image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-8sewq3nzq6

Qubadlı rayonu tamamilə işğaldan azad oldu

image-legitimaz-810x90

Qubadlı rayonu tamamilə işğaldan azad oldu

Bu gün ölkəmiz torpaqlarımızın işğaldan azad edilməsinin növbəti ildönümlərini qeyd edir. Yaşadığımız bu qürurlu anlara, tariximizin şərəfli günlərinə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə, Rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Şirin canlarını qurban verib tarix yazan oğullarımız bizim qürur yerimizdir.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlub olduğuna rəsmən imza atmalı oldu. Nəticədə işğal altında olan torpaqlarımız yağı düşməndən azad olundu. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Qubadlı rayonu da oldu. Bütün bunlara görə, Müzəffər Ali Baş Komandan, böyük sərkərdə, bu Qələbənin bizə yaşadan Prezident cənab İlham Əliyevə borcluyuq. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyərək qazilərimizə allahdan şəfa diləyirik. Uzun illər əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan qardaş və bacılarımız öz doğma yurd yerlərinə qayıdaraq rahat yaşayacaqlar. Azərbaycanın füsunkar təbiətə malik olan yerləri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatını yaşayacaqdır.

Prezident cənab İlham Əliyev cənablarının Qubadlı rayonunun işğaldan azad edilməsinin ildönümündə rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə “bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik” söyləyərək bildirmişdi ki, Azərbaycan xalqı, indiki və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcək. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda böyük infrastruktur layihələr uğurla həyata keçirilir. Əminliklə deyə bilərik ki, cənab Prezidentimizin apardığı məqsədyönlü siyasəti nəticəsində Qubadlı rayonu və eləcə də işğaldan azad olunmuş torpaqlarımız yenidən qurularaq sakinlərinin istifadəsinə veriləcəkdir.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki