image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-70bf825d03fe6d55454b3f43103cf893

Polislərdən qaçmaq üçün özünə xəncərlə xəsarət yetirmişdi- Bu cəza verildi

image-legitimaz-810x90

Bakıda soyuq silah gəzdirməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılıb. Onun başqa bir cinayət işi üzrə axtarışda olduğu məlum olub.

Xeberaz.info xəbər verir ki, 1984-cü il təvəllüdlü Rüfət Məmmədov axtarışda olub.

O, məhkəmə qərarının icrasından yayındığı üçün axtarışa verilibmiş. Polis əməkdaşları onun yaşadığı Ağcabədi şəhəri, R.Tağıyev küçəsindəki evinə gediblər. Rüfət polis əməkdaşlarını görən zaman müqavimət göstərib.

Evində olan, soyuq silah hesab edilən xəncərlə özünə xəsarətlər yetirən Rüfət Məmmədov evdən çıxaraq həyətə qaçıb. Polis əməkdaşları müdaxilə edərək Rüfət Məmmədovun əlindəki xəncəri ala biliblər.

Onun aliment borcuna görə axtarışda olduğu bildirilir. Məmmədov məhkəmə qərarını icra etmədiyi üçün 1 il 2 ay azadlıqdan məhrum edilib.

R.Məmmədov bundan əlavə 6 ay da soyuq silah saxladığına görə cəza alıb.

Onun iki cəzası birləşdirərək üzərində qəti olaraq 1 il 4 ay cəza saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki