image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17380654495262336840_1200x630-780x470

Prezident İlham Əliyevin sözü və əməli birdir

image-legitimaz-810x90

Azərbaycan Respublikasının müstəqil dövlət kimi güclənməsi, beynəlxalq nüfuzunun artması, ərazi bütövlüyünün bərpası və regionda söz sahibinə çevrilməsi Prezident cənab İlham Əliyevin uzun illər ərzində apardığı ardıcıl, prinsipial və xalqına söykənən siyasətin real nəticəsidir. Cənab İlham Əliyevin “Mən hər zaman Azərbaycan xalqının maraqlarını qoruyacağam” sözləri sadəcə siyasi bəyanat deyil, onun bütün fəaliyyətinin mahiyyətini təşkil edən, dövlət rəhbərliyi missiyasının əsasını müəyyən edən ideoloji xətt olmuşdur.
Bu gün xalqımız tam əminliklə deyə bilər ki, Prezident cənab İlham Əliyev verdiyi bütün vədlərə sadiq qalmış, sözünü əməli ilə təsdiqləmiş bir liderdir. Onun 2003-cü ildə prezident seçildikdən sonra xalqa ünvanladığı müraciətdəki vədləri bu gün tarixi faktlarla və konkret uğurlarla öz təsdiqini tapmışdır.

Prezident cənab İlham Əliyev 2003-cü il prezident seçkilərindən sonra xalqa müraciət edərək bildirmişdi ki, Azərbaycanın milli maraqları onun fəaliyyətinin əsas istiqaməti olacaq və ərazi bütövlüyünün təmin edilməsi ən vacib vəzifələrdən biridir. Həmin dövrdə Azərbaycan torpaqlarının 20%-dən çoxu işğal altında idi və dünya ictimaiyyətinin məsələyə ikili yanaşması şəraitində bu vədin yerinə yetirilməsi bəziləri üçün real görünmürdü.
Lakin Prezident İlham Əliyev verdiyi sözü unutmadı. O, diplomatik danışıqlar, iqtisadi güc, hərbi potensialın gücləndirilməsi, milli birlik və vətəndaş həmrəyliyi vasitəsilə Azərbaycanın bu məqsədinə tədricən və qətiyyətlə yol açdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. Bu Qələbə təkcə işğala son qoymaqla kifayətlənmədi, eyni zamanda, xalq-lider birliyinin, əzmkar siyasi kursun və milli iradənin təntənəsinə çevrildi. Vəd olunan kimi, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Lakin bu proses təkcə 2020-ci illə yekunlaşmadı. 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və digər bölgələrdə tam bərpa etdi. Bu, 20 illik strateji, sistemli və mərhələli siyasətin məntiqi və parlaq nəticəsi idi.  2023-cü il 15 oktyabr tarixində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltdı. Bu hadisə yalnız bir mərasim deyildi – bu, xalqın illərlə həsrətində olduğu anın gerçəyə çevrilməsi idi. Prezidentin 2003-cü ildə verdiyi sözün ən ali təsdiqi məhz bu an oldu. Xankəndi meydanında ucaldılan bayraq bir millətin ləyaqətinin, iradəsinin, əzminin və liderinə olan sonsuz inamının rəmzinə çevrildi.

Prezident cənab İlham Əliyevin fərqləndirici xüsusiyyətlərindən biri də verdiyi vədə sadiqlik və xalqa dürüst yanaşmadır. Bu, sadəcə siyasi davranış deyil, milli liderliyin ali göstəricisidir. O, hər zaman xalqla açıq və səmimi ünsiyyətdə olmuş, nəyin mümkün olduğunu demiş, mümkün olmayanı vəd etməmişdir. 20 il ərzində verilən vədlərin icrası, həyata keçirilən layihələr və əldə edilən nəticələr Prezidentin sözünə və əməlini birliyinə sadiq olduğunu bir daha nümayiş etdirir.

Ərazi bütövlüyü təmin edilsə də, qarşıda yeni vəzifələr və məqsədlər durur. Azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri, Zəngəzur dəhlizinin açılması, ölkənin hər bir guşəsinin sosial-iqtisadi inkişafı və regionun yeni təhlükəsizlik sisteminin formalaşdırılması kimi məsələlər Azərbaycanın gündəliyində əsas yer tutur.
Prezident cənab İlham Əliyev bu məsələlərlə bağlı da konkret yol xəritəsi təqdim etmiş və vətəndaşlara gələcəyin daha da parlaq olacağına dair əsaslı zəmin yaratmışdır.

Prezident cənab İlham Əliyev Azərbaycan tarixində sözün əmələ çevrildiyi, vədin yerinə yetirildiyi, liderlə xalq arasında qarşılıqlı inamın möhkəmləndiyi bir dövrün memarı kimi qalacaq. Onun 2003-cü ildə xalqa verdiyi söz 2023-cü ildə Xankəndi meydanında dalğalanan bayraqla möhürləndi.

Bu gün Azərbaycan vətəndaşı əminliklə deyə bilər: Prezidentin sözü və əməli birdir – və bu birlik, bu dürüstlük Azərbaycanın möhkəm, suveren və müstəqil gələcəyinin qarantıdır.

 

Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki