image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-_115341460_sgr_gettyimages-jpg

Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi

image-legitimaz-810x90

İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Azərbaycan Ordusu 30 il ərzində Ermənistanın işğalı altında olan ərazilərimizi azad etdi. İşğalçı Ermənistan ordusu döyüş meydanında məğlub olaraq Kapituliyasiya Aktına imza atmağa məcbur oldu. Şanlı ordumuz 44 günlük Zəfər yürüşündə 300-dən çox yaşayış məntəqəsini azad etməklə tarixi Zəfərə imza atıb. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Üçtərəfli Bəyanat imzalandı. Məğlub tərəf kimi Ermənistan bu razılaşma ilə öz üzərinə öhdəliklər götürdü. Amma buna baxmayaraq Ermənistan tərəfi növbəti dəfə öz xislətinə uyğun olaraq üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdı. 10 noyabr Bəyanatına zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini və hərbi texnikasını Azərbaycan ərazisindən çıxarmaqdan imtina etdi. Azərbaycan öz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasının qanunsuz olduğunu bəyan edib.

Qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazisində mövcud olduğu dövrdə müxtəlif təxribat aktları icra etmiş, mina terroru kimi ağır cinayətlərə əl atırdı. Eyni zamanda postmüharibə dövründə məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmaqla təxribatlar törədilib. Laçın sərhəd-buraxılış məntəqəsi qurulanadək İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və kütləvi şəkildə müxtəlif yerlərdə basdırılıb. Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırıb. Həmçinin bununla da kifayətlənməyərək Ermənistan suveren Azərbaycan ərazilərində silahlı təxribatlarını davam etdirib. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qrupu yaradılsa da, danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunub. Nəticədə 2021-ci ilin noyabr ayında sərhəddə birinci silahlı toqquşma baş verib. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabr ayında sərhəddə olub. 2023-cü ilin mart ayında isə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törədib. Həmin ilin aprel-may aylarında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub. Sözsüz ki, separatçıların Qarabağda qeyri-qanuni fəaliyyətlərinə qarşı Azərbaycan cəmiyyətində də etirazlar mövcud idi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur etdi. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri əzəli torpaqlarmızdan çıxarıldı. Bütün ölkə üzrə Azərbaycan Respublikasının Konstitusiya quruluşu və suverenliyi bərpa.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki