image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-568390413_1369204841225957_5215243284318025335_n

Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyi

image-legitimaz-810x90

Qarabağın dirçəlişində Qazaxıstanın dəstəyi.

Prezident İlham Əliyevin bir neçə gün əvvəl Qazaxıstana dövlət səfəri iki ölkə arasında strateji müttəfiqliyin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Son illər dövlət başçılarının müntəzəm şəkildə həyata keçirdikləri rəsmi və işgüzar səfərlər ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına əlverişli şərait yaradıb. Siyasi əlaqələrin getdikcə daha da möhkəmləndirilməsinin əsasını iqtisadi münasibətlərin inkişafı təşkil edir. Azərbaycan və Qazaxıstan yerləşdikləri əlverişli coğrafi mövqedən səmərəli istifadə edərək Orta Dəhlizi inkişaf etdirməklə Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır. Bu, yükdaşımaların həcmini artırmaqla yanaşı, tranzit potensialını da əhəmiyyətli dərəcədə genişləndirib. 2025-ci il oktyabrın 21-də Astanada Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat və Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışına münasibət bildirərkən deyib ki, bu gün Qazaxıstan etibarlı tərəfdaşdır. Eyni zamanda, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi həm də hər şeydən əvvəl yaxşı dostdur. Bunu dövlətimizin başçısı da mətbuata verdiyi bəyanatda təsdiqləyib. Xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə həmişə qardaş dəstəyini hiss etmişik və görmüşük. İşğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə ölkəmizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib. Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasında Qazaxıstan daim öz dəstəyini nümayiş etdirib. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və onun bu prosesə fəal köməyi ilə sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib. Bu, Qazaxıstanın Azərbaycana qardaş münasibətinin bariz nümunəsidir. Son üç ildə ondan çox qarşılıqlı səfər iki ölkə arasında münasibətlərin möhkəm bünövrə üzərində qurulmasından xəbər verir. Hər bir görüş, hər bir müzakirə öz bəhrəsini verib. Çünki nəzərdə tutulanların hamısı yerinə yetirilir. Azərbaycan və Qazaxıstanın beynəlxalq aləmdə hər zaman bir-birilərinə dəstək verdiyni qeyd edib: “Ölkələrimiz ənənəvi olaraq bir-birini, – istər BMT, istərsə də digər təşkilatlar olsun, – beynəlxalq təşkilatlar çərçivəsində daim dəstəkləyir. Beynəlxalq platformalarda aktiv qarşılıqlı fəaliyyət iki ölkə arasındakı yaxınlığı bir daha təsdiqləyir. Qarabağın dirçəlişində də Qazaxıstanın dəstəyi özünü aşıq şəkildə büruzə verir. Azərbaycanın bütün vətəndaşları, o cümlədən azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Prezident İlham Əliyevin Füzulidə açılışını etdikləri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir”. Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin xüsusi əhəmiyyət kəsb etdiyini, böyük potensiala malik olduğunu diqqətə çatdırdığını bildirib və deyib ki, Zəngəzur dəhlizinin açılışının 2028-ci ilin sonuna qədər baş verə bilər.“Azərbaycan və Qazaxıstan arasında siyasi dialoq və strateji tərəfdaşlıq 2025-ci ildə yeni keyfiyyət mərhələsinə yüksəlib. Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə və 170-dən çox sənəd iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi baza formalaşdırılmasından xəbər verir” Xalqımız üçün ən ağır dönəmlərdə qardaş dəstəyini hiss etdiyimiz, işğal dövründə bütün beynəlxalq platformalarda ölkəmizi həmişə dəstəkləyən, bizimlə həmrəyliyə səs verən, keçmiş münaqişənin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına çalışan Qazaxıstan bu gün də köməyini əsirgəmir. Əlbəttə, bunun səbəbi ilk növbədə xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluğun, qardaşlığın birləşdirməsidir. Digər səbəb isə iki ölkə prezidentləri arasında formalaşmış sıx əlaqələrdir. Bu gün Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası münasibətlər də məhz bu möhkəm bünövrə üzərində qurulur.

 

Əvəz Soltanov-Zərdab rayon Gənclər və İdman sektorunun müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki