image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-11734f313ae2cc20b15186bc17698e5c

Rusiya-Ukrayna müharibəsi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

image-legitimaz-810x90

İtaliyanın baş naziri Corciya Meloni “Sky tg24” telekanalına verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda irəliləyişlərdən danışarkən bildirib ki, Ukraynanın əsas, ərazi məsələsinin həlli hələ çox uzaqdadır.

“Hazırda üzərində işlədiyimiz sənədlərdə irəliyə doğru mühüm addımlar görürəm. Kiyev üçün təhlükəsizlik zəmanətləri üzərində əla iş görülür və bu, yeri gəlmişkən, İtaliyanın onları Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) 5-ci maddəsi istiqamətində inkişaf etdirmək təklifinə əsaslanır”, – deyə Meloni qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın bərpası ilə bağlı işlər də davam edir. Meloni izah edib ki, bir çox məsələnin artıq kağız üzərində həll olunduğu bir sülh planı var: “Lakin biz hələ də əsas məsələni – Rusiyanın tamamilə əsassız iddialar irəli sürməyə davam etdiyi ərazi mübahisələrini həll etməkdən çox uzaqıq. Dəfələrlə qeyd etdiyim kimi, hesab edirəm ki, təkcə sülhə nail olmaq deyil, həm də ədalətli sülhə nail olmaq vacibdir”.

kenan.jpg (34 KB)

Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən politoloq Kənan Novruzov bunları deyib:

“Əvvəlki illərlə müqayisədə bu gün vəziyyət daha çətindir. Rusiya geri çəkilmir, Ukrayna isə güzəştə getmir. Hər iki tərəf başa düşür ki, müharibənin nəticəsi hakimiyyətlərin taleyinə təsir edə bilər. Ona görə də bütün imkanlarını ortaya qoyurlar.

Üstəlik, Avropa və ABŞ-nin davam edən müharibə ilə fərqli mövqeləri vəziyyəti bir az da çətinləşdirir. Belə ki, Ağ Ev mümkün qədər çalışır ki, müharibə bitsin. Bunun konkret səbəbləri var. Birincisi, ABŞ Rusiya ilə münasibətləri kəskinləşdirmək istəmir. İkincisi, ABŞ müharibə bitdikdən sonra Ukraynaya investisiya qoymaq üçün səbirsizlənir. Üçüncüsü, Vaşinqton bu savaşdan sonra diqqətini Yaxın Şərq və Çinə yönəltməyi düşünür. Ona görə də bütün imkanları ilə tərəfləri masa arxasına oturtmağa çalışır.

Avropa isə əksinə, müharibənin uzanmasına çalışır. Çünki Avropa indi Rusiyadan ucuz enerji alır. Düşünülür ki, savaş bitsə, bu imkan olmayacaq. İkincisi, Avropa narahatdır ki, bu müharibə bitsə, Rusiya dayanmayacaq. Nəzərə almaq lazımdır ki, savaş Rusiyada ciddi sosial-iqtisadi gərginlik yaradıb. Xalq hakimiyyətdən narazıdır. Müharibə maksimum nəticə ilə bitməsə, hazırda davam edən döyüşlərə görə sakit qalan xalq ayağa qalxacaq. Belə bir vəziyyətdə özündə güc hiss edən Rusiya hansısa Avropa ölkəsinə hücum edə bilər. Beləliklə, Rusiya-Ukrayna savaşının bitməsi üçün əvvəlcə ABŞ və Avropa razılığa gəlməlidir. Əks halda müharibənin daha kritik fazaya daxil olma ehtimalı çoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki