2026–2028-ci illərdə filmlərin dublyajı ekosistemi təkmilləşdiriləcək.
Xeberaz.info xəbər verir ki, bu barədə İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında əks olunub.
Bildirilib ki, beynəlxalq təcrübə öyrənilib, mövcud vəziyyət təhlil edilməlidir. Eyni zamanda filmlərin dublyajına dəstək mexanizmləri ilə bağlı təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilməlidir.






















