Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüs.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş və möhkəmlənmişdir. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.
Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Prezident İlham Əliyevin amnistiya təşəbbüsü güclü dövlətçiliklə yanaşı, humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir. 20 mindən çox şəxsə şamil ediləcək amnistiya təşəbbüsü böyük humanizm aktıdır. Bu təşəbbüs bir daha təsdiq edir ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu humanizm ənənələrini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyaya keçirilən siyasətdə humanizm prinsipləri hər zaman əsas götürülür və hər bir vətəndaşımızın hüquqlarının yaxından qorunması bu siyasətin əsas məqsədlərindədir. Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsü humanizm, mərhəmət və hüququn aliliyi prinsiplərinə əsaslanaraq geniş miqyaslı cəza azadlığı və cəza müddətlərinin azaldılmasını nəzərdə tutur. Bu təşəbbüs həm dövlətin suverenliyinə verdiyi dəyəri vurğulayır, həm də cəmiyyətin sosial inteqrasiyasına töhfə verməyi hədəfləyir. Azərbaycan Konstitusiyasının qəbulunun 30, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının 5 illiyini qeyd etdiyimiz dövrdə belə humanitar addımın atılması humanizm siyasətinin yenə də davam etdiyinin göstəricisidir. Amnistiya aktı eyni zamanda dövlətin öz vətəndaşına inamını, cəmiyyətin sağlamlaşdırılmasına yönəlmiş siyasi iradəni açıq şəkildə nümayiş etdirir.
Rəşad İsmayılov – Salahlı kənd ümumi orta ümumtəhsil məktəbi


























