image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1681116839_16811152515878054034_1200x630-780x470

Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir

image-legitimaz-810x90

Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir.

Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi və mədəni bağlar, oxşar ənənələr və mənəvi dəyərlər, ortaq türk kimliyi münasibətlərin möhkəmlənməsində xüsusi rol oynayır. Əsrlərə söykənən qardaşlıq dövlət başçılarının səyləri nəticəsində son illərdə yüksək dərəcədə möhkəmlənərək Azərbaycan və Qazaxıstan arasında olan strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə qaldırıb.Prezident cənab İlham Əliyevin “Kazinform”a müsahibəsində vurğuladığı kimi, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir və ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan konstruktiv dialoqdur. Dövlətimizin başçısının xatırlatdığını kimi, ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası‒ təqribən 170 sənəd işlənib hazırlanıb, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Ələlxüsus da 2025-ci ildə 20 illiyi qeyd olunan Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub. Son illər Prezident cənab İlham Əliyevin Qazaxıstana müntəzəm xarakter alan səfərləri, eləcə də qardaş ölkənin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri dövlətlərarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir.Hazırda Qazaxıstana yeddinci səfərini gerçəkləşdirən Azərbaycan Prezidentinin həmkarı Kasım-Jomart Tokayevlə ötən müddətdə apardığı müzakirələr faydalı və səmərəli olmaqla münasibətlərin yeni mərhələyə daxil olmasına əhəmiyyətli təsir göstərib. Yeri gəlmişkən, Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyəti də mühüm siyasi-iqtisadi faktor kimi xüsusi vurğulanmalıdır. Yeni platforma əlaqələrin dinamikasını və ritmini daha da genişlənib. Astanada keçiriləcək ikinci iclas isə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və yeni istiqamətini müəyyən edəcək. Rəsmi Astana və Bakı ikitərəfli formatlarda yaxın təmasları dərinləşdirməklə bərabər, çoxtərəfli plartformalarda da müştərək mövqe nümayiş etdirərək bir-birini daim dəstəkləyir, mühüm siyasi-iqtisadi qərarlar qəbul edilməsində yekdillik nümayiş etdirirlər. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq təsisatlar çərçivəsində qurulmuş sıx əməkdaşlıqlar hərtərəfli münasibətlərin möhkəmlənməsinə mühüm töhfələr verir. Hər iki dövlət son illərdə nəqliyyat, logistika, neft-qaz, eləcə də “yaşıl enerji” sahələrində əməkdaşlığın yeni səhifələrini yazaraq iqtisadi-siyasi-humanitar proqramların icrasını strateji nöqtəyə yüksəldib. İqtisadi-ticari əməkdaşlığın spektri ildən-ilə daha da genişlənir, əmtəə dövriyyələrini artırır, dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında aparılan fəal dialoq iqtisadi və investisiya mübadilələrini gücləndirir. Bu iqtisadi etimad və qarşılıqlı biznes əlaqələrinin nəticəsidir ki, 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, investisiya təşviqləri də səmərə verməkdədir. Azərbaycanda Qazaxıstan kapitalı ilə fəaliyyət göstərən korporasiya və kommersiya strukturlarının sayı 250-yə çatıb. Eləcə də, qardaş ölkədə Azərbaycan investorlarının fəallığı müşahidə edilməkdədir. Bu dinamikanın sayəsində Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, qarşı tərəfin ölkəmizə yatırımları 136 milyon dollara çatıb.

 

Zərdab Gənclər evi SXM-in metodisti – Cəlal Mecidli.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki