image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-581785417_1388371169309324_1657107495879971637_n

Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır

image-legitimaz-810x90

Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır.

Bu günlərdə Prezidentin Naxçıvanda yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra başçılarını qəbul edən Prezident cənab  İlham Əliyevin çıxışı, ölkənin dövlət idarəçiliyində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu çıxışda dövlət başçısı həm strateji istiqamətləri müəyyənləşdirdi, həm də idarəçilik mədəniyyətinin mənəvi dayaqlarını bir daha aydın şəkildə göstərdi. Prezident İlham Əliyevin “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” fikri, əslində, məmur təyin olunmaqla bitməyən, əksinə, xalq qarşısında başlanğıc götürən məsuliyyət anlayışını təsbit edir. Bu, bir mesajdır ki, vəzifə imtiyaz yox, xidmət missiyasıdır. Prezidentin vurğuladığı “xalqa xidmət etmək, xalqla bir yerdə olmaq” tələbi müasir Azərbaycan idarəçilik sistemində dövlət və vətəndaş münasibətlərinin təməl fəlsəfəsini formalaşdırır. Bu, təkcə inzibati çağırış deyil, həm də siyasi-mənəvi prinsipdir. Azərbaycan Prezidenti bu modeldə dövlətin uğurunun açarını xalqa yaxınlıq, şəffaflıq və məsuliyyətli xidmət kimi dəyərlərdə görür. Ölkə rəhbərinin “Rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalıdır” sözləri sadə görünsə də, dərin mənaya malikdir. Çünki təvazökarlıq burada fərdi keyfiyyət yox, dövlət idarəçiliyinin davranış standartıdır. Bu, xalqla məmur arasında səmimiyyət körpüsünü qoruyan əsas şərtdir. Təəssüf ki, Prezidentin də qeyd etdiyi kimi, bəzi hallarda məmurlar təkəbbürə qapılaraq özlərini cəmiyyətdən üstün tuturlar. Bu, təkcə şəxsi səhv deyil, dövlətin nüfuzuna zərbədir. Ona görə də, məmur öz davranışında, həyat tərzində, ailə və ətraf mühitdə belə nümunə olmalıdır. Ölkə rəhbəri çıxışı ilə mesaj verdi ki, korrupsiya və rüşvətə qarşı sistemli mübarizə məsuliyyət dövrü başlayır. Prezident cənab İlham Əliyevin çıxışında ən sərt və prinsipial mesajlardan biri korrupsiya və rüşvətə qarşı barışmaz mövqeyin bir daha bəyan olunması idi. O qeyd etdi ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Bu, sadəcə xəbərdarlıq deyil, bu, dövlətin etik və hüquqi immunitetinin qorunması çağırışıdır. Son illərdə aparılan dərin kadr və struktur islahatları da bu istiqamətə yönəlib. Dövlət başçısının sözləri göstərdi ki, dövlət təmizlənmə prosesini qətiyyətlə və davamlı şəkildə həyata keçirməkdə qərarlıdır. Bu mübarizə təkcə inzibati məsələ deyil; bu, xalqla dövlət arasında inam münasibətlərinin bərpası, ədalət duyğusunun qorunması üçün aparılan prinsipial xəttdir. Prezident cənab İlham Əliyevin çıxışında vurğulanan “əsas infrastruktur layihələri demək olar ki, başa çatıb” fikri son 20 ilin ardıcıl və məqsədyönlü regional inkişaf strategiyasının nəticəsidir. Bu, təkcə yolların, su xətlərinin və elektrik şəbəkələrinin yenilənməsi deyil, regionların sosial həyatının dirçəlməsi, iqtisadi müstəqilliyinin formalaşmasıdır. Artıq Azərbaycanın kəndləri və şəhərləri müasir kommunikasiyalarla təmin olunur, bütün bölgələr bərabər imkanlar mühitinə daxil edilir. Prezidentin dediyi kimi, magistral yollar müasir standartlara cavab verir, kənd yolları 70-80 faiz yenilənib, içməli su layihələri icra edilir. Bu, mərkəzlə region arasında bərabər inkişaf siyasətinin reallaşması deməkdir. Ölkə başçısı İlham Əliyevin “Əsas prinsip sosial ədalət prinsipidir” fikri, əslində, bu çıxışın ideoloji oxudur. Bu prinsip həm iqtisadi, həm inzibati, həm də sosial qərarların hər birinin təməlində dayanmalıdır. Çünki ədalət duyğusunun itirilməsi, vətəndaşın dövlətə olan inamının sarsılması deməkdir.

 

Zərdab Gənclər evi SXM-in metodisti – Cəlal Mecidli.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki