image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-f54e098e115e845cd146f21aaf47275d

Rusiyada matəm ELAN OLUNDU

image-legitimaz-810x90

Rusiyanın Amur vilayətində helikopterin qəzaya uğraması nəticəsində üç nəfərin həlak olması ilə əlaqədar üç günlük matəm elan edilib.

Bu barədə “İnterfaks” dairə administrasiyasına istinadən məlumat yayıb.

Xatırladaq ki, fevralın 20-də Amur vilayətində Amaranka kəndindən 130 km məsafədə yerləşən Romnı kəndinə uçan şəxsi “Robinson R44” helikopteri radarlardan itib. Helikopterin düşdüyü yer aşkar edilib. Qəza yerində üç həlak olmuş şəxsin meyiti tapılıb.

Cinayət işi açılıb. İstintaq iki əsas versiyanı nəzərdən keçirir: texniki nasazlıq və hava gəmisinin idarə edilməsi qaydalarının pozulması. (Report)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki