image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-pashinyan-en-yeni

Paşinyan II Qaregini sürgün etməyə hazırlaşır

image-legitimaz-810x90

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin ölkədən çıxarılması planını təsdiqləyib.

Xeberaz.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“Hakimiyyət kilsə daxilində təzyiqlərdən və onların müxalifətin mitinqlərində iştirak etməyə məcbur edilməsindən şikayət edən keşiş Ter-Aram Asatryanın sözlərindən istifadə etmək niyyətindədir. Bu ssenaridə II Qaregin Ter Aramı tənbeh etmək və ya onu uzaqlaşdırmaq qərarına gəlsə, Paşinyan üçün əsl “hədiyyə” olacaq. Bu, növbəti cəza tədbiri kimi təqdim olunacaq və hakimiyyət bu məqamdan istifadə edərək Müqəddəs Eçmiədzinə hücum edəcək. Hökumət daxilində bu ssenari Mülki Müqavilə Partiyasının rəhbərliyi seçildikdən sonra, lakin ümumi seçkilərdən əvvəl həyata keçirilməli olan böyük siyasi addım kimi qiymətləndirilir”, – məlumatda deyilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki