image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilh

Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir

image-legitimaz-810x90

Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il 8 avqust Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzun müddətli münaqişənin həllinə doğru atılan ən əhəmiyyətli addımlardan biri kimi tarixə düşdü. Cənubi Qafqaz regionunda “yeni dünya düzəni” üçün rəmzi bir dönüş nöqtəsi,  diplomatiya tariximizdə xüsusi bir hadisədir. Görüşün əsas nəticəsi sülh sazişinin paraflanması,  regionda yeni nəqliyyat-logistika reallıqlarının formalaşdırılması və yeni əməkdaşlıq perspektivlərinin açılması oldu. Vaşinqton mərasimində tərəflər sülh müqaviləsinin ilkin mətnini parafladılar və bu sənədin ratifikasiyası üçün daxili prosedurların başa çatdırılması üzrə konkret cədvəl müəyyən edildi. Mətn sərhədlərin delimitasiyası, diplomatik əlaqələrin qurulması və qarşılıqlı tanınma prinsiplərini özündə ehtiva edir. Görüşün diqqət çəkən elementlərindən biri də nəqliyyat dəhlizinə — Zəngəzur koridoruna regional və beynəlxalq kontekstdə yeni münasibət oldu. ABŞ-ın təşəbbüsü ilə dəhlizin beynəlxalq ticarət və tranzit imkanlarının genişləndirilməsi və təhlükəsizliyi üçün “Trump Route for International Peace and Prosperity” (qısaca TRIPP) adlandırıldı.

Görüş zamanı ABŞ administrasiyası tərəfindən uzun müddətdir müzakirə olunan  907-ci dəyişikliyin dayandırılması ilə bağlı sənədin verilməsi də rəsmən elan edildi. Cənab Prezident bu qərəri “33 il sonra ədalətin bərpası” kimi qiymətləndirdi; bu addım iki ölkə arasında iqtisadi-maliyyə əməkdaşlığını sürətləndirə və investisiya axınlarını gücləndirə bilər. Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi sülh və təhlükəsizlik baxımından böyük irəlləyiş əldə etmiş oldular.  Azərbaycan üçün strateji qazanc və perspektivlər 8 avqust hadisəsi Azərbaycanın həm diplomatik, həm də iqtisadi səviyyədə strateji uğurudur. Bu mərhələ Beynəlxalq diplomatiyada da yeni etibar və mövqe qazandırır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki