image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-725d5abab246c9d9b1838a04d7ff06c6

Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək

image-legitimaz-810x90

Proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək.

Yanvarın 12-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirə keçirildi. Dövlət başçısının müşavirədə qaldırdığı bir sıra vacib məsələlər sırasında paytaxt Bakı və Abşeron yarımadasında uzun illərdir yığılıb qalmış içməli su problemləri xüsusi aktuallığı ilə seçildi. Bu problemlər zaman-zaman müxtəlif tədbirlərlə aradan qaldırılmağa çalışılsa da, artan əhali sayı, intensiv şəhərsalma prosesi və mövcud infrastrukturun köhnəlməsi məsələnin daha sistemli yanaşma tələb etdiyini göstərir. Məhz bu reallıqlar fonunda dövlətimizin başçısının məsələni strateji müstəvidə gündəmə gətirməsi xüsusi əhəmiyyət kəsb edir. Bu gün artıq aydın görünür ki, Bakı şəhəri, onun qəsəbələri, Sumqayıt şəhəri və Abşeron rayonunu əhatə edən vahid, genişmiqyaslı və əhatəli Dövlət Proqramının qəbulu zəruri xarakter alıb. Belə bir proqram region üzrə su təchizatının bütövlükdə yenidən qurulmasını, mövcud çatışmazlıqların mərhələli şəkildə aradan qaldırılmasını və gələcək onilliklər üçün dayanıqlı su təminatının yaradılmasını hədəfləməlidir. Bu yanaşma yalnız əhalinin gündəlik həyatına birbaşa təsir edən problemlərin həllinə xidmət etmir, həm də paytaxt regionunun sosial-iqtisadi inkişafının davamlı əsaslar üzərində qurulmasına imkan verir. Dövlət proqramı çərçivəsində həm mövcud su şəbəkələrinin modernləşdirilməsi, həm də yeni infrastruktur layihələrinin reallaşdırılması nəzərdə tutulur ki, bu da regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramının icrası nəticəsində paytaxt Bakı və Abşeron yarımadasında su təchizatı sahəsində tarixi əhəmiyyətli infrastruktur layihələri həyata keçiriləcək. Belə ki, proqram çərçivəsində tikiləcək yeni su anbarlarının sayı 30-a yaxın olacaq ki, bu da region üçün çox böyük, strateji əhəmiyyət daşıyan investisiyalardır. Hər bir anbar gələcək illərdə əhalinin fasiləsiz və keyfiyyətli içməli suya çıxışını təmin edəcək və su ehtiyatlarının daha səmərəli idarə olunmasına imkan yaradacaq. Layihə çərçivəsində sayğaclaşdırma sistemi də tam olaraq 100 faizə çatdırılacaq. Bu, həm əhalinin, həm də müəssisələrin istifadə etdiyi suyun dəqiq hesablanmasına, itkilərin qarşısının alınmasına və su resurslarının daha səmərəli istifadəsinə şərait yaradacaq. Hazırda fasiləsiz içməli su ilə təmin olunan əhali təxminən 70 faiz təşkil edir. Dövlət Proqramının icrası nəticəsində bu göstərici 95 faizə yüksələcək ki, bu da əhalinin böyük əksəriyyətinin fasiləsiz və etibarlı su ilə təmin olunması deməkdir. Bakı, Sumqayıt, Abşeron rayonu və 64 yaşayış məntəqəsində su təchizatı sistemlərinin genişmiqyaslı yenidən qurulması da planlaşdırılır.Təxminən 200 kilometrdən çox magistral kanal və eyni qədər paylayıcı şəbəkə yenidən qurulacaq və modernləşdiriləcək.Bu, regionda su təminatının müasir standartlara uyğunlaşdırılmasını, şəhər və qəsəbələrdə əhalinin gündəlik həyatının asanlaşdırılmasını təmin edəcək. Dövlət Proqramı yalnız infrastrukturun yenilənməsini əhatə etmir. O, həm də əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə, şəhər və qəsəbələrdə sosial-iqtisadi inkişafın davamlı əsaslar üzərində qurulmasına və ekoloji tarazlığın qorunmasına xidmət edir. Uzunmüddətli perspektivdə bu layihələr, həmçinin urbanizasiya proseslərinin daha səmərəli idarə olunmasına, su ehtiyatlarının qorunmasına və regionun dayanıqlı inkişafına təkan verəcək.

 

Şıxbağı kənd ağsaqqalı-Sabir Əhmədov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki