image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-568211785_1369204854559289_1753688199930936261_n

Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyi

image-legitimaz-810x90

Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyi.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində Qazaxıstanın nümayiş etdirdiyi siyasi və iqtisadi həmrəylik xüsusi önəm daşıyır. Qazaxıstan hökuməti ilk günlərdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, sonrakı mərhələdə isə Qarabağın sosial-iqtisadi inkişafına yönələn layihələrdə fəal iştirak etməyə başlamışdır. Bu çərçivədə Qazaxıstan tərəfindən Füzuli və Ağdam rayonlarında məktəb, mədəniyyət evi və digər sosial obyektlərin inşası həyata keçirilir. Qazaxıstanın dövlət və özəl sektoru Qarabağın bərpası prosesində iştirak etməklə təkcə maddi deyil, həm də mənəvi dəstəyini nümayiş etdirir.

Kasım-Jomart Kemeleviç iqtisadi-ticari qarşılıqlı fəaliyyət, nəqliyyat-logistika sahəsi, energetika sektoru, humanitar əməkdaşlıq sferası məsələlərini ətraflı işıqlandırdı. Öz tərəfimdən əlavə edərdim ki, Azərbaycanın bütün vətəndaşları, o cümlədən indi azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs, – Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər, – Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən hər bir Azərbaycan vətəndaşı və ölkəmizin qonağı qardaş köməyinin şahidi olur. Bu, bizim, o cümlədən Qazaxıstanın qardaş köməyi sayəsində genişmiqyaslı “Böyük Qayıdış” layihəsini uğurla həyata keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir;

Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyi, iki qardaş ölkə arasında dərin tarixi, mədəni və strateji münasibətlərin bariz göstəricisidir. Qazaxıstanın bu dəstəyi Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dünyasının birliyinin və həmrəyliyinin praktiki təzahürü kimi dəyərləndirilir. Qarabağda həyata keçirilən birgə layihələr həm regional iqtisadi inteqrasiyanı gücləndirir, həm də türk dövlətləri arasında humanitar əməkdaşlığın yeni səhifəsini açır. Qazaxıstanın yardımı, Qarabağın bərpası ilə yanaşı, bölgədə uzunmüddətli sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. Bununla yanaşı, iki ölkə arasında təhsil, mədəniyyət və sosial sahələrdə əlaqələrin genişlənməsi xalqlar arasında qarşılıqlı etimadı və qardaşlıq bağlarını daha da möhkəmləndirir. Qazaxıstanın Qarabağın dirçəlişinə verdiyi töhfələr yalnız iqtisadi layihələrlə məhdudlaşmır, bu dəstək həm də mənəvi həmrəyliyin, türk birliyinin və ortaq dəyərlərin qorunmasının təcəssümüdür. Nəticə etibarilə, Qarabağın dirçəlişində Qazaxıstanın rolu Azərbaycan-Qazaxıstan münasibətlərini daha yüksək səviyyəyə qaldırmış, iki ölkənin strateji tərəfdaşlığını möhkəmləndirmiş və regionda yeni əməkdaşlıq modelinin formalaşmasına şərait yaratmışdır. Bu həmrəylik gələcəkdə də Qarabağın bərpası və Cənubi Qafqazda sabitliyin təmin olunması istiqamətində mühüm təməl olacaqdır.

 

Veteran müəllim Vəfadar Niftəliyev.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki