image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-091cbb5e56f0ebbbc376e7695fb2a346

Rəsmən ELAN EDİLDİ – Qəzza belə idarə olunacaq

image-legitimaz-810x90

ABŞ-ın keçmiş prezidenti Donald Trump Qəzzanın idarə olunması ilə bağlı yeni mexanizmin yaradıldığını açıqlayıb.

Xeberaz.info xəbər verir ki, Tramp Truth Social sosial şəbəkə hesabında etdiyi paylaşımda Qəzza üçün “Sülh Şurası”nın təsis edildiyini elan edib.

Tramp bildirib ki, yeni yaradılan bu idarəetmə qurumu bölgədə sabitliyin və sülhün təmin olunmasına yönələcək. Onun sözlərinə görə, “Sülh Şurası”nın tərkibi və üzvləri yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.

Açıqlamada Şuranın konkret səlahiyyətləri və fəaliyyət mexanizmi ilə bağlı detallara yer verilməsə də, bu addım Qəzzanın gələcək idarəetmə modeli ilə bağlı beynəlxalq müzakirələri yenidən gündəmə gətirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki