810x90

Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır.

 

Prezident cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışında xüsusi yer tutan məsələlərdən biri də sağlam gənc nəslin formalaşdırılmasıdır. Dövlət başçısı açıq şəkildə bildirir ki, sağlam gənclik olmadan nə idman uğurları, nə də dayanıqlı milli inkişaf mümkündür. Bu yanaşma idmanın yalnız fiziki fəaliyyət kimi deyil, ictimai sağlamlıq, sosial rifah və gələcək insan kapitalı prizmasından qiymətləndirildiyini göstərir. Uşaqlıqdan idmana yönələn maraq təkcə peşəkar idmançıların yetişməsinə deyil, sağlam cəmiyyətin formalaşmasına da xidmət edir. İdmanın ideoloji və mənəvi funksiyası da Prezidentin çıxışında önəmli xətt kimi diqqət çəkir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə bağlılığı və sağlam ruhun sağlam bədəndə formalaşması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Son illərdə cəmiyyətdə müşahidə olunan həmrəylik, milli birlik və vətənpərvərlik ruhu bu siyasətin real nəticələr verdiyini göstərir. İdman bu kontekstdə yalnız yarış meydanı deyil, milli ideologiyanın daşıyıcısı rolunu oynayır.

Azərbaycan idmançılarının beynəlxalq arenalarda Dövlət Bayrağını qalib ölkənin bayrağı kimi ucaltmaları artıq son beş ilin dəyişməz reallığıdır. Bu fakt təkcə idman nailiyyəti deyil, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin yaratdığı psixoloji və siyasi reallığın davamıdır. Prezidentin qeyd etdiyi kimi, idmançılar bu gün müzəffər xalqın nümayəndələri kimi çıxış edir və bu status onların məsuliyyətini dəfələrlə artırır. Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsi isə Azərbaycanda idman sahəsində görülən işlərə verilən beynəlxalq qiymətin rəmzidir. Bu status həm də ölkənin üzərinə əlavə məsuliyyət qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, idmançıların və mütəxəssislərin ədalətli şəkildə qiymətləndirilməsi artıq 30 ilə yaxındır formalaşmış sağlam ənənədir və Azərbaycanın idman şöhrətini ucaldan hər bir insan dövlətin diqqət və qayğısını hiss etməlidir. Bütün bu faktlar göstərir ki, Azərbaycan idmanı artıq təkcə idman sahəsi deyil, milli güc, beynəlxalq imic və strateji inkişaf alətidir. Dövlət siyasətinin ardıcıllığı bu sahədə əldə edilən uğurların davamlı olacağını deməyə əsas verir.

 

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki