Rusiya prezidenti Vladimir Putin Tver vilayətinin qubernatoru İqor Rudenyanı vaxtından əvvəl vəzifəsindən azad edib.
“Xeberaz.info” xəbər verir ki, onun vəzifədən azad edilməsi haqqında sərəncam Kremlin saytında dərc olunub.
Sənəd sentyabrın 29-da imzalandıqdan sonra qüvvəyə minib. Onun mətnində deyilir ki, Tver qubernatoru başqa vəzifəyə keçməsi ilə əlaqədar öz xahişi il” istefa verib.
Dövlət başçısı digər sərəncamla Rudenyanı özünün Şimal-Qərb Federal Dairəsində səlahiyyətli nümayəndəsi təyin edib.