image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-568259960_1369952717817836_8622651534654418374_n

Qazaxıstanda səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan artıq öz inkişaf yolunu müəyyənləşdirməklə kifayətlənmir

image-legitimaz-810x90

Qazaxıstanda səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan artıq öz inkişaf yolunu müəyyənləşdirməklə kifayətlənmir

 

Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan və Qazaxıstan əlaqələri sadəcə dövlətlərarası münasibət deyil, ümumtürk həmrəyliyinin təcəssümüdür. Bu fikir türk dövlətlərinin iqtisadi, enerji və nəqliyyat sahələrində birləşdirici xəttinin məhz Azərbaycan–Qazaxıstan tandemi üzərində qurulduğunu göstərir. Xəzər dənizi bu gün iki ölkəni ayıran deyil, birləşdirən körpüdür. Transxəzər nəqliyyat marşrutu, enerji mübadiləsi, texnoloji əməkdaşlıq və rəqəmsal layihələr bu körpünün möhkəm dayaqlarına çevrilib. Bu əməkdaşlıq Avrasiyanın enerji və ticarət balansında yeni dinamika yaradır. Azərbaycan son illərdə iqtisadi sabitlik, bərpaolunan enerji, nəqliyyat diplomatiyası və postmüharibə reallıqları ilə fərqlənən bir dövlət kimi tanınır.

Qazaxıstana səfəri çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi bəyanat, təkcə iki dost və qardaş ölkə arasındakı münasibətlərin yeni səhifəsini açmadı. Bu bəyanat eyni zamanda Türk dünyasının gələcək strateji xəritəsini müəyyənləşdirən siyasi manifestə çevrildi. Azərbaycan diplomatiyasının mərkəzində həmişə real siyasət, milli maraqların qorunması və beynəlxalq məsuliyyət dayanıb. Dövlətimizin başçısının Qazaxıstanda ifadə etdiyi fikirlər bu fəlsəfənin davamı kimi, regionun geosiyasi sabitliyini və iqtisadi inteqrasiyasını təmin edən yeni konsepsiyanın əsasını qoydu. Azərbaycan–Qazaxıstan münasibətləri bu gün sadəcə dostluq çərçivəsində deyil, vahid strateji məkanın iki sütunu kimi inkişaf edir. Bu münasibətlər xalqların ortaq tarixi, mədəni yaxınlığı və Türk birliyinə xidmət edən siyasi iradə üzərində qurulub.

Prezident İlham Əliyevin siyasi iradəsi ölkəni regional layihələrin iştirakçısından qlobal təşəbbüslərin memarına çevirib. Orta Dəhlizin sürətlə inkişafı, Zəngəzur istiqamətində yeni nəqliyyat xəritəsinin formalaşması, Türk Dövlətləri Təşkilatının iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi – bütün bunlar Azərbaycanın lider dövlət statusunun iqtisadi əsaslarıdır. Azərbaycan artıq hadisələrin ardınca getmir, onları müəyyən edir. Qazaxıstan Bəyanatı da məhz bu reallığın göstəricisidir: Bakı bu gün Cənubi Qafqazın sabitlik mərkəzi, Türk dünyasının isə birləşdirici qüvvəsi kimi çıxış edir. Prezident İlham Əliyevin siyasətinin əsas dayaqlarından biri sülh diplomatiyasıdır. Azərbaycan regionda sülhü yalnız siyasi sənədlərlə deyil, praktik təşəbbüslərlə təmin edən dövlət kimi nüfuz qazanıb. Qarabağda bərpa prosesi, humanitar əməkdaşlıq platformaları və regional dialoqa yönəlmiş addımlar bu siyasətin ardıcıl davamıdır.

Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfinin göstərdiyi iradə beynəlxalq aləmdə “konstruktiv diplomatiya modeli” kimi dəyərləndirilir. Bu, eyni zamanda, Cənubi Qafqazda uzunmüddətli sabitlik sisteminin formalaşması deməkdir. Qazaxıstan Bəyanatı bu kontekstdə Azərbaycanın münaqişədən sülhə keçid modelini regional səviyyədə təqdim edir. Bu modelin əsasında isə Prezident İlham Əliyevin siyasi fəlsəfəsi dayanır: “Sülh gücdən doğur, ədalət isə sülhün təməlidir.” Bu gün Türk dünyası tarixinin ən mühüm inteqrasiya mərhələsini yaşayır. Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi mesajlar Türk Dövlətləri Təşkilatının gələcək istiqamətlərinə konkret proqram səciyyəsi qazandırdı. Ortaq iqtisadi məkanın yaradılması, vahid enerji bazarına inteqrasiya və rəqəmsal əməkdaşlıq mexanizmləri bu strategiyanın əsas sütunlarıdır. Azərbaycan bu prosesdə həm ideoloji lider, həm də praktik koordinasiya mərkəzi rolunda çıxış edir.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki