image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-andrey_kelin

Polşaya hücum: Rus səfir Britaniya XİN-ə çağırıldı

image-legitimaz-810x90

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Britaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Xeberaz.info xəbər verir ki, bu barədə Britaniya XİN bəyanat yayıb.

“Böyük Britaniya Polşa, Rumıniya, Ukrayna və NATO-dakı müttəfiqlərimizlə tam həmrəyliyini ifadə edir və bu məsuliyyətsiz hərəkətləri birmənalı şəkildə pisləyir”, – bəyanatda vurğulanıb.

Qeyd olunub ki, alyans Rusiyanın hərəkətlərinə ciddi yanaşır:

“NATO üzrə müttəfiqlərimizlə birlikdə biz şərq cinahımızda ən son texnologiyalardan, o cümlədən PUA-ların aşkar edilməsi və məhv edilməsi üçün vasitələrdən istifadə etməklə, müdafiəmizi gücləndiririk”.

Xatırladaq ki, sentyabrın 10-da Polşa Rusiya PUA-larının Ukraynaya qarşı genişmiqyaslı hücum zamanı ölkənin hava məkanını pozduğunu açıqlamış və onların zərərsizləşdirildiyini bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki