image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham-serencam1

Prezident fərman imzaladı

image-legitimaz-810x90

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Xeberaz.info fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 471 nömrəli və 13 avqust tarixli 478 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 22-2-ci hissə əlavə edilsin:

“22-2. Məcəllənin 279.2-ci və 279.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

22-2.1. elektrik közərmə lampalarının idxalına münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi adından – bu Siyahının 46.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

 

22-2.2. elektrik közərmə lampalarının istehsalına münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi adından – energetika naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri, onun müavinləri, departament direktoru, onun müavini, şöbə müdiri, sektor müdiri, baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis, filial rəhbəri, onun müavini, baş müfəttiş, böyük müfəttiş, aparıcı müfəttiş, müfəttiş;

22-2.3. elektrik közərmə lampalarının satışına münasibətdə:

22-2.3.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi adından – bu Siyahının 22-2.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

22-2.3.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından – Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional bölmənin rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.”.

2. Bu Fərman 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki