image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1111-1024x585

Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüs

image-legitimaz-810x90

Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüs

Müasir dövrdə dövlət idarəçiliyində humanizm prinsipi cəmiyyətin sosial ədalət, insan hüquqları və mənəvi dəyərlər üzərində inkişafını təmin edən əsas ideoloji dayaqlarından biri hesab olunur. Humanizm yalnız nəzəri anlayış deyil, konkret qərar və mexanizmlərlə reallaşan, insanın ləyaqətini və hüquqlarını qorumağı hədəfləyən praktiki siyasətdir. Azərbaycan Respublikasında humanizm ideyası dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi formalaşmış, xüsusilə cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə ardıcıl və sistemli şəkildə həyata keçirilmişdir. Bu siyasətin ən parlaq təzahür formalarından biri prezidentin imzaladığı əfv fərmanıdır. Əfv fərmanları dövlətin cəza siyasətində insan amilinin önə çəkildiyini, cəmiyyətə yenidən inteqrasiya imkanlarının yaradıldığını və hüquqi-humanist balansın qorunduğunu göstərir. Prezident İlham Əliyevin Əfv siyasəti yalnız hüquqi akt kimi deyil, həm də sosial, mənəvi və ideoloji məna daşıyan mühüm dövlətçilik  ənənəsi kimi dəyərləndirilə bilər. Humanizm anlayışı insanın ali dəyər kimi qəbul edilməsinə əsaslanır. Ölkəmizdə hüquqi dövlət quruculuğunun və humanist dəyərlərin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin mühüm tərkib hissələrindən biri də əfv institutudur.  Cənab Prezident İlham Əliyevin imzaladığı əfv fərmanları dövlətin insana, onun taleyinə və cəmiyyətə reinteqrasiyasına verdiyi önəmin bariz nümunəsidir. Bu fərmanlar yalnız hüquqi sənəd deyil, eyni zamanda Azərbaycan dövlətinin yüksək mənəvi dəyərlərə, mərhəmət və bağışlamaq fəlsəfəsinə söykəndiyini göstərən mühüm ictimai-siyasi hadisədir. Əfv dövlət başçısının konstitusion səlahəyyətlərinə aid olan ali humanist aktdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Prezident məhkum olunmuş şəxsləri cəzanın çəkilməsindən tam və ya qismən azad edə, yaxud onların cəzasını yüngülləşdirə bilər. Bu institutun əsas məqsədi cəmiyyət üçün artıq təhlükə törətməyən, törətdiyi əməldən peşman olan və islah olunma yoluna qədəm qoymuş şəxslərə yenidən cəmiyyətə qayıtmaq imkanı yaratmaqdır. Cənab Prezident İlham Əliyevin Əfv Fərmanları məhz bu prinsiplərə əsaslanır. Hər bir əfv aktı fərdi qaydada, hüquq-mühafizə orqanlarının, məhkəmələrin və Əfv Məsələləri Komissiyasının rəyləri nəzərə alınmaqla həyata keçirilir.  Bu isə qərarların obyektivliyini və ədalətliyini təmin edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə əfv və amnistiya aktlarının mütəmadi xarakter alması humanizm siyasətinin davamlı olduğunu göstərir. Xüsusilə milli bayramlar, əlamətdar günlər, və dini bayramlar ərəfəsində imzalanan əfv fərmanları cəmiyyətdə ümid, inam və dövlətə bağlılıq hisslərini gücləndirir. Bu fərmanlar təkcə azadlığa buraxılan şəxsləri deyil, onların ailə üzvlərini, yaxınlarını və bütövlükdə cəmiyyəti sevindirir. Minlərlə ailə yenidən birləşir, valideyn övladı ilə, övlad ata-anası ilə qovuşur. Bu mənada əfv fərmanları sosial həmrəyliyin və ailə institutunun möhkəmlənməsinə də mühüm töhfə verir.

 

  1. Zərdabi adına Əlvənd kənd tam orta məktəbinin direktoru E. Xəlilov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki