image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-image_750x_69ce2f3c845f2

ÖZƏLLƏŞDİRMƏ ÇEKİ: HÜQUQİ STATUS – MİLLİ MƏCLİSƏ MÜRACİƏT

image-legitimaz-810x90
Milli və beynəlxalq qanunvericiliyin tələbləri açıq-aşkardır: ortada ciddi konstitusion pozuntu var və problem təcili aradan qaldırılmalıdır

“Facebook”da 42 min aliləni birləşdirən və özəlləşdirmə paylarını (çeklərini) satmayıb, ümüdlə saxlayan yüzminlərlə vətəndaşı təmsil edən “Özəlləşdirmə Çekləri Qrupu” adından, Konstitusiya pozuntuları və hüquqlarının bərpası barədə Milli Məclis Sədri Sahibə Qafarovaya və deputatlara yeni açıq müraciət ünvanlanıb. AYNA.AZ müraciətin mətnini təqdim edir:

I HÜQUQİ ƏSASLANDIRMA VƏ FAKTLAR

Xronoloji və geniş izahlı hüquqi əsaslandırma

GİRİŞ – SSRİ-nin dağılması ilə sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasında (bundan sonra AR olaraq adlandırılacaq) olan nəhəng dövlət əmlakının (mülkiyyətinin) onun həqiqi sahibi olan vətəndaşlara (xalqa) əvəzsiz qaydada verilməsi məsələsi gündəmə gəldi. SSRİ dövründə mövcud olan dövlət əmlakı hüquqi baxımdan xalq mülkiyyəti hesab olunurdu. 1990-cı illərin 1-ci yarısında dövlət əmlakının bir hissəsinin dövlət özəlləşdirmə payları kimi vətəndaşların mülkiyyətinə verilməsi qərara alındı. Tarixi ədalətin təmin olunması üçün qanunlar qəbul edildi və bu qanunla dövlət əmlakının, dövlət özəlləşdirmə payları kimi xalqa verilməsi mexanizmi quruldu.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında özəlləşdirmə qanunvericiliyi digər postsovet ölkələrində baş vermiş hüquqi pozuntular nəzərə alınmaqla daha yüksək hüquqi təminatlarla qəbul edilmişdir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan qanunvericiliyi daha dəqiq və hüquqi baxımdan daha güclü şəkildə formalaşdırılmışdır və Özəlləşdirmə haqqında Qanunun özündə özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi olduğu birbaşa təsbit edilmişdir.

Konstitusiya Məhkəməsinə təqdim edilən bu şikayət Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində təsbit edilmiş mülkiyyət hüququnun təmin olunmaması, pozulması ilə bağlıdır və təkcə şikayətçilərin fərdi hüquq mübahisəsi deyil, Azərbaycan Respublikasının hüquq sistemində yaranmış normativ ziddiyyətin aradan qaldırılması məqsədi daşıyır. Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunvericiliyi ilə vətəndaşlara verilmiş özəlləşdirmə payları (çekləri) qanunla tanınmış mülkiyyət hüququnun obyektidir və həmin hüquq bu günə qədər qanunvericiliklə ləğv edilməmişdir. Lakin uzun illərdir ki, icra hakimiyyəti aktları və inzibati praktika nəticəsində bu hüququn həyata keçirilməsi faktiki olaraq mümkünsüz vəziyyətə gətirilmişdir. Bu isə Konstitusiya ilə təmin edilmiş mülkiyyət hüququnun dövlət tərəfindən qorunması öhdəliyinin yerinə yetirilməməsi deməkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir və qanunlar digər normativ aktlardan üstündür. İcra hakimiyyəti orqanlarının aktları qanunlara zidd ola bilməz. Belə vəziyyət Konstitusiyanın 147 və 149-cu maddələrində təsbit edilmiş normativ hüquqi aktların iyerarxiyası prinsipinə ziddir və yalnız Konstitusiya Məhkəməsinin konstitusion nəzarət səlahiyyətləri çərçivəsində aradan qaldırıla bilər. Qanun və icra hakimiyyəti aktı arasında yaranmış normativ ziddiyyətin aradan qaldırılmasının vacıbliyi Konstitusiya hüququnun tətbiqi ilə bağlı prinsipial  məsələ olduğundan belə bir məsələ yalnız Konstitusiya Məhkəməsinin konstitusion nəzarət səlahiyyətləri çərçivəsində həll edilə bilər. Bu səbəbdən işin Plenum iclasında araşdırılması zəruri hesab edilir.

Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunvericiliyinə əsasən özəlləşdirmə çekləri vətəndaşlara dövlət əmlakında pay əldə etmək məqsədilə verilmiş və qanunla qorunan mülkiyyət hüququnun obyektidir. Bu çeklər yalnız formal qiymətli kağız deyil, həm də iqtisadi dəyərə malik aktiv, dövriyyəyə buraxılmış və əmlak əldə etmə funksiyasını yerinə yetirən hüquqi alət olmuşdur.

Dövlət tərəfindən bu alətlərin dövriyyəyə buraxılması, sərbəst alqı-satqısına icazə verilməsi və dövlət əmlakının əldə olunması üçün istifadə edilməsi onların faktiki olaraq iqtisadi münasibətlərdə dəyər ekvivalenti funksiyası daşıdığını göstərir. Bu isə həmin hüquqların yalnız nominal deyil, real iqtisadi məzmun daşıdığını təsdiq edir.

Lakin sonradan icra hakimiyyəti aktları və inzibati praktika nəticəsində qanunla tanınmış bu hüququn həyata keçirilməsi faktiki olaraq mümkünsüz vəziyyətə gətirilmişdir. Beləliklə, şikayətçilərin mülkiyyət hüququ formal olaraq mövcud olsa da, onun real həyata keçirilməsi imkanı aradan qaldırılmışdır.

Belə olan halda, qanunla vətəndaşlara verilmiş hüququn sonradan qanundan aşağı hüquqi qüvvəyə malik normativ aktlarla, xüsusilə icra hakimiyyəti orqanlarının fərmanları ilə faktiki olaraq məhdudlaşdırılması və ya ləğv edilməsi, həmin qanunvericiliyin icra olunmaması Konstitusiyanın aliliyi prinsipinin pozulmasıdır, hüquqi dövlət prinsipinə ziddir.

Xüsusilə qeyd olunmalıdır ki, yaranmış hüquqi vəziyyət normativ aktlar arasında ziddiyyət xarakteri daşıyır və bu ziddiyyətin aradan qaldırılması ümumi məhkəmələrin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən məsələ yalnız Konstitusiya Məhkəməsinin konstitusion nəzarət səlahiyyətləri çərçivəsində həll edilə bilər.

Bundan əlavə, şikayətçilərdə dövlət tərəfindən yaradılmış hüquqi rejim əsasında legitim gözlənti formalaşmışdır. Bu gözlənti həm milli hüquq prinsiplərinə, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış praktikasına uyğun olaraq mülkiyyət hüququnun tərkib hissəsi kimi qorunmalıdır.

Beləliklə, təqdim edilən şikayət yalnız fərdi hüquq pozuntusu ilə bağlı deyil, eyni zamanda hüquqi müəyyənlik, legitim gözlənti və normativ aktların iyerarxiyası prinsiplərinin pozulması ilə bağlı sistemli konstitusion məsələni əhatə edir.

ƏSAS KONSTİTUSİON  SUAL: Bu iş üzrə Konstitusiya Məhkəməsinin həll etməli olduğu əsas konstitusion məsələ aşağıdakından ibarətdir:

Qanun qüvvədə qaldığı halda, qanunla tanınmış mülkiyyət hüququnun icra hakimiyyəti aktları, inzibati praktika və məhkəmə təfsiri ilə faktiki olaraq istifadəsiz hala gətirilməsi Konstitusiyanın 13, 29, 94, 147 və 149-cu maddələri ilə uzlaşırmı?

II KONSTİTUSİYA ŞİKAYƏTİNİN PREDMETİ:

Bu şikayətlə bildirmək istəyirik ki,  icra hakimiyyəti aktları, inzibati praktika və məhkəmə təfsiri ilə Azərbaycan Respublikası Konstitusiyasının aşağıdakı müddəalarının  pozulduğu iddia edilir:

  1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi – Mülkiyyətin toxunulmazlığı prinsipi pozulmuşdur.
  2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi – Mülkiyyət hüququnun dövlət tərəfindən qorunması təmin edilməmişdir.
  3. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsi – Konstitusiyanın və qanunların aliliyi prinsipi pozulmuşdur.
  4. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi – Normativ hüquqi aktların hüquqi qüvvə iyerarxiyası pozulmuşdur.
  5. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsi – Mülkiyyət hüquqlarının tənzimlənməsinin yalnız qanunverici orqana aid olması prinsipi pozulmuşdur.
  6. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsi – İnsan və vətəndaş hüquqlarının təmin edilməsi ilə bağlı dövlət öhdəlikləri pozulmuşdur.
  7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi – Məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

Şikayətçilərin mülkiyyət hüquqları və həmin hüquqların praktik həyata keçirilməsi imkanları qanunla nəzərdə tutulmuş prosedur və təminatlar olmadan məhdudlaşdırılmışdır. Mülkiyyət hüququna müdaxilə yalnız qanunla, hüquqi müəyyənlik və ədalətli kompensasiya prinsipləri gözlənilməklə mümkündür. İcra hakimiyyəti xarakterli aktlarla bu hüququn faktiki məhdudlaşdırılması hüquqi dövlət prinsipinə ziddir.

Dövlət şikayətçilərə Dövlət Qiymətli Kağızı – özəlləşdirmə çekləri təqdim etməklə, onlara real iqtisadi dəyərə malik əmlak vəd etmişdir. Lakin nəticədə şikayətçilərə yalnız bu vədin “qablaşdırılması” təqdim edilmiş, vəd edilən dəyərin özü isə heç vaxt əlçatan olmamışdır.

Beləliklə, şikayətçilər mülkiyyət hüququnun məzmununu deyil, yalnız onun boş hüquqi qabığını əldə etmişlər.

Bu pozuntulara qarşı hesab edirik ki, Dövlətin arqumentləri ola bilməz! Bu fikrimizi aşağıdakılar ilə əsaslandıra bilərik:

1) Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan tarixi ədalət və  iqtisadi-sosial siyasət pozularaq, dəyişdirilməsi ilə əsaslandırıla bilməz! Çünki Heydər Əliyev dövlətin  ən kasıb vaxtında – büdcədə və Neft Fondunda heç bir milyon dollar olmayanda özəlləşdiriləcək orta və iri dövlət əmlaklarının 65%-ni Miras Əmlak Payı kimi xalqa vəd etdi və bu Qanunlarda öz əksini tapdı.

2) Dövlətin özəlləşdirmə proqramı başa çatmayıb və davam edir. Ulu Öndər Heydər Əliyev deyirdi ki, bu özəlləşdirmə uzun müddət davam etməsindən asılı olmayaraq hər bir vətəndaş öz əmlak payını almalıdır və istədiyi kimi istifadə etməlidir. Bu səbəbdən də bu gün qüvvədə olan 16 may 2000-ci il tarixli, 878-IQ nömrəli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun (bundan sonra “2000-ci il tarixli 878-IQ saylı Qanun” adlandırılacaq) 10-cu maddəsində dövlət özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi istifadə etmə hüququ müddətsiz olaraq qəbul olunub.

3) Bu iş fərdi bir iş deyil – yüzminlərlə ailənin problemidir və  “ictimai maraq” daşıyır.

III KONSTİTUSİYA ŞİKAYƏTİNİN VERİLMƏSİNİN SƏBƏBLƏRİ

Konstitusiya şikayətinin verilməsinin səbəbləri ilə bağlı deyə bilərik ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 149-cu və digər maddələrinin, xüsusilə “normativ hüquqi aktların hüquqi qüvvə iyerarxiyası və başqa maddələrinin” pozulması nəticəsində, aşağıdakı qəbul edilməz pozuntular meydana gəlmişdir:

  1. Hüquqi müəyyənlik prinsipi pozulmuşdur (legal certainty).
  2. Qanuni gözləntini pozulmuşdur (legitimate expectation).
  3. Dövlətin vətəndaşlara verdiyi rəsmi vədlərin yerinə yetirilməməsi meydana gəlmişdir.
  4. Dövlətin yaratdığı hüquqi sistemin yarımçıq saxlanılması meydana gəlmişdir.
  5. Effektiv hüquqi müdafiənin olmaması meydana gəlmişdir (məhkəmələr hüquqları müdafiə etmir).
  6. Mülkiyyət hüququ pozulmuşdur.

IV QANUNVERİCİLİK  –  FAKTLAR

Aşağıda göstərilən faktlar dövlət özəlləşdirmə paylarının (çeklərinin) qanunla müəyyən edilmiş hüquqi statusunu, onların dövriyyədən çıxarılmadığını və sonradan aşağı hüquqi qüvvəli aktlarla istifadəsinin məhdudlaşdırıldığını göstərir.

  1. A) HÜQUQİ STATUS:
  1. 07.01.1993-cü il tarixli 445 saylı “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanunun (bundan sonra “07.01.1993-cü il tarixli 445 saylı Özəlləşdirmə Qanunu”) “Dövlət özəlləşdirmə Proqramı” adlanan 10-cu maddəsinin 2-ci bəndində qeyd olunur ki, “Özəlləşdirmənin Dövlət Proqramı hər il noyabrın 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Ali Sovetinin (indiki Milli Məclisin – qanunverici orqanın) təsdiqinə verilir. Azərbaycan Respublikasının Ali Soveti özəlləşdirmənin Dövlət Proqramını dekabrın 20-dən gec olmayaraq təsdiq edir. Dövlət Proqramında dəyişikliklər Azərbaycan Respublikası Ali Sovetinin razılığı ilə edilə bilər”.
  1. 07.01.1993-cü il tarixli 445 saylı Özəlləşdirmə Qanununun 10-cu maddəsində deyilir ki, “Özəlləşdiriləcək müəssisələrin, obyektlərin (əmlakı) siyahısı, özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları ancaq qanunverici orqan tərəfindən Qanunla qəbul olunacaq Özəlləşdirmə haqqında Dövlət Proqramı ilə müəyyənləşdirilə bilər”.
  1. Həmin Qanununun “Özəlləşdirmə payı” adlı 18-ci maddəsinin 1-ci bəndində deyilir ki, “Özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.

Bu bənd ilə Qanunla Dövlət Özəlləşdirmə Payının (bundan sonra DÖP) əvəzsiz verilən mülkiyyət hüququ olduğunu təsdiqlədi və dövlət vətəndaşın mülkiyyət hüququnu tanıdı.

Həmin 18-ci maddədən aydın olur ki, DÖP-nın məbləği özəlləşdirilməsi nəzərdə tutulan dövlət müəssisəsi və obyektlərinin dəyərinə əsasən müəyyənləşdirilir və verilməsi mexanizmi – bir vətəndaşının adına müvafiq bankda açılmış xüsusi hesabda saxlanır və yalnız hesabdan-hesaba keçirilir. Özəlləşdirmə payı vərəsəlik hüququ əsasında keçdikdə də ancaq təyinatlı məqsədlə istifadə olunur. Bununla da dövlət vətəndaşların hüquqların icra mexanizmini  müəyyənləşdirdi. Özəlləşdirmə paylarının verilməsi və istifadəsi qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.

  1. 07.01.1993-cü il tarixli 445 saylı Özəlləşdirmə Qanunu “İnvestisiya fondu” adlı 19-cu maddəsində deyilir ki, “Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır. Bu məqsədlə respublikada xüsusi (şəxsi) investisiya fondları da yaradıla bilər”.

Göründüyü kimi, Dövlət Qanunda bu normanı (mexanizmi) qəbul etməklə qanuni gözlənti formalaşdırmışdır. Dövlət vətəndaşlara öhdəlik kimi zəmanət verdi və alternativ olaraq imperativ norma kimi qəbul etdi ki, “dövlət investisiya fondları yaradılacaq”. Bununla Dövlət hər bir vətəndaşın ixtisaslaşdırılmış investisiya fonduları vasitəsi ilə özəlləşdirmə paylarını əldə edə biləcəklərinə 100% Dövlət zəmanəti verir.

  1. Qeyd edək ki, 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq edildi (bundan sonra “29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramı” adlanacaq). Qanunla qəbul edilmiş həmin Dövlət Proqramının GİRİŞ hissəsində yazılır ki, Dövlət Proqramına hər hansı dəyişiklik və əlavələr Azərbaycan Respublikası Milli Məclisi tərəfindən edilir.
  1. 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının “DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ PAYI” adlı 3-cü hissəsinin 2-ci bəndində (abzasında) yazılır ki, “Özəlləşdirmə payı – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.

Bu qanundan da göründüyü kimi, Dövlət bu norma ilə 1993-cü il tarixli 445 saylı Qanununda olduğu kimi DÖP-nın əvəzsiz verilən mülkiyyət hüququ olduğunu bir daha təsdiqlədi və vətəndaşın mülkiyyət hüququnu tanıdı.

  1. Onu da qeyd edək ki, 2000-ci il sentyabrın 1-də qüvvəyə minmiş AR Mülki Məcəlləsinin (bundan sonra AR MM) “Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi” adlı 14-cü maddəsinin 2.2-ci bəndinə uyğun olaraq DÖP və Dövlət özəlləşdirmə payları (çekləri) (bundan sonra “DÖPÇ”) “sosial güzəşt” deyil, “qanunla yaranmış mülkiyyət hüququdur”.
  1. “DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ PAYI” adlı 3-cü hissəsində yazılır: “3. Özəlləşdirmə payı – respublika vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilir. Pay (çek) satıla, banklara, girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formada özgəninkiləşdirilə bilər.
  2. Dövlət özəlləşdirmə payı – adsız (təqdim edənə), nağd qiymətli kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir.

Burada Dövlət Qanunla  mülkiyyət hüququnun reallaşdırılması aləti kimi əvvəlki 445 saylı Qanunda olan pul formasında icrasından imtina edir və əvəzində qiymətli kağız formasını – Dövlət Özəlləşdirmə Çeklərini tətbiq edir və eyni zamanda hər bir vətəndaşa verilən çeklərin eyni dəyərə malik olduğu göstərilərək – bərabərlik hüququ tanıyır.

  1. Dövriyyəyə tədavül müddəti üç il olan 32.000 000 (otuz iki milyon) dövlət özəlləşdirmə çeki buraxılır.
  2. Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir: çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir.

Burada Dövlət özəlləşdirmə payını təsdiq edən hər bir çekin maddi ekvivalent dəyərinin inflyasiyadan qorunan qiymətli kağız forması olduğu və  maddi ekvivalent hissəsi olduğu elan edildi.

  1. Özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir. Özəlləşdirmə payı alacaq vətəndaşların siyahısı müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən DƏK-in yerli qurumları ilə birlikdə tərtib edilir. Özəlləşdirmə paylarının (çeklərinin) verilməsi mexanizmi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilir”.
  1. 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramı ilə özəlləşdirmə payının pul hesabı formasından imtina edilir; əvəzində adsız sənədli qiymətli kağız olduğu qəbul olunur, bununla da özəlləşdirmə çeki tətbiq olunur; hər çek, dövlət mülkiyyəti ilə təmin edilir; DÖPÇ verildiyi an eyni dəyərə malikdir, bərabər hesab olunur, nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalent olduğu göstərilir.
  2. 10. Bununla da qanun qiymətli kağız kimi Dövlət Özəlləşdirmə Paylarını (çeklərini) vətəndaşların ikinci mülkiyyət hüququ kimi tanıyır və sonradan qiymətli kağız kimi AR MM-in 1078-4.1-ci maddəsi ilə tənzimləyir:

Maddə 1078-4. Özəlləşdirmə qiymətli kağızları; 1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.

Göründüyü kimi, AR MM-in 14.2.2-cü, 183-cü və 1078-4-cü maddələrinə əsasən, özəlləşdirmə çekləri mülkiyyət hüququ yaradan qiymətli kağızlardır.

  1. B) MEXANİZM və TƏMİNATLAR
  1. Özəlləşdirmə çeklərinin verilməsi mülkiyyət hüququnun dəyişdirilməsi və ya Dövlət Özəlləşdirmə Payının ləğvi deyil – qanunun həyata keçirilməsinin mexaniki formasının dəyişdirilməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün yeni sənədin qəbul edilməsidir.
  2. Məhz 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramın icrasını təmin etmək üçün “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” AR Prezidentinin 25.03.1996-cı ilə tarixli 450 nömrəli Fərmanı qəbul edildi və həmin Fərman ilə AR-da dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə təsdiq edildi. Bu gün də qüvvədə olan həmin Əsasnamənin 1-ci hissəsinin 5-ci bəndində yazılır ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”. Bu gün qüvvədə olan həmin Əsasnamə, bütün özəlləşdirmə dövründə çeklərin ödəmə-tədavül vasitəsi kimi istifadəsindən – qəbulundan imtina etməyin qəti qadağan olduğunu qəbul edib.
  3. Həmin 450 nömrəli Fərmanla imzalanan Əsasnamənin hazırlanmasına SƏBƏB olan “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 07.01.1993-cü il tarixli 445 nömrəli Qanunun DÖP-ları adlanan 18-ci maddəsinin 8-ci bəndində deyilir ki, “Özəlləşdirmə paylarının verilməsi və istifadəsi qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir”.

Burada DÖPÇ-nin bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi kimi istifadəsinin hüquqi əsasının əmələ gəlmə səbəbi bu hüquqi tarazlığı yaradan 1993-cü ildə qəbul olunmuş 445 nömrəli Qanunun 19.1-ci maddəsidir.

Belə ki, həmin Qanunun 19.1-ci maddəsində deyilir ki, “Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır”.

Bu isə o mənaya gəlir ki, Dövlət tərəfindən investisiya fondu yaradılana qədər Özəlləşdirmə Paylarının banklarda pul və ya dövlət qiymətli kağızı olan DÖPÇ formasında verilməsi qaydasından asılı olmayaraq, onların bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi olması birbaşa qanunla tənzimlənib.

  1. AR MM-nin 153.3-cü maddəsinə görə, Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
  1. Onu da qeyd edək ki, 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramında dövriyyədə olan müddətdə DÖPÇ-nin tədavül vasitəsi kimi (alqı-satqı, bankda girov qoymaq və s.) istifadəsi 3 il müəyyən edildi.

Lakin qanunlarda heç vaxt özəlləşdirmə çeklərinin  dövriyyədə olduğu müddətdə ödəmə-tədiyyə vasitəsi kimi istifadəsinə müddət qoyulmadı – məhdudlaşdırılmadı.

  1. Çeklərin özü şikayətçilərin mülkiyyət hüququnun ilkin sənəd sübutudur. Qanunvericiliyə uyğun olaraq hər vətəndaşa şəxsiyyət vəsiqəsi təqdim edilməklə – imza atdıqdan sonra fərdi nömrəsi olan 4 çekdən ibarət 1 ədəd DÖP verilib.
  1. Məhz çekin üstündə də yazılır ki, “BU ÖZƏLLƏŞDİRMƏ ÇEKİ AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜLKİYYƏTİ İLƏ TƏMİN EDİLİR”.

Bu çeklərin üzərində müddət yazılmayıb. Özəlləşdirmə payları-çekləri adsız qiymətli kağız sayılır və mülkiyyət hüququ sənəd sahibindədir.

Bu, o deməkdir ki, dövlət bu çeklərin arxasında maddi öhdəlik götürüb. DÖPÇ sadəcə normativ vəd, təkcə gələcək ümid deyil – qanunvericilikdə tanınmış, fərdiləşdirilmiş və iqtisadi dəyərə malik hüquqlardır və mülkiyyətlə təmin olunmuş dövlət borcu xarakteri daşıyır.

  1. 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının” ORTA VƏ İRİ MÜƏSSİSƏLƏRİN ÖZƏLLƏŞDİRİLMƏSİ adlı 8-ci hissənin 3-cü bəndi ödəmə vasitəsi kimi çeklərdən istifadə etməklə səhmdar cəmiyyətin səhmlərinin satışı belə bölüşdürülür: 15% — əmək kollektivinə və 50%-dən az olmayaraq — çek auksionlarına (investisiya müsabiqələri və hərraclarına) yönəldilir;

Göründüyü kimi, Qanunla qəbul olunmuş Dövlət Proqramında çeklərin tədavül müddəti göstərilsə də, bu proqramda çeklərin nə dövriyyədə olma müddəti – nə də çeklərin dövriyyədə olduğu müddətdə ödəmə-tədiyyə vasitəsi kimi istifadəsi heç vaxt məhdudlaşdırılmadı. Çeklər investisiya xarakterli qiymətli kağızlar olduğu üçün Qanunda ancaq özəlləşdirmə zamanı ödəmə vasitəsi kimi istifadə olunmuş çeklərin dövriyyədən çıxarılması nəzərdə tutulurdu və ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunmayan çeklərin qanunla dövriyyədən çıxarılması mexanizmi nəzərdə tutulmamışdır.

  1. 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının 8-ci hissəsinin 3-cü bəndinin imperativ tələbinə görə, bütün özəlləşdiriləcək əmlakın (səhmlərin) ancaq 35%-i pulla satıla bilər, qalan 65% isə ancaq və ancaq DÖPÇ ilə satılmalıdır – əvəzlənməlidir. Qanunla investorlar əmək kollektivi tərəfindən özəlləşdirilməyən – 15%-dən qalan DÖP-nı və hərraclar üçün nəzərdə tutulmuş 50% DÖP-nı ancaq vətəndaşlardan DÖPÇ-ni (çeklərini) əldə etməklə sahib ola bilərdi. Qanunla xarici investorlar özəlləşdirmədə iştirak etmək üçün əvvəlcədən opsion almalı idi.
  1. 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ OPSİONU adlı 4-cü hissəsində yazılır: Xarici sərmayəçilər tərəfindən dövlət özəlləşdirmə payları (çekləri), habelə ilkin və təkrar bazarlarda özəlləşdirilən müəssisələrin səhmləri yalnız dövlət özəlləşdirmə opsionları silinmək üçün təqdim edildikdən sonra satın alına bilər. Hər özəlləşdirmə opsionu bir çek almaq hüququ verir.
  1. 7 yanvar 1993-cü il tarixli 445 saylı Özəlləşdirmə haqqında Qanun dövlət özəlləşdirmə paylarını hər bir vətəndaşa əvəzsiz verilən dövlət əmlakının bir hissəsi kimi açıq şəkildə tanımışdır. 29 sentyabr 1995-ci il tarixli Qanunla təsdiq edilmiş Dövlət Proqramı bu payın ölçülə bilən iqtisadi dəyərə malik fərdiləşdirilmiş hüquq olduğunu təsdiq etmişdir.
  2. Azərbaycan Respublikasında özəlləşdirmə prosesinin normativ hüquqi tənzimlənməsi çərçivəsində Dövlət Əmlak Komitəsinin 222 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 75 nömrəli qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmiş normativ aktla dövlət özəlləşdirmə opsionlarının tətbiqi və onların qiymətinin müəyyən edilməsi qaydaları müəyyən edilmişdir.
  1. Dövlət özəlləşdirmə opsionunun qiymətinin hesablanması qaydalarına əsasən opsionun dəyəri özəlləşdirmə payının dəyərinin müəyyən faizi ilə müəyyən edilirdi və həmin qiymət üçün minimum hədd müəyyən olunmuşdu. Qaydada göstərilirdi ki, opsionun qiyməti özəlləşdirmə payının dəyərinin 0.1 faizi miqdarında hesablanır və hər bir opsionun qiyməti 2000 manatdan az olmamalıdır.
  1. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) səmərəli yerləşdirilməsi üçün lazımi şərait yaradılmasını təmin etmək məqsədi ilə 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının, “FOND BAZARININ İNKİŞAFI” adlı 7 saylı Əlavəsininin 6-cı bəndində deyilir ki, “Çek investisiya fondları sonradan dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində istifadə etmək məqsədinə fiziki və hüquqi şəxslərdən özəlləşdirmə paylarını (çeklərini) yığırlar”.
  2. Qanunun 7-ci Əlavəsinin icrası üçün “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə AR Prezidentinin 14 may 1997-ci il tarixli 579 nömrəli Fərmanında deyilir ki, “Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşması, dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı buraxılan qiymətli kağızlara əhali tərəfindən qoyulan vəsaitlərin qorunması və dövlət özəlləşdirmə paylarının (çeklərinin) səmərəli yerləşdirilməsi üçün lazımi şərait yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram: 1. İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə təsdiq edilsin.
  1. Bu gün də qüvvədə olan Fərmanla təsdiqlənmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamənin 1-ci bəndində deyilir ki, “Çek investisiya fondları dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində fiziki və hüquqi şəxslərin dövlət özəlləşdirmə payları (çekləri) vasitəsi ilə iştirakını təmin etmək məqsədi ilə çekləri toplamaq üçün yaradılır.
  1. Həmin Əsasnamənin 6-cı bəndində isə deyilir ki, “Azərbaycan Respublikasının ərazisində çek investisiya fondlarının fəaliyyətinin lisenziyalaşdırılması Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir”.
  1. Onu da qeyd edək ki, sonradan qəbul olumuş 2000-ci il tarixli 878-IQ saylı Qanunun 33.2-ci maddəsinə əsasən, “1993-cü il tarixli 445 saylı Qanununu və 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramı qüvvədən düşmüş hesab edilmişdir”.
  2. Yenə həmin 2000-ci il tarixli 878-IQ saylı Qanunun 33.1-ci maddəsində XÜSUSİ norma olaraq QEYD edilir ki, “Bu Qanun qüvvəyə mindiyi günədək qəbul edilmiş və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən normativ-hüquqi aktlar bu Qanuna zidd olmayan hissəsində öz qüvvəsini saxlayır”.
  3. Dövlətin pozitiv öhdəliyi (investment funds məsələsi) əvvəlki qanunlarda açıq şəkildə yazılıb. Başqa bir ifadə ilə vətəndaş özəlləşdirmə çekindən birbaşa istifadə edə bilmirsə, dövlət investisiya fondları yaratmalı, vətəndaş həmin fondlar vasitəsilə öz mülkiyyət hüququnu reallaşdırmalı idi. Burada artıq, sadə proqram vədindən yox, Qanunla qəbul olunmuş imperativ (məcburi) dövlət öhdəliyindən söhbət gedir.
  4. Bu Əsasnamədə və 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramında” ixtisalaşdırılmış çek investisiya fondlarının 1993-cü il tarixli 445 saylı Qanununun 19-cü maddəsində olduğu kimi, dövlət tərəfindən yaradılacağı birbaşa norma ilə tənzimlənməsə belə, hesab edirik ki, 1993-cü il tarixli 445 saylı Qanununun 19-cü maddəsi həmin fondların dövlət tərəfindən yaradılmasını məcburi hala gətirib.
  5. Maraqlı və araşdırılması vacib olan məsələlərdən – DÖPÇ-nin səmərəli istifadəsi üçün 1120 saylı Qanunun  7 saylı Əlavəsi əsasında icrası bu gün də qüvvədə olan “İxtisaslaşdırılmış çek investisiya fondları” haqqında 14 may 1997-ci il 579 Fərmanla təsdiqlənmiş ƏSASNAMƏ ilə nəzərdə tutulan Çek investisiya fondları da yaradılmadı. 2011-ci ildə DÖPÇ-nin tədavül və tədiyyə vasitəsi kimi istifadəsinin dayandırılmasına baxmayaraq bu ƏSASNAMƏDƏ 22 dekabr 2014-cü ildə 426 nömrəli Fərmanla dəyişikliklər edilib.
  6. Məlum olduğu kimi, 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” AR Prezidenti 25.03.1996-cı ilə tarixli 450 nömrəli Fərman imzaladı və həmin Fərman ilə Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə (bundan sonra “Çeklər haqqında Əsasnamə” adlanacaq) təsdiq edildi.

Xüsusi QEYD – 7 mart 1995-ci ildə Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının prezidenti Ulu Öndər Heydər Əliyevin – Prezident Sarayında çıxışının YEKUN hissəsində xüsusi qeyd etmişdir ki, özəlləşdirmənin pul və ya qiymətli kağız (vaucer) formasında həyata kecirilməsindən asılı olmayaraq, hətta 15-20 il keçsə də, hər bir vətəndaş öz miras əmlak payını almalıdır. Ulu Öndər Heydər Əliyevi ən çox narahat edən sual “Bəs, bu, necə olacaq?” məsələsi idi.

  1. C) POZUNTULAR və ZİDDİYYƏTLƏR
  1. Bu gün də qüvvədə həmin Çeklər haqqında Əsasnamənin 1-ci hissəsinin 5-ci bəndində yazılır ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”. Yəni həmin Əsasnamə bütün özəlləşdirmə dövründə çeklərin ödəmə-tədavül vasitəsi kimi istifadəsindən – qəbulundan imtina etməyin qəti qadağan olduğunu qəbul edib. Başqa bir ifadə ilə həmin Əsasnamədə çeklərin ödəmə – tədiyyə vasitəsi kimi istifadəsi üçün heç bir müddət qoyulmayıb, bütün özəlləşdirmə dövrü çeklərdən istifadənin mümkün olduğunu göstərib.
  2. 35. Qeyd edək ki, 2000-ci il tarixli 878-IQ saylı Qanun qəbul edilmişdir.

Bu gün qüvvədə olan həmin qanunun 1.0.1-ci maddəsində deyilir ki, “dövlət əmlakının özəlləşdirilməsi – dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir”.

Həmin qanunun 1.0.5-ci maddəsində deyilir ki, “dövlət özəlləşdirmə payı – dörd özəlləşdirmə çekindən ibarət, Azərbaycan Respublikasının 1997-ci il 1 yanvar tarixinə qeydiyyatda olan hər bir vətəndaşına dəyəri ödənilmədən paylanmış və çeklə özəlləşdirilən dövlət əmlakının orta hesabla 1/8000000 hissəsini ifadə edən adsız (təqdim edənə), nağd şəkildə buraxılan qiymətli kağızların məcmusudur”.

  1. 36. Yuxarıda da qeyd edilən Qanunla qoyulmuş normalardan aydın olur ki, özəlləşdirmə dövlət proqramlarında sonradan ediləcək dəyişikliklər də ancaq qanunla həyata keçirilə bilər. Belə ki, 1993-cü il tarixli 445 saylı Qanununun “Dövlət özəlləşdirmə Proqramı” adlanan 10-cu maddəsinin 2-ci bəndində qeyd olunur ki, “Özəlləşdirmənin Dövlət Proqramı hər il noyabrın 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Ali Sovetinin (indiki Milli Məclisin – qanunverici orqanın) təsdiqinə verilir. Azərbaycan Respublikasının Ali Soveti özəlləşdirmənin Dövlət Proqramını dekabrın 20-dən gec olmayaraq təsdiq edir. Dövlət Proqramında dəyişikliklər Azərbaycan Respublikası Ali Sovetinin razılığı ilə edilə bilər”.

Yenə 29.09.1995-ci il tarixində 1120 saylı Qanunla qəbul edilmiş Dövlət Proqramının GİRİŞ hissəsində yazılır ki, Dövlət Proqramına hər hansı dəyişiklik və əlavələr Azərbaycan Respublikası Milli Məclisi tərəfindən edilir.

  1. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra AR Konstitusiya) 13 və 29-cu maddəsində deyilir ki, mülkiyyət hüququ toxunulmazdır, dövlət tərəfindən müdafiə olunur və qanunla qorunur.
  2. 38. AR Konstitusiyasının 94-cü maddəsinin 13-cü və 29-cu bəndinə əsasən mülkiyyət hüququ ancaq AR MM tərəfindən ümumi qaydalarla müəyyən edilir. AR Konstitusiyanın 109-cu maddəsi ilə, bu səlahiyyətlər AR Prezidentinin səlahiyyətinə aid deyil.
  1. Bundan başqa AR MM-in 153.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
  1. Lakin 2000-ci il tarixli 878-IQ saylı Qanunun 5.1-ci maddəsində deyilir ki, “Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur”. Göründüyü kimi söhbət adi dövlət proqramından deyil, mülkiyyətin bölgüsünü və mülkiyyət hüququnun yaranmasını tənzimləyən normativ aktdan gedir. Başqa dövlət proqramlarından fərqli olaraq bu proqram mülkiyyətin bölgüsünü və mülkiyyət hüququnun yaranmasını, istifadəni və sairəni tənzimlədiyi üçün fərmanla deyil, qanunla qəbul olunmalı idi.
  2. Milli hüquq sistemində mülkiyyət hüquqlarının tənzimlənməsi yalnız qanunla mümkündür. Lakin bu halda dövlət mülkiyyət hüquqlarını və bölgüsünü tənzimləyən əsas normativ akt qanunvericilik səviyyəsindən icra hakimiyyəti səviyyəsinə endirilmişdir.

Beləliklə Konstitusiyaya və qanunlara tam zidd olaraq Mülkiyyət və Bərabərlik hüququ, Əmlak bölgüsü ilə bağlı qanunla əvvəllər dövlət tərəfindən özəlləşdirmə payının verildiyi vaxt Qanunla qəbul edilmiş dövlət öhdəlikləri sonradan – 2000-ci ildə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5.2.2, 5.2.3, 5.2.4, 5.2.6, 16.2, 17.1, 22.1, 29.1-ci maddələri ilə qanunverici orqan tərəfindən həyata keçirilməli olan səlahiyyətlər bəzi maraqlı subyektlər tərəfindən müvafiq icra hakimiyyətinə aid edildi. Bu isə Konstitusiyaya görə qəbul edilməzdir.

  1. Adi dövlət proqramlarından fərqli olaraq, Dövlət Özəlləşdirmə Proqramı dövlət əmlakının bölüşdürülməsini tənzimləyir və fərdi mülkiyyət hüquqlarının yaranması və əhatə dairəsini birbaşa müəyyən edir. Həmin dövrdə qüvvədə olan daxili qanunvericiliyə görə, belə bir proqram yalnız Milli Məclisin qəbul etdiyi qanunla qəbul edilə və dəyişdirilə bilərdi. Lakin sonrakı qanunvericilik dəyişiklikləri bu səlahiyyəti icra hakimiyyəti orqanına verdi ki, proqramın qəbul edilməsinə, nəticə etibarı ilə Prezident tərəfindən təyin edilməsinə icazə verildi. Vətəndaşların qanunla müəyyən edilmiş mülkiyyət hüquqları, qanuna uyğunluq, hüquqi müəyyənlik və legitim gözlənti prinsipləri pozulmaqla, sonradan icra hakimiyyəti orqanının normativ hüquqi aktı (fərman) ilə dəyişdirilmişdir. Bu dəyişiklik proseduru deyil, bu dəyişiklik hakimiyyət bölgüsünü dəyişir. Beləliklə, mülkiyyət hüquqlarının yaranmasına, bölgüsünə və ləğvinə birbaşa təsir edən normativ çərçivə qanunverici orqanın səlahiyyətindən çıxarılaraq icra hakimiyyətinin diskresiyasına verildi.
  2. Bu gün qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun “Dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi” adlı 10-cu maddəsində deyilir ki, “Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi – manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur”. Qanundan göründüyü kimi özəlləşdirmə çeklərinin əsas mahiyyəti – onları kimlərəsə satmaq və ya banka girov qoymaq – yəni dövriyyədə Tədavül vasitəsi kimi istifadə etmək YOX – Qiymətli Kağız kimi dövriyyədə Ödəmə – Tədiyyə vasitəsi kimi istifadə olunmasıdır.
  3. Bu gün qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsindən göründüyü kimi, DÖPÇ-nin əsas funksiyası tədavül vasitəsi ( alqı-satqı, girov və s.) predmeti olmaq deyil, “onların üzərindəki yazılara” münasib olaraq dövriyyədə olduğu dövrdə ödəmə – tədiyyə vasitəsi kimi dövlət əmlakı ilə təmin edilməsidir. Bu qanun maddəsi bütün özəlləşdirmə zamanı vətəndaşları mülkiyyət hüquqlarının qorunması üçün həm dövlətin zəmanəti, həm də dövlət öhdəliyidir. Bu Qanuna əsasən DÖPÇ manatla yanaşı ödəmə vasitəsi kimi tanınmış, onların istifadəsinə dair qanunda müddət məhdudiyyəti müəyyən edilməmişdir və bu status qanun səviyyəsində verilmişdir.

Ən əsası  DÖPÇ-nin dövriyyədə olma və dövriyyədən çıxarılma müddəti ilə bağlı qanunda heç bir məhdudiyyət nəzərdə tutulmamışdır.

  1. 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsində bütün özəlləşdirmə dövrü üçün Ödəmə – Tədiyyə vasitəsi kimi istifadənin müddətsiz olduğunu təsdiq edən bu qaydanın hüquqi əsası 1993-cü il tarixli 445 saylı Qanununun imperativ norması olan 19.1-ci maddəsi ilə qoyulub. Xüsusilə qeyd edək ki, Belarus Respublikasında özəlləşdirmə bizdən əvvəl başlayıb, bu gün də çeklər tədavül vasitəsi kimi deyil, ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunur və özəlləşdirmə çeklərinin nominal qiyməti hər il indeksasiya olunur.
  2. Bu gün qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun – Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət özəlləşdirmə çeklərinin və dövlət özəlləşdirmə opsionlarının tədavüldən çıxarılması haqqında 12-ci Maddəsində deyilir: “Dövlət əmlakının özəlləşdirilməsi prosesində ödəmə vasitəsi kimi təqdim olunan çeklərin və xaricilərin təqdim etdikləri opsionların tədavüldən çıxarılması qaydaları Dövlət Proqramı ilə tənzimlənir”.

Göründüyü kimi, ancaq ödəmə vasitəsi kimi istifadə olunan çeklər tədavüldən cıxarılır – bu isə AR MM-in 1078-27.3. maddəsi ilə dövriyyədən çıxarılmış hesab olunur.

Eyni zamanda AR MM-in 4-cü maddəsi ilə – Əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.

AR MM-sinin 136-cı maddəsində əşyaların mülki dövriyyəsi ilə bağlı göstərilir ki, “136.1. Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

136.2. Mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir.

136.3. Yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir”.

AR MM-sinə əsaslanaraq deyə bilərik ki, 2000-ci il tarixli 878-IQ saylı Qanunda DÖPÇ-nin nə dövriyyədə olma müddəti, nə ödəmə vasitəsi kimi istifadəsi qanunla məhdudlaşdırılmayıb.

  1. 2000-ci il tarixli 878-IQ saylı Qanunun 14-cü maddəsinə əsasən, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinə dövlət nəzarətini həyata keçirmək məqsədilə Dövlət Komissiyası yaradılır. Komissiyanın fəaliyyəti, onun hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş normativ hüquqi aktla tənzimlənir”.
  2. Qeyd edək ki, qanunun 14-cü maddəsinə uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi prosesinə dövlət nəzarətini gücləndirmək məqsədilə AR Prezidentinin 28 fevral 2007-ci il 2006 nömrəli Sərəncamı ilə “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası yaradıldı. Komissiyanın sədri  Baş nazir təyin edildi. Prezident öz Sərəncamında Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırdı ki, bir ay müddətində Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.
  1. 2007-ci ildən sonra bu Sərəncamda Prezident tərəfindən 11 dəfə dəyişikliklər edilib (axırıncı dəfə 3 mart 2023-cü il tarixli 3782 nömrəli ). Lakin bu günə qədər AR Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyasının ƏSASNAMƏSİ hazırlanmayıb – yoxdur. Məhz bu səbəbdən də özəlləşdirmə prosesində heç bir dövlət nəzarəti olmayıb. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulan institusional nəzarət mexanizmi praktik olaraq mövcud olmamışdır.
  2. 2000-ci il tarixli 878-IQ saylı Qanunu qəbul olunandan 3 ay sonra “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı”nın qəbul edilməsi barədə AR Prezidenti 10 avqust 2000-ci il 383 nömrəli Fərman imzaladı (bundan sonra Fərmanla qəbul olunmuş Dövlət Proqramı) .
  3. Həmin dövlət Proqramı ilə aşağıdakı yeniliklər gətirildi:

1) Həmin Fərmanla qəbul edilmiş Dövlət Proqramının 1.5-ci bəndi ilə “çeklərdən dövriyyədə tədavül vasitəsi kimi istifadə edilməsinə müddət qoyuldu və bir necə dəfə Fərmanlarla uzadıldı, 2011-ci ildən çeklərin tədavülü dayandırıldı”.

2) Həmin Fərmanla qəbul edilmiş Dövlət Proqramının 4.2.4-cü bəndi ilə “bir özəlləşdirmə çekinin qiyməti son 2 çek hərracında satılmış dövlət əmlakının dəyəri həmin hərraclarda təqdim edilmiş özəlləşdirmə çeklərinin sayına bölünməklə müəyyən ediləcəyi” qəbul olundu.

3) Həmin Fərmanla qəbul edilmiş Dövlət Proqramının 7.4.1-ci bəndi ilə  “satıcının müəyyən etdiyi hallarda tərəfin razılığı ilə özəlləşdirilən dövlət əmlakının dəyəri ödəniş tarixinə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən alınan rəsmi məlumatlar əsasında bazar dəyəri müəyyən edilən dövlət özəlləşdirmə payları (çekləri) ilə pul ekvivalentinə münasib şəkildə ödənilə bilər”.

  1. Məhz bu səbəbdən Dövlət icra orqanları hər həftə özəlləşdirmə hərraclarına çıxarılacaq müəsisələrin sayı, maliyyə tutumu və səhmlərin sayı ilə manipulyasıyalar edərək özləri DÖPÇ-nin “bazar dəyərini” istədikləri kimi tənzimləyiblər.
  2. KRİTİK MÜDAXİLƏ: Fərmanla qəbul olunmuş Dövlət Özəlləşdirmə Proqramına sonradan qəbul edilən fərmanlarla kritik müdaxilə olunmuşdur.

Belə ki, 10.08.2000-ci il tarixli 383 saylı Fərmanla qəbul olunmuş, bu gün də qüvvədə olan Dövlət Proqramında sonradan hüquqi terminlərlə manipuliyasiya nəticəsində Konstitusiya və Qanunlar pozulmuşdur. Həmin Fərmanla qəbul olunmuş Dövlət Proqramının 7.2 və 7.4 bəndlərində olan  “dövlət özəlləşdirmə çekləri dövriyyədən çıxarıldığı halda” həmin Dövlət Proqramının 5.8-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulan səhmlər ixtisaslaşdırılmış pul hərracında satılır – qaydası – sonradan 22 iyun 2010-cu il tarixli 283 nömrəli AR Prezidentinin Fərmanı ilə ləğv olunmuş və əvəzində  5.8-ci bəndin 5-ci abzasında “özəlləşdirmə paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti başa çatdıqdan sonra ixtisaslaşdırılmış pul hərraclarına” sözləri əlavə edilmişdir.

  1. Dövlət Özəlləşdirmə Proqramı bağlanmayıb – Qanunvericilik aktlarına retroaktiv müdaxilə edilib. Belə ki, Fərmanla qəbul olunmuş Dövlət Özəlləşdirmə Proqramı qüvvədədir və 16 ildir özəlləşdirmə bu Proqramla davam edir. Lakin bu hüquqi manipulyasiya nəticəsində – özəlləşdirmə çekləri dövriyyədən çıxarılmadan, Konstitusiya və Mülki Məcəllə pozularaq əvvəlcədən kompensasiya olunmadan – Qanunla vətəndaşlara məxsus müəssisələrin səhmlərinin 65%-inin pulla satılması qeyri-qanuni leqallaşıb. Bu dəyişikliklər hüquqi müəyyənlik, legitim gözlənti və mülkiyyət hüququnun qorunması prinsipləri ilə ziddiyyət təşkil edir.
  2. Ən ciddi hüquqi problem və pozuntular: 2004-cü ilə qədər heç bir qanunvericilik aktı DÖPÇ-dən ödəniş vasitəsi kimi istifadə müddətini məhdudlaşdırmayıb, lakin Ulu Öndər Heydər Əliyevin vəfatından 6 ay sonra, heç bir əsas və ehtiyac olmadan – Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyev və oliqarx məmurların xəyanəti və cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində hazırlanmış 11 iyun 2004-cü il tarixli “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında” AR Prezidentinin Fərmanı (bundan sonra “11.06.2004-cü il tarixli 75 saylı Fərman” adlanacaq) ilə meydana gəlmişdir.

Xüsusi Qeyd: Ümummilli Lider Heydər Əliyev dəfələrlə AzTV-dən xalqa müraciət edərək Özəlləşdirmə Çeklərini tədavül vasitəsi kimi satmamağı – onlardan dövlət əmlaklarının özəlləşdirilməsi zamanı bir-bir ödəmə-tədiyyə vasitəsi kimi istifadə edərək özəlləşdirmədə iştirak etməyi, ayrı-ayrı müəssisələrə qoymağı məsləhət görürdü. Və deyirdi ki, əgər bir müəssisə yaxşı dividend verməsə, başqası yaxşı olar və beləliklə tarazlıq yarada bilərsiz. Hətta deyirdi ki, 15 -20 il kecməsindən asılı olmayaraq hər bir vətəndaş öz əmlak payını almalıdır.

Məmurların dövlət başçısının etimadından sui-istifadə etməsi haqqında cənab Prezident İlham Əliyev özü dönə-dönə danışıb. Bu barədə ölkə mətbuatı, o cümlədən “Haqqın.az” saytı dəfələrlə yazıb (Кто и как лишил граждан Азербайджана прав на приватизацию? ).

  1. 11.06.2004-cü il tarixli 75 saylı Fərmanın 1.1-ci bəndi ilə 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə zidd olaraq və Konstitusiya 149-ci maddəsinin 4-cü və 7-ci hissələrində nəzərdə tutulan iyerarxiya qaydalarını pozaraq dövriyyədə olan dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə – tədiyə vasitəsi kimi istifadəsi məhdudlaşdırıldı və 01 Yanvar 2011-ci ildən ləğv edildi.
  2. Mülkiyyət hüquqlarını tənzimləmə Konstitusiyanın 94-cü maddəsinin 13-cü və 29-cu bəndinə əsasən qanunverici orqana aiddır və Konstitusiyanın 109-cu maddəsi ilə Prezidentin səlahiyyətinə aid deyil. Bu hal AR Mülki Məcəllənin 153.3-cü maddəsinin tələblərinə ziddir.
  3. 11.06.2004-cü il tarixli 75 saylı Fərmanın 1.2-ci bəndində deyilir ki, bu Fərmanın 1.1-ci bəndində göstərilən müddətə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə-tədiyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə payları (çekləri) qanunvericiliklə müəyyən edilmiş qaydada dövriyyədən çıxarılır. Bu günə qədər DÖPÇ-nin dövriyyədən çıxarılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş kompensasiya mexanizmi yaradılmamışdır.
  4. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində deyilir ki, mülkiyyət hüququ toxunulmazdır, dövlət tərəfindən müdafiə olunur və qanunla qorunur.
  1. Azərbaycan Respublikası Konstitusiyasının 94.1-ci maddəsinin 13-cü bəndində deyilir ki, mülkiyyət hüququ ancaq AR Milli Məclisi tərəfindən ümumi qaydalar müəyyən edilir.
  1. AR MM-nin 14.2.2-cü, 153.3-cü və 1078-4-cü maddələrinə əsasən, özəlləşdirmə çekləri mülkiyyət hüququ yaradan qiymətli kağızlardır və AR Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, mülkiyyət hüququ toxunulmazdır, mülkiyyət yalnız məhkəmə qərarı ilə və ya ədalətli kompensasiya şərti ilə məhdudlaşdırıla bilər.
  2. Mülki qanunvericiliyə görə, qiymətli kağız yalnız, qiymətli kağızların dövriyyədən çıxarılması emitentin ləğvi, kağızların geri alınması və ya qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla baş verir. Prosedur rəsmi elanın dərc edilməsini, reyestr qeydi və emitent tərəfindən ləğv aktının tərtibini nəzərdə tutur. Proses zamanı qiymətli kağızların növü, sayı və dövlət qeydiyyat nömrəsi rəsmiləşdirilir.
  3. Qanunvericiliklə Qiymətli Kağızların dövriyyədən çıxarılmasına cavabdeh Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi  2011 – 2016 cı illərdə öz rəsmi saytındakı  SUAL-CAVAB BÖLMƏSİNƏKİ “Hal-hazırda Azərbaycanda hansı növ qiymətli kağızlar dövriyyədədir?” məlumatında özəlləşdirmə çeklərinin dövriyyədə olduğunu yazır. Bu arxivdə 2016-cı ilə qədər olan məlumatlarda deyilir ki, “hal-hazırda Azərbaycanda veksellər, çeklər, istiqrazlar, səhmlər, depozit sertifikatı, ipoteka kağızı, opsion, fyuçers, mənzil sertifikatı, Mərkəzi Bankın notları və özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir”.
  4. 2017–ci ildə vətəndaşların müraciəti əsasında AR Baş Prokurorluğunun AR Maliyyə Nəzarəti Palatasından vətəndaşlara verilmiş 27.07.2017-ci il tarixli və 23.10.2017-ci il tarixli məktublarda bu çeklərin hələ də qanuni qaydada dövriyyədən çıxarılmadığı sübut edilir. Orda müvafiq olaraq deyilir ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılma proseduraları müəyyən olunmayıb”, “2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur”.
  5. AR Nazirlər Kabineti tərəfindən 2011-ci ildən sonra birbaşa DÖPÇ ilə əlaqəli Dövlət sənədlərində dəfələrlə yeniliklər olub. Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili haqqında AR Nazirlər Kabinetinin 15 iyul 2004-cü il 95 nömrəli QƏRARINDA 2011-ci ildən 2022-ci ilə qədər 6 dəfə dəyişiklik edilib.

Bundan başqa 19 oktyabr 2011-ci ildə 168 nömrəli yeni Qərarla dəyişiklik edilib; 11 dekabr 2012-ci ildə yenə də 300 nömrəli Qərarla dəyişiklik edilib; 14 fevral 2014-cü ildə 46 nömrəli ilə Qərarının 21 bəndi ilə dəyişiklik edilib; 13 may 2016-cı ildə 195  nömrəli ilə Qərarının 27 bəndi ilə dəyişiklik edilib; 7 mart 2019-cu ildə 82 nömrəli Qərarının 9 bəndi ilə dəyişikliklər  edilib; 5 avqust 2022-ci ildə 285 nömrəli  Qərarının 8-ci bəndi ilə dəyişiklik edilib;

Bundan başqa Özəlləşdirmə Payları ilə bağlı  Nazirlər Kabineti “Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı bəzi normativ sənədlərin  təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 fevral tarixli 11 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 2 oktyabr 2013-cü il tarixli  276 nömrə-li QƏRARI da var.

Ən əsası  – AR Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın  5.5 bəndində yazılırdı:  Xarici valyutanın və qiymətli kağızların (səhmlər, istiqrazlar, dövlət özəlləşdirmə çekləri və s.) alqı-satqısı Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada və müvafiq qanunlarla tənzimlənir.

  1. AR Prezidentının DÖPÇ ilə əlaqəli fərmanları:

66.1. Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli 579 nömrəli Fərmanla təsdiqlənmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamədə sonradan  22 dekabr 2014-cü il tarixli 426 nömrəli Fərmanla dəyişikliklər edilib.

66.2. 28 dekabr 2022-ci il tarixli 1933 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı 2.1.4-cü bəndi ilə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanın 4-cü bəndində dəyişiklik etmişdir və orada yazılır: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaratsın; öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın icrasını təmin edən digər tədbirlər həyata keçirsin”.

  1. AR Ədiliyyə Nazirliyinin 8 Fevral 2025-ci il tarixində mətbuata verdiyi RƏSMİ xəbərdən məlum oldu ki, 2011-ci ildə ödəmə -tədiyyə vasitəsi kimi istifadəsi uzadılmayan DÖPÇ-nin dövriyyədən çıxarılması haqqında Normativ Hüquqi Aktların Reyestrində heç bir qanunvericilik norması movcud deyil.

Sitat TV – 8 Fevral 2025  Özəlləşdirmə çekləri ilə bağlı mühüm xəbər: Dövriyyədən çıxarılmayıb.

  1. 68. Dövlət icra tədbirləri vasitəsilə çeklərin praktik istifadəsini dayandırmış, lakin onları tənzimləyən qanunvericiliyi formal olaraq qüvvədə saxlamışdır.

AR MM-nin 6.3-cü maddəsinə görə, Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

Konstitusiyanın 94-cü maddəsinə uyğun olaraq Milli Məclisin səlahiyyətinə aid edilmişdir. Bu baxımdan mülki hüquqların məhdudlaşdırılması ilə bağlı qaydalar da yalnız qanunla müəyyənləşdirilə bilər.

Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu Maddə 18.2. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aid edilmiş və normativ tənzimləmə predmeti olan məsələlər üzrə qəbul edilir.

  1. Hazırkı vəziyyətdə özəlləşdirmə çekləri hüquqi olaraq dövriyyədən çıxarılmasa da, onların istifadəsi üçün effektiv mexanizm mövcud deyil.
  1. Nəticədə vətəndaşlar qanunla verilmiş özəlləşdirmə hüquqlarından faktiki olaraq istifadə edə bilməmişdir.

V MƏHKƏMƏ QƏRARLARI İLƏ POZUNTULAR DAVAM ETMİŞDİR

  1. A) Bakı İnzibati Məhkəməsində pozuntuların hüquqi əsaslandırılması
  1. 21.08.2024-ci il tarixində 686 iddiaçı və 3000-dən çox üçüncü şəxs Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “iddiaçıların (Şikayətçilərin) mülkiyyətində olub məhkəməyə təqdim edilmiş dövlət özəlləşdirmə payları (çekləri) üzərindəki mülkiyyət və sahiblik hüquqlarına qarşı olan hər cür pozuntunun aradan qaldırılması, özəlləşdirmə paylarına düşən əmlakın naturada müəyyən edilməsi və ya kompensasiya ödənilməsi barədə məhkəmə qərarının verilməsini xahiş etdi.
  2. Bakı İnzibati Məhkəməsi (bundan sonra “BİM” adlandırılacaq) tərəfindən işə baxılarkən Şikayətçilərin iddia ərizəsində və məhkəmə iclaslarında irəli sürdükləri həlledici hüquqi arqumentlər araşdırılmamış, onlara hüquqi qiymət verilməmiş və qəbul edilməməsinin səbəbləri qərarda göstərilməmişdir.
  3. Şikayətçilər dövlət tərəfindən qanun əsasında verilmiş Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) mülkiyyətçiləridir. Həmin hüquq Özəlləşdirmə Qanunları və AR MM-sinə əsasən tanınmışdır və 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsi ilə DÖPÇ qanunla ödəmə vasitəsi kimi müəyyən edilmişdir.
  4. İddia ərizəsində əsas tələb DÖP və DÖPÇ-dən irəli gələn mülkiyyət hüquqlarının tanınması, cavabdeh dövlət orqanlarının hərəkətsizliyinin qanunsuz hesab edilməsi və bu hüquqların praktik və effektiv şəkildə həyata keçirilməsinin təmin olunması olmuşdur.
  5. Məhkəmə həmçinin “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə görə 1 illik müddət qanunsuz inzibati aktın ləğvi barədə maraqlı şəxsə məlumat verildiyi gündən başlayır.
  6. Şikayətçilər məhkəmədə bir neçə dəfə vəsatətlə DÖPÇ-nin dövriyyədən çıxarılması barədə normativ aktın təqdim edilməsini və rəsmi elanların araşdırılmasını xahiş etmişlər.
  7. Məhkəmə bu vəsatətlərə ayrıca qərarla münasibət bildirməmiş, cavabdeh dövlət nümayəndəsinin şifahi bəyanatına əsaslanaraq qərar qəbul etmişdir.
  8. İş üzrə təqdim edilmiş rəsmi sənədlər göstərir ki, 2017-ci il tarixli dövlət məktubunda DÖPÇ-nin dövriyyədən çıxarılması barədə qanunvericilik aktının mövcud olmadığı bildirilmişdir.
  9. Bu sənədlər iş üçün həlledici əhəmiyyət daşıdığı halda, Məhkəmə onları qiymətləndirməmiş və qərarında bu sənədlərə münasibət bildirməmişdir.
  10. Məhkəmə qərarında DÖPÇ-nin 2011-ci il 1 yanvar tarixindən qüvvəsini itirdiyini göstərmiş, lakin bunun hüquqi əsasını konkret normativ aktla əsaslandırmamışdır.
  11. 2011-ci il tarixli dəyişikliklər yalnız tədavül və tədiyyə vasitəsi kimi istifadəyə məhdudiyyət qoymuşdur. Lakin “dövriyyədən çıxarılma” barədə ayrıca normativ akt mövcud deyil.
  12. Bu gün qüvvədə olan 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsinə əsasən dövlət özəlləşdirmə payları özəlləşdirmə zamanı qanuni ödəmə vasitəsi kimi tanınmışdır.
  13. 11.06.2004-cü il tarixli 75 saylı Fərman ilə bu hüquqa məhdudiyyət tətbiq edilmişdir. Şikayətçilər məhkəmədə bildirmişlər ki, Fərman ilə Qanun arasında açıq normativ ziddiyyət mövcuddur.
  14. Normativ iyerarxiya prinsipinə görə Qanun Fərmandan üstün hüquqi qüvvəyə malikdir. Bu ziddiyyətin həlli üçün işin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə vəsatət verilmişdir.
  15. Məhkəmə bu vəsatətə hüquqi qiymət verməmiş və iş Konstitusiya Məhkəməsinə göndərilməmişdir.
  16. Bu hal normativ iyerarxiya prinsipinin və hüquqi müəyyənlik prinsipinin pozuntusuna səbəb olmuşdur.
  17. Şikayətçilər məhkəmə iclaslarında aşağıdakı sualları qaldırmışlar:
  • DÖP və DÖPÇ-nin dövriyyədən çıxarılması barədə normativ akt hansıdır?
  • Bu barədə rəsmi elan nə vaxt və harada dərc olunmuşdur?
  • Kompensasiya mexanizmi yaradılmışdırmı?
  • Kompensasiya məbləği necə müəyyən edilmişdir?
  1. Bu sualların heç birinə məhkəmə qərarında cavab verilməmişdir.
  2. Məhkəmə iclasları video çəkilişlə aparılmışdır və bu, Şikayətçilərin arqumentlərinin cavabsız qaldığını obyektiv şəkildə təsdiq edə bilər.
  3. BİM DÖPÇ-nin Qanunla deyil, Fərmanla verildiyini göstərmişdir. Halbuki iddia ərizəsində onların qanunla verildiyi açıq şəkildə göstərilmişdir.
  4. Bu yanlış hüquqi təsnifat işin obyektiv və hərtərəfli araşdırılmadığını göstərir.
  5. Məhkəmə tərəfindən sübutların toplanmaması, rəsmi sənədlərin tələb edilməməsi və yalnız şifahi bəyanata əsaslanaraq qərar qəbul edilməsi ədalətli məhkəmə araşdırması prinsipinə ziddir.
  6. Məhkəmə isə iddianın mahiyyətini düzgün hüquqi kvalifikasiya etməmiş, mübahisəni kompensasiya tələbi kimi qiymətləndirərək iddia müddəti tətbiq etmişdir.
  7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4 və 384.0.5-ci maddələrinə əsasən mülkiyyətçinin hüququnun pozuntularının aradan qaldırılması və dövlət orqanının mülkiyyət hüququnu pozan aktının etibarsız sayılması barədə tələblərə iddia müddəti şamil edilmir. Bu norma imperativ xarakter daşıyır.
  8. Şikayətçilərin tələbi məhz mülkiyyət hüququnun tanınması və hüququ pozan normativ-hüquqi müdaxilənin aradan qaldırılması ilə bağlı olmuşdur. Buna baxmayaraq, Məhkəmə 10 illik ümumi iddia müddətinin keçdiyini göstərmiş, lakin bu müddətin hansı tarixdən hesablandığını – müddətin başlanma tarixini, hüquqi əsasını və konkret normanın izahını etməmiş və əsaslandırmamışdır.
  9. Əgər hüququn xitamı barədə rəsmi akt mövcud deyildirsə, müddətin başlanması da hüquqi baxımdan müəyyən edilə bilməz.
  10. DÖPÇ dövlət qiymətli kağızı statusuna malik olmuşdur, üzərində müddət məhdudiyyəti göstərilməmişdir və qüvvədə olan qanunla ödəmə vasitəsi hesab olunur.
  11. Bu hal mülkiyyətçinin legitim gözləntilərinin formalaşmasına səbəb olmuşdur.
  12. 2011-ci ildən sonra özəlləşdirmənin yalnız pulla aparılması DÖPÇ-nin faktiki olaraq istifadəsini mümkünsüz etmişdir.
  13. Lakin çeklərdən istifadənin fərmanla məhdudlaşdırılması DÖPÇ üzərindəki mülkiyyət hüququnun ləğvi demək deyildir.
  14. Dövlət tərəfindən kompensasiya mexanizmi yaradılmamış və hüququn faktiki neytrallaşdırılması baş vermişdir.
  15. Məhkəmə bu müdaxilənin qanuniliyi və proporsionallığı barədə heç bir qiymətləndirmə aparmamışdır.
  16. Məhkəmə tərəfindən qəbul edilmiş qərar əsaslandırılmış və balanslaşdırılmış hüquqi təhlilə əsaslanmamışdır.
  17. Beləliklə, BİM:
  • həlledici arqumentlərə cavab verməmiş,
  • normativ ziddiyyəti araşdırmamış,
  • müddətin başlanmasını əsaslandırmamış,
  • sübutları qiymətləndirməmiş,
  • vəsatətlərə münasibət bildirməmişdir.
  1. Eyni zamanda DÖP və DÖPÇ-nin qanuni əsas olmadan faktiki olaraq istifadədən çıxarılması və kompensasiya mexanizminin yaradılmaması Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu və digər maddələri, digər qanunvericilik aktları ilə, o cümlədən İnsan hüquqlarına dair Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququna müdaxilədir.
  2. Nəticə etibarilə, BİM işi obyektiv, hərtərəfli və qanuni şəkildə araşdırmamış, əsaslandırılmamış qərar qəbul etmişdir.
  3. Məhkəmənin qərarı hüquqi müəyyənlik prinsipini və mülkiyyətçilərin legitim gözləntilərini pozmuşdur.
  4. Bu hallar Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 60-cı və digər maddələrinə, digər qanunvericilik aktlarına, o cümlədən İnsan hüquqlarına dair Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Konvensiyanın 6-cı maddəsi zidd hesab olunmalıdır və mülkiyyət hüququ və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu hesab edilməlidir.

       B) Bakı Apellyasıya Məhkəməsində pozuntular və hüquqi əsaslandırma

  1. 19 dekabr 2024-cü il tarixində Şikayətçilər Bakı İnzibati Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli qərarından (iş № 2(006)-3169/2024) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. 21 fevral 2025-ci il tarixli 2-1(103)-1226/2025 saylı qərarla Apellyasiya Məhkəməsi şikayəti təmin etməmişdir.
  2. Şikayətçilər məhkəməyə təqdim etdikləri sənədlərlə sübut etmişlər ki, Dövlət özəlləşdirmə payları və özəlləşdirmə çekləri qanun əsasında verilmiş, 25 mart 1996-cı il tarixli 450 saylı Prezident fərmanı isə yalnız icra mexanizmlərini müəyyən etmişdir. Buna baxmayaraq məhkəmə hüquqi əsas göstərmədən çeklərin fərmanla verildiyi nəticəsinə gəlmiş və qərarını bu yanlış hüquqi qənaət üzərində qurmuşdur.
  3. Şikayətçilər tərəfindən təqdim olunmuş rəsmi sübutlardan biri Ədliyyə Nazirliyinin 8 fevral 2025-ci il tarixli məlumatı olmuşdur. Həmin məlumatda dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması barədə Hüquqi Aktların Dövlət Reyestrində heç bir normativ hüquqi aktın mövcud olmadığı təsdiq edilmişdir. Məhkəmə bu sübutu araşdırmamış və heç bir hüquqi akt olmadan çeklərin guya 2011-ci ildə dövriyyədən çıxarıldığını qəbul etmişdir.
  4. DÖPÇ-nin dövriyyədən çıxarılmadığını sübut edən Rəsmi Dövlət Orqanlarının məlumatlarını – faktları və arqumentləri Apellyasiya Məhkəməsinin hakimləri araşdırmadı. DÖPÇ-nin “şifahi söz” əsasında 2011-ci ildə dövriyyədən çıxarıldığını qəbul etdi.
  5. Məhkəmə iclası zamanı dəfələrlə vətəndaşları təmsil edən 6 vəkil və vətəndaşlar qarşı tərəfə suallar verdilər ki, “Sizdə dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması haqqında normativ hüquqi akt və ya heç olmasa inzibati akt varmı? DÖPÇ dövriyyədən çıxarılacağı haqqında mətbuatda elan verilibmi? DÖPÇ-nın Kompensasiya üçün inflyasiyadan qorunan maddi ekvivalent dəyərinin qiyməti hesablanmışdırmı? Hər vətəndaşa nə qədər Kompensasiya düşürdu? və s”. Lakin qarşı tərəfi təmsil edən üç dövlət nümayəndəsi və üç məhkəmə hakimindən heç biri bu suallara hüquqi əsaslandırılmış cavab təqdim edə bilməmişdir. Bu isə o deməkdir ki, dövlət özəlləşdirmə çeklərinin dövriyyədən çıxaran normativ hüquqi akt olmadığı kimi, heç bir başqa inzibati akt da yoxdur! Elan da yoxdur!
  6. Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi susaraq informasiya əldə etmək haqqında qanunvericilik qaydalarını da pozdu. İnformasiya əldə etmək haqqında AR Qanunu 6-cı maddəsində informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi pozuldu.
  7. Şikayətçilər məhkəmə qarşısında 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsi ilə 11 iyun 2004-cü il tarixli 75 saylı Prezident fərmanı arasında ziddiyyət olduğunu göstərdı, fərmanın qanunu məhdudlaşdırıb-məhdudlaşdıra bilməsi məsələsinə hüquqi qiymət verilməsini və məsələ Konstitusiya Məhkəməsinə aid olduğundan Konstitusiya Məhkəməsinə göndərilməsini tələb etmişlər. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası əsaslandırılmış cavab verməmiş və araşdırılması ücün Konstitusiya Məhkəməsinə göndərməmişdir.
  8. Apellyasiya Məhkəməsi yalnız sübut olunmamış bəyanatlara əsaslanaraq kompensasiya tələbinə dair birillik iddia müddətinin keçdiyini bildirmiş və işin mahiyyətini araşdırmaqdan imtina etmişdir. Məhkəmə qanunla verilmiş mülkiyyət hüququnun icra hakimiyyəti aktları ilə məhdudlaşdırıla bilməsi məsələsini ümumiyyətlə təhlil etməmişdir.
  9. İclas zamanı hakimlər xüsusi normanın ümumi normaya üstün gəldiyini qəbul etsələr də, qərarın yazılı mətnində ümumi onillik müddətin keçdiyini göstərmiş və iş üçün həlledici əhəmiyyət daşıyan Mülki Məcəllənin 384.0.5-ci maddəsinə istinadı araşdırmamışlar.
  10. Qərardadın daxili ziddiyyəti – Apellyasiya Məhkəməsi öz qərardadında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)581/2023 saylı iş üzrə qəbul edilmiş 17.03.2023-cü il qərarının 10-cu bəndində əsaslanan hissədə qeyd etmişdir ki, gələcəkdə yeni fərman qəbul edilərsə çeklərdən yenidən istifadə mümkün ola bilər. Bu ifadə DÖPÇ-nin hüquqi qüvvəsinin tam itirilmədiyini və qanunla dövriyyədən çıxarılmadığın göstərir. Buna baxmayaraq məhkəmə bu faktı qiymətləndirməmiş və iddia müddətinin keçməsi barədə nəticəsi ilə uzlaşdırmamışdır.
  11. Apellyasiya instansiyası birinci instansiya məhkəməsi kimi işi hərtərəfli və obyektiv araşdırmamış, təqdim olunmuş sübutları qiymətləndirməmiş və kifayət qədər əsaslandırılmamış qərar qəbul etmişdir. Bununla Şikayətçilərin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 60-cı və digər maddələri, digər qanunvericilik aktları, o cümlədən İnsan hüquqlarına dair Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Konvensiyanın 6-cı maddəsi ilə təmin olunan və qorunan mülkiyyət hüququ və ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.

      C) Ali Məhkəmənin Qərarı və pozuntuların hüquqi əsaslandırılması

  1. 15 mart 2025-ci il tarixində Şikayətçilər Ali Məhkəməyə kassasiya şikayəti vermişlər. 686 nəfər tərəfindən imzalanmış kassasiya şikayəti üç ay sonra prosessual əsasla geri qaytarıldı. Sonradan 42 Şikayətçi Ali Məhkəmənin tələbinə uyğun olaraq vəkil orderləri ilə təmin edilmiş kassasiya şikayətlərini yenidən təqdim etmişdilər. 14 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsi işi mahiyyəti üzrə araşdırmadan Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2025-ci il tarixli qərarını qüvvədə saxlamış və Şikayətçilərin kassasiya şikayətlərini rədd etmişdir. 07.2025-ci ildə 42 iddiaçı AR Ali Məhkəməsinin tələbi əsasında hər şikayətçi üçün ayrı vəkil orderini də əlavə edərək təkrar kasasiya şikayətini verdilər. Maddi yetərsizlik və vaxt məhdud olduğu üçün başqa iddiaçılar bu kasasiya şikayətinə qoşula bilmədilər.
  2. Şikayətçilər Ali Məhkəmə qarşısında açıq şəkildə bildirmişdilər ki, aşağı instansiya məhkəmələri mübahisələndirilən Prezident fərmanının Konstitusiyaya uyğunluğu barədə onların vəsatətini araşdırmamışdır. Ali Məhkəmə bu arqumentə dair heç bir əsaslandırma və cavab verməmiş, bununla da şikayətçilər tərəfindən qaldırılmış həlledici qanunvericiliyi nəzərdən keçirməmişdir. Ciddi konstitusion pozuntular və faktlar araşdırılmamışdır.
  3. Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin mövqeyini təkrar edərək bildirmişdir ki, dövlət özəlləşdirmə payları (çeklər) Prezident fərmanı ilə verildiyi üçün müddətlə məhdud hüquq olmuşdur. Bunun nəticəsi kimi hüquqi aktların iyerarxiyasını nəzərə almamış və mülkiyyət hüquqlarının yarandığı dövrdə qüvvədə olmuş qanun müddəalarını araşdırmamışdır.
  4. Ali Məhkəmə öz Qərarının 41-ci bəndində qeyd etmişdir ki, “çeklərin dövriyyə müddəti 1 yanvar 2011-ci ilədək müəyyən edildiyindən, həmin tarixdən sonra onların ödəmə vasitəsi kimi istifadəsi qanunsuz olmuşdur”. Halbuki 878-IQ saylı 2000-ci il tarixli Qanunun 10-cu maddəsi özəlləşdirmə çeklərinin ödəmə vasitəsi kimi istifadəsi və Qanunda DÖPÇ-nin dövriyyədə olması barədə heç bir müddət məhdudiyyəti qoyulmamışdır. Beləliklə, məhkəmə qanun əvəzinə tabeli aktlara əsaslanmış və qanunilik prinsipini pozmuşdur.
  5. Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında DÖPÇ-nin qanunla dövriyyədən çıxarılmadğını qəbul etdi. Məhz qərarın “51-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyədən çıxarılması” Qaydalarının hüquqi normativ akt ilə təsdiqlənməməsi halında, eləcə də, həmin çeklərin dövriyyədə olması qəbul edilsə belə, onların istifadə müddətinin bitməsi barədə maddi hüquqi norması mövcuddur”.

Ali Məhkəmənin bu qərarından və Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)581/2023 saylı iş üzrə qəbul etdiyi 17.03.2023-cü il qərarının 10-cu bəndindən  məlum olur ki, məhkəmə özəlləşdirmə çeklərinin qanuni qaydada dövriyyədən çıxarıldığını göstərən normativ əsasın mövcudluğunu müəyyən etməmişdir –  əksinə, gələcəkdə onların istifadəsinin ayrıca fərmanla bərpa oluna bilməsi ehtimalını istisna etməmişdir. Bu isə çeklərin hüquqi taleyinin qəti şəkildə həll edilmədiyini göstərir.

Buna baxmayaraq, məhkəmə qanuna deyil, fərmana əsaslanaraq, “DÖPÇ-nin ödəmə vasitəsi kimi istifadə müddətinin bitməsi barədə maddi hüquqi norması mövcuddur” yazaraq “istifadə müddətinin bitdiyi” nəticəsinə gəlmişdir. Bu əsaslandırma daxili ziddiyyətlidir və özbaşınalığı göstərir.

Göründüyü kimi, Ali Məhkəmə DÖPÇ-nin dövriyyədən qanunla çıxarılmadığını qəbul edilir. Buna baxmayaraq ciddi pozuntulara yol verərək, aşağı instansiya məhkəmələrin qərarlarını qanunsuz olaraq qüvvədə saxlayır.

  1. Şikayətçilər çeklərin qanuni şəkildə dövriyyədən çıxarılmadığını və qanunla tələb olunan kompensasiya mexanizminin yaradılmadığını təsdiq edən geniş sənədli sübutlar təqdim etmişlər. Ali Məhkəmə bu sübutları araşdırmamış və qiymətləndirməmişdir.
  2. Daxili məhkəmələr “birillik kompensasiya müddəti” arqumentini avtomatik tətbiq etmiş, belə bir müddətin qanunda mövcud olub-olmadığını və praktikada əlçatan olub-olmadığını müəyyən etməmişdir. Dövlət eyni məhdudiyyəti bütün çek sahiblərinə tətbiq etmiş, lakin kompensasiya almaq üçün real imkan yaratmamışdır.
  3. Daxili qanunvericiliyə görə dövlət özəlləşdirmə payları vətəndaşlara məxsus mülkiyyət hüquqlarıdır, kağız çeklər isə bu hüquqları yalnız təsdiq edir. Fiziki sertifikatların dövriyyəsini tənzimləyən tabeli fərman əsas mülkiyyət hüququnu ləğv edə bilməz. Məhkəmələr bu əsas fərqi nəzərdən keçirməmişdir.
  4. Şikayətçilərin fərmanın daha yüksək hüquqi qüvvəyə malik normalara zidd olması barədə konstitusion arqumenti heç bir məhkəmə instansiyası tərəfindən araşdırılmamışdır. Məhkəmə nəzarətinin olmaması Şikayətçiləri hüquqlarının effektiv müdafiəsindən məhrum etmişdir.
  5. Ali Məhkəmənin qərarı formal xarakter daşımış və kifayət qədər əsaslandırılmamışdır. Əsas arqumentlər nəzərə alınmamış, sübutlar qiymətləndirilməmiş və həlledici hüquqi məsələlər cavabsız qalmışdır. Bu cür çatışmazlıqlar hüquqi müəyyənliyi və Şikayətçilərin legitim gözləntilərini sarsıdır.
  6. Daxili məhkəmələrin yanaşması nəticəsində Şikayətçilər özəlləşdirmə payları üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməmişlər. Məhkəmə sistemi iddia edilən pozuntular üçün hüquqi müdafiə təmin etməmişdir.
  7. Şikayətçilərin vəziyyəti təcrid olunmuş hal deyildir. Çeklərini saxlayan və onlardan istifadə edə bilməyən çox sayda vətəndaş eyni qaydada zərər çəkmişdir. Guya mövcud olduğu iddia edilən kompensasiya müddəti barədə məlumat ictimaiyyət üçün əlçatan olmamış və şəxslərin kompensasiya almasını təmin edən praktik mexanizm yaradılmamışdır.
  8. Konstitusiya Məhkəməsinə xüsusi olaraq bildirmək istəyirik ki, 2023-cü ildə vətəndaşların Ali Məhkəməyə kollektiv müraciəti əsasında Ali Məhkəmədən 14 iyun 2023-cü ildə verilən 1-8-10/2-A-7457-23/2023 nömrəli cavab məktubunda pozulmuş insan hüquqlarının bərpası ilə bağlı AR Konstitusiyasının 130-cu maddəsinin III hisəsinin 1-7 bəndlərində nəzərdə tutulmuş məsələlərin həll edilməsi üçün şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasının vacibliyini yazmışdır.

Dövlət özəlləşdirmə payları sahiblərinin mülkiyyət hüquqlarını pozan normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına ziddir və həmin normativ hüquqi aktların – “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması” haqqında Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanın 1.1-ci bəndinin – qüvvədə olan Qanunun 10-cu maddəsinə və  Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən birbaşa sorğunun göndərilməsi zəruri idi və Şikayətçilərin bu müracəti təmin olunmadı.

  1. Şikayətçilər çeklərin qüvvədə olan qanunun 10-cu maddəsi ilə sonrakı normativ aktlar arasında ziddiyyətlərin mövcud olduğunu sübut etmişlər. Nə Ali Məhkəmə, nə də aşağı instansiya məhkəmələri bu ziddiyyətləri araşdırmış və aradan qaldırmışdır.

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 5.3-cü bəndində deyilir ki, “İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır”.

Daxili məhkəmələrin Konstitusiya Məhkəməsinə müraciət etməməsi normativ kolliziyanın həll edilməməsinə və Şikayətçilərin mülkiyyət hüququnun effektiv müdafiə olunmamasına gətirib çıxarmışdır.

  1. Beləliklə, Ali Məhkəmə aşağı instansiya məhkəmələri kimi işi hərtərəfli və qərəzsiz araşdırmamış və kifayət qədər hüquqi əsasdan məhrum qərarlar qəbul etmişdir.
  2. Göstərilən halların məcmusu göstərir ki, milli məhkəmələr işin həlledici arqument və sübutlarını araşdırmamış, konstitusion məsələləri qiymətləndirməmiş, qərarlarını hüquqi əsaslara deyil fərziyyələrə əsaslandırmış və Şikayətçini effektiv məhkəmə müdafiəsi imkanından məhrum etmişdir.
  3. Yuxarıda göstərilən hallar Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin – məhkəməyə çıxış hüququ və əsaslandırılmış qərar hüququnun – pozuntusunu, habelə 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu göstərir, çünki Şikayətçilər qanuni və proporsional əsas olmadan mülklərindən dinc istifadə imkanından məhrum edilmişlər.
  4. Məhkəmələrə olan Şikayətlərdə DÖP və DÖPÇ-nin qanunla verildiyinin bildirilməsinə baxmayaraq, bütün məhkəmələr o cümlədən Ali Məhkəmə öz qərarında DÖPÇ-nin fərmanla verildiyini əsas kimi göstərmişdir.

VI HÜQUQİ ƏSASLANDIRMALAR

  1. A) LEGİTİM GÖZLƏNTİ (LEGITIMATE EXPECTATION) barədə hüquqi əsaslandırma

Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı hüquqi münasibətlər çərçivəsində “legitim gözlənti” prinsipi xüsusi əhəmiyyət kəsb edir. Bu prinsip həm Azərbaycan Respublikası Konstitusiyasının hüquqi dövlət anlayışından, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqindən irəli gəlir.

  1. 1Qanunla yaradılmış hüquqi əsas

1993-cü il tarixli Qanun və 1995-ci il tarixli Dövlət Proqramı ilə dövlət açıq şəkildə vətəndaşlara özəlləşdirilən dövlət əmlakında pay hüququ vermişdir. Bu hüquq:

– əvəzsiz verilmişdir,

– konkret iqtisadi dəyərlə təmin edilmişdir,

– qanunvericiliklə qorunan mülkiyyət hüququ kimi tanınmışdır.

– bu gün qüvvədə olan qanunla ödəmə – tədiyyə vasitəsidir

Bu normativ aktlar vətəndaşlarda obyektiv və əsaslı hüquqi gözlənti formalaşdırmışdır ki, onlar bu paydan real şəkildə istifadə edə biləcəklər.

  1. Dövlətin verdiyi açıq vədlər

Qanunvericilik və rəsmi çıxışlar göstərir ki, dövlət:

– özəlləşdirmə paylarının real iqtisadi dəyərə malik olduğunu bəyan etmiş,

– onların dövlət əmlakı ilə təmin olunduğunu təsdiq etmiş,

– vətəndaşların bu hüquqdan istifadə edə bilməsi üçün mexanizmlər (investisiya fondları və s.) yaradacağını vəd etmişdir.

Bu vədlər hüquqi baxımdan sadəcə siyasi bəyanat deyil, normativ öhdəlik xarakteri daşıyır.

  1. Hüquqi müəyyənlik və sabitlik gözləntisi

Vətəndaşlar qanuna əsaslanaraq aşağıdakı legitim gözləntilərə malik olmuşlar:

– qanunla özəlləşdirmə çeklərinin ödəmə vasitəsi kimi istifadə ediləcəyi,

– bu hüququn yalnız qanunla məhdudlaşdırıla biləcəyi,

– mülkiyyət hüququnun dövlət tərəfindən qorunacağı.

Bu gözləntilər hüquqi müəyyənlik prinsipinin tərkib hissəsidir.

  1. Dövlətin pozitiv öhdəlikləri

Qanunvericilik dövlətə aktiv öhdəliklər də qoymuşdur:

– investisiya fondlarının yaradılması,

– çeklərin istifadəsi üçün bazar və mexanizmlərin formalaşdırılması,

– özəlləşdirmə prosesinin tam və ədalətli icrası.

Bu öhdəliklərin yerinə yetirilməməsi legitim gözləntinin pozulmasıdır.

  1. Faktiki vəziyyət və gözləntinin pozulması

Sonrakı dövrdə:

– çeklərin istifadəsi inzibati aktlarla məhdudlaşdırılmış,

– ödəmə vasitəsi kimi istifadəsi faktiki dayandırılmış,

– lakin hüquqi statusları formal olaraq saxlanılmışdır.

Bu isə vətəndaşların: – hüquqi baxımdan mövcud olan, lakin faktiki olaraq həyata keçirilə bilməyən hüquq vəziyyətinə salınmasına səbəb olmuşdur.

  1. Avropa Məhkəməsi praktikasına uyğunluq

Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə legitim gözlənti:

– qanunla yaradılmış əsaslı ümid olduqda,

– dövlətin davranışı ilə möhkəmləndirildikdə,

– iqtisadi dəyərə malik olduqda yaranır.

Mövcud işdə bu üç meyar tam şəkildə mövcuddur.

  1. Hüquqi nəticə

Beləliklə, dövlət:

– vətəndaşlara mülkiyyət hüququ vermiş,

– həmin hüquq əsasında legitim gözlənti yaratmış,

– lakin sonradan bu gözləntini pozmuşdur.

Bu isə:

– Konstitusiyanın 13 və 29-cu maddələrinin,

– hüquqi müəyyənlik prinsipinin,

– Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması deməkdir.

KİMDİR BU İNSANLAR?

Ulu Öndər Heydər Əliyevin AZ.Tv-dən Xalqa verdiyi məsləhətlərə qulaq asan və onun Xalqa vədinə inanaraq öz DÖPÇ-ni investorlara ucuz satmaq istəməyən yüzminlərlə Vətəndaş Çek İnvestisiya Fondlarının yaradılmasını, yüksək dividend əldə etmək üçün daha gəlirli müəssisələrin (məsələn SOCAR, “Azercell” və s.) özəlləşdirilməsini gözləyirdilər. Məlumdur ki, çek hərracları həftənin 1-5-ci günləri (iş günləri) keçirilirdi. Ölkədə bu fəaliyyəti göstərən çox az saylı məntəqə vardı və qarşısında uzun növbələr mövcud idi. Bu şəraitdə dövlət müəsisələrində işləyən – kəndlərdə və şəhərdə yaşayan təhsil və səhiyyə işciləri, polislər, hərbçilər və s. vətəndaşların özəlləşdirmə çeklərindən birbaşa istifadə etmək imkanı olmadı.

Ulu Öndər Heydər Əliyevin siyasətini dəstəkləyən, ona inanaraq özəlləşdirmə paylarını (çeklərini) satmayan vətəndaşlar Ali Baş Komandan cənab Prezident İlham Əliyevi dəstəkləyir, onu sevir və inanırlar. İNANIRLAR ki: Ulu Öndər Heydər Əliyevin vəsiyyətinə əməl edərək Qarabağı və hətta heç kimin ağlına gəlməyən Xankəndini işğaldan azad edən vicdanlı, qeyrətli, yüksək mənəviyyata malik bir şəxsiyyət öz atasının xalqa vədini bildiyi halda, qanunları heç vaxt pozmaz. Konstitusiya və “Quran”a əl basaraq, dövlətçiliyə və xalqa xidmət edəcəyinə and içən bu böyük şəxsiyyət qanunun aliliyinə, dövlətçiliyə xələl gətirməz və onu sevən xalqına heç vaxt arxa çevirməz.

Dövlətçiliyimizə, qanunun aliliyinə, hüquqi dövlət olduğumuza və cənab Prezidentə inanan vətəndaşların hüquqi problemləri ölkə xaricində, Avropada həll olunmamalıdır. Qanunun aliliyi təmin olunmalı və bu hüquqi problem ölkə daxilində narazılıq, qarşıdurma, sosial gərginlik yaratmamalıdır.

Konstitusiya Məhkəməsi bu iş üzrə qərarında Azərbaycan Respublikası Konstitusiyası və qanunlarının, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi çərçivəsində formalaşmış presedent hüququnu nəzərə almalı və dövlətin mülkiyyət hüququ ilə bağlı öhdəliklərini aydın şəkildə müəyyən etməlidir.

LEGİTİM GÖZLƏNTİ PRİNSİPİ

AİHM presedent hüququna görə əgər şəxs mövcud qanunvericilik əsasında müəyyən iqtisadi hüquq əldə edirsə və həmin hüquqdan istifadə etməyə əsaslı gözləntisi varsa, bu gözlənti də mülkiyyət kimi qorunur.

Azərbaycan vətəndaşları:

– qanun əsasında çek əldə etmiş,

– qanunla həmin çekləri özəlləşdirmədə ödəmə vasitəsi kimi istifadə etmək hüququ qazanmış,

– dövlət tərəfindən bu hüququn təmin ediləcəyinə legitim gözlənti formalaşdırmışdır.

Bu prinsip beynəlxalq hüquqda xüsusilə aşağıdakı yanaşma ilə qorunur:  legitim gözlənti (legitimate expectation)  mülkiyyət hüququnun qorunması  iqtisadi aktivlərin müdafiəsi. Avropa insan hüquqları standartlarına görə, dövlət tərəfindən dövriyyəyə buraxılmış belə aktivlər mülkiyyət hüququ kimi qorunur. Məsələnin beynəlxalq hüquq aspekti də bu nəticəni təsdiq edir. Avropa İnsan Hüquqları Məhkəməsi presedent hüququna görə dövlət tərəfindən tanınmış iqtisadi və mülki hüquqlar şəxslərdə legitim gözlənti yaradır. “Kopecký Slovakiyaya qarşı” işində Məhkəmə qeyd etmişdir ki, milli qanunvericiliklə tanınmış hüquq şəxsdə mülkiyyətə dair qanuni gözlənti yaradır və bu gözlənti Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qoruna bilər. “Broniowski Polşaya qarşı” işində isə Məhkəmə dövlətin yaratdığı mülkiyyət mexanizmini sonradan kompensasiya və ya alternativ mexanizm təqdim etmədən faktiki səmərəsiz vəziyyətə gətirməsinin Konvensiyanın pozuntusuna səbəb ola biləcəyini vurğulamışdır.

LEGITIMATE EXPECTATION (HÜQUQİ GÖZLƏNTİ TESTİ)

Vətəndaşlarda qanun əsasında formalaşmış legitim gözlənti mövcuddur. Dövlət bu gözləntini təmin etməmişdir. Bu test beynəlxalq hüququn əsas testidir.

Dövlət:

  • qanun qəbul etmişdir
  • hüquq vermişdir
  • qanun qüvvədədir və çeklər ödəmə vasitəsidir
  • istifadə imkanını təsdiq etmişdir – qanunla tanınmış hüquq əsaslı gözlənti yaradır

Sonradan bu hüquq faktiki olaraq aradan qaldırılmışdır. Bu isə qanunla tanınmış hüquq əsaslı gözləntinın pozulmasıdır.

Vətəndaşların qanunla yaradılmış və dövlət əmlakı ilə təmin edilmiş özəlləşdirmə çekləri buna görə də 1 saylı Protokolun 1-ci maddəsinin mənasına uyğun olaraq “mülkiyyət” təşkil edir. AİHM-nin  presedent hüququna əsasən, “sahiblik” təkcə mövcud əmlakı deyil, həm də mülkiyyət hüququndan səmərəli istifadənin əldə edilməsinə dair qanunla tanınmış hüquq əsaslı  gözləntiləri əhatə edə bilər (Kopecký Slovakiyaya qarşı; Stretch Birləşmiş Krallığa qarşı).

Hüquqi müəyyənlik və “legitimate expectation” (qanuni gözlənti), normativ iyerarxiya prinsipləri və qanuni gözləntilərin qorunması 1 saylı Protokolun 1-ci maddəsinin mühüm hissəsini təşkil edir.

Nəticə etibarilə, özəlləşdirmə çekləri ilə bağlı yaranmış legitim gözlənti hüquqi cəhətdən qorunan mülkiyyət marağıdır və onun dövlət tərəfindən təmin edilməməsi hüquq pozuntusu təşkil edir.

  1. B) MÜLKİYYƏT HÜQUQUNUN MÖVCUDLUĞU BARƏDƏ HÜQUQİ ƏSASLANDIRMA

Özəlləşdirmə çekləri qanunvericiliklə yaradılmış və vətəndaşlara verilmiş mülkiyyət hüququnun obyektidir. Bu hüquq təqdim edildiyi andan etibarən mülki hüquq münasibətlərinin predmetinə çevrilmişdir. Bu səbəbdən onun yalnız qanunla məhdudlaşdırılması mümkündür.

Bu iş üzrə əsas hüquqi məsələlərdən biri dövlət özəlləşdirmə paylarının və dövlət özəlləşdirmə çeklərinin hüquqi statusunun qanunvericilik aktları ilə müəyyən edilmiş olmasına baxmayaraq, sonrakı icra hakimiyyəti aktları ilə həmin hüququn faktiki məhdudlaşdırılmasıdır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, qanunla tanınmış və vətəndaşların mülkiyyət hüququnun obyekti kimi formalaşmış hüququn icra hakimiyyəti aktı ilə məhdudlaşdırılması normativ hüquqi aktların iyerarxiyası və konstitusion səlahiyyət bölgüsü prinsipləri ilə uyğun olub-olmamasıdır.

Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının hüquqi əsası qanunvericilik aktları ilə müəyyən edilmişdir. 07 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanun özəlləşdirmə payını hər bir vətəndaşa dövlət mülkiyyətindən əvəzsiz verilən hissə kimi tanımışdır. Sonradan 29 sentyabr 1995-ci il tarixli qanunla qəbul edilmiş Dövlət Özəlləşdirmə Proqramı həmin hüquqi mexanizmi daha da konkretləşdirmiş və özəlləşdirmə paylarının çeklər formasında təqdim olunmasını nəzərdə tutmuşdur. Bu aktlar qanunverici orqan tərəfindən qəbul edilmiş və mülkiyyət hüququnun yaranmasına səbəb olan normativ hüquqi əsaslar kimi çıxış etmişdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi də bu hüquqi vəziyyəti təsdiq edir. Mülki Məcəllənin 14.2.2-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr dövlət orqanlarının qanunvericilikdə nəzərdə tutulmuş aktları əsasında yarana bilər.

AR MM-nin 14.2.2-cü, 183-cü və 1078-4-cü maddələrinə əsasən, özəlləşdirmə çekləri mülkiyyət hüququ yaradan qiymətli kağızlardır. Həmin normanın tətbiqi göstərir ki, dövlət özəlləşdirmə payları və çekləri vətəndaşlara təqdim edildiyi andan etibarən mülki hüququn predmetinə çevrilmişdir.

Bundan əlavə, Mülki Məcəllənin 183-cü maddəsinə əsasən mülkiyyət hüququ qiymətli kağızın təqdim edilməsi ilə əldə edilə bilər və həmin kağızın verilməsi mülkiyyət hüququnun əldə edilməsinin hüquqi əsası hesab olunur. Dövlət özəlləşdirmə çeklərinin adsız qiymətli kağız kimi dövriyyəyə buraxılması bu hüquqi mexanizmi bir daha təsdiq edir.

Mülki Məcəllənin 153.3-cü maddəsi isə mülkiyyət hüququnun əldə edilməsi və ona xitam verilməsinin yalnız qanunla müəyyən edilə biləcəyini açıq şəkildə təsbit edir. Bu norma mülkiyyət hüququnun müdafiəsi baxımından fundamental əhəmiyyət daşıyır və göstərir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya ona xitam verilməsi icra hakimiyyəti aktı ilə deyil, yalnız qanunverici orqan tərəfindən qəbul edilmiş qanun vasitəsilə mümkündür.

Bu hüquqi çərçivə Azərbaycan Respublikası Konstitusiyasının müddəaları ilə də tam uyğunluq təşkil edir. Konstitusiyanın 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsi hər kəsin mülkiyyət hüququna malik olduğunu və bu hüququn qanunsuz olaraq məhdudlaşdırıla bilməyəcəyini təsbit edir. Eyni zamanda Konstitusiyanın 94-cü maddəsinə əsasən mülkiyyət hüquqlarının hüquqi tənzimlənməsi Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilmişdir. Bu norma mülkiyyət hüququnun tənzimlənməsinin qanunverici orqanın səlahiyyətində olduğunu və icra hakimiyyəti orqanlarının belə məsələlərdə yalnız qanunun icrasını təmin edə biləcəyini göstərir.

Dövlət Özəlləşdirmə Payları və Dövlət Özəlləşdirmə Çekləri ilə bağlı  qanuni gözləntilərin kompensasiya ödənilmədən aradan qaldırılması mülkiyyət hüququnun pozulması hesab olunur və Konstitusiyanın 29-cu maddəsinə ziddir.  Nəticə olaraq, dövlət tərəfindən verilmiş mülkiyyət hüququnun qanundan aşağı hüquqi aktlarla faktiki olaraq aradan qaldırılması hüquqi dövlət prinsipinin, Konstitusiyanın aliliyinin və mülkiyyət hüququnun pozulmasıdır.

  1. C) ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİNİN HÜQUQİ STASTUSU BARƏDƏ HÜQUQİ ƏSASLANDIRMA
  1. Özəlləşdirmə çeklərinin hüquqi təbiəti və çoxfunksiyalı xarakteri

Azərbaycan Respublikasının qüvvədə olmuş qanunvericiliyinə əsasən özəlləşdirmə çekləri dövlət tərəfindən buraxılmış və qanunla birbaşa qiymətli kağız statusu verilmiş hüquqi alətlərdir. Bu status onların yalnız formal deyil, həm də maddi hüquqi məzmun daşıyan mülkiyyət obyektləri olduğunu təsdiq edir.

Qanunvericilikdə və hüquqi doktrinada qəbul olunmuş yanaşmaya görə, qiymətli kağızlar mülki dövriyyənin tamhüquqlu obyektləri olmaqla, sərbəst alğı-satqı, ötürmə və iqtisadi dəyərin realizə edilməsi funksiyalarını daşıyır. Özəlləşdirmə çekləri də bu ümumi hüquqi rejimə daxil olmaqla yanaşı, ondan daha geniş və spesifik funksional mahiyyətə malik olmuşdur.

Belə ki, özəlləşdirmə çekləri:

dövlət əmlakının vətəndaşlara verilməsi mexanizminin birbaşa aləti kimi çıxış etmiş;

iqtisadi dövriyyəyə buraxılaraq sərbəst şəkildə alınıb-satılmış;

konkret əmlak hüquqlarının əldə olunması üçün istifadə edilən ekvivalent dəyər vasitəsi funksiyasını daşımışdır.

Bu xüsusiyyətlər göstərir ki, sözügedən çeklər klassik qiymətli kağız anlayışından fərqli olaraq, yalnız passiv investisiya aləti deyil, həm də aktiv iqtisadi dövriyyə və dəyərin reallaşdırılması vasitəsi olmuşdur.

Xüsusilə vurğulanmalıdır ki, dövlət tərəfindən bu çeklərin dövriyyəyə buraxılması, sərbəst alqı-satqıya icazə verilməsi, əmlakın əldə edilməsi üçün qəbul olunması – onların faktiki olaraq iqtisadi münasibətlərdə ödəmə-ekvivalent funksiyası yerinə yetirdiyini göstərir. Bu isə həmin alətlərin hüquqi təbiətini genişləndirərək onları adi qiymətli kağızlardan fərqləndirən əlavə hüquqi keyfiyyət kimi qiymətləndirilməlidir.

Beləliklə, özəlləşdirmə çekləri:

Qanunla tanınmış qiymətli kağız olmaqla mülkiyyət hüququnun obyektidir;

Dövlət tərəfindən formalaşdırılmış legitim iqtisadi gözləntilərin daşıyıcısıdır;

Dövriyyədə istifadə olunmaqla faktiki olaraq dəyər ötürmə və əmlak əldə etmə vasitəsi funksiyasını icra etmişdir;

Bu səbəbdən onların hüquqi rejimi adi qiymətli kağızlardan daha geniş və güclü müdafiə tələb edir.

Bu xüsusiyyətlər nəzərə alındıqda, özəlləşdirmə çeklərinin hüquqi statusu yalnız “qiymətli kağız” anlayışı ilə məhdudlaşdırıla bilməz. Onlar eyni zamanda dövlət tərəfindən yaradılmış və qorunmalı olan kompleks mülkiyyət hüququ və iqtisadi dəyər aləti kimi qiymətləndirilməlidir.

Bu yanaşma AİHM praktikasında qəbul olunmuş “mülkiyyət” anlayışının geniş şərhi ilə də tam uyğunluq təşkil edir.

  1. Hüquqi çərçivə: 2000-ci il tarixli 878-IQ saylı Qanunun 10-cu maddəsindən göründüyü kimi, DÖPÇ-nin əsas funksiyası tədavül vasitəsi ( alqı-satqı, girov və s.) predmeti olmaq deyil, “onların üzərindəki yazılara” münasib olaraq dövriyyədə olduğu dövrdə ödəmə – tədiyyə vasitəsi kimi dövlət əmlakı ilə təmin edilməsidir. Bu qanun maddəsi bütün özəlləşdirmə zamanı vətəndaşları mülkiyyət hüquqlarının qorunması üçün həm dövlətin zəmanəti – həm də dövlət öhdəliyidir. Bu Qanuna əsasən DÖPÇ manatla yanaşı ödəmə vasitəsi kimi tanınmış, onların istifadəsinə dair qanunda müddət məhdudiyyəti müəyyən edilməmişdir və bu status qanun səviyyəsində verilmişdir.

Özəlləşdirmə çekləri qanunvericilikdə adsız qiymətli kağız kimi nəzərdə tutulmuş və mülki hüquq obyektləri kimi tanınmışdır. Qiymətli kağızlar isə mülki hüquq sistemində iqtisadi aktivlər kateqoriyasına daxil edilir. Bu səbəbdən özəlləşdirmə çekləri sadəcə maliyyə sənədi deyil, hüquqi nəticə doğuran və iqtisadi dəyərə malik aktivdir.

Bu aktiv sahibinə müəyyən iqtisadi hüquqlar verir. Əsas hüquq dövlət əmlakının özəlləşdirilməsi prosesində iştirak etmək və bu əmlakın müəyyən hissəsini əldə etmək imkanından ibarətdir. Beləliklə, çeklər vətəndaşların dövlət əmlakında pay əldə etmək hüququnu ifadə edən hüquqi alət kimi çıxış edir.

Bu səbəbdən özəlləşdirmə çeklərinin hüquqi statusu aşağıdakı xüsusiyyətləri özündə birləşdirir:

  • onlar qiymətli kağız statusuna malikdir;
  • onlar mülki hüquq obyektidir;
  • onlar iqtisadi dəyər daşıyan aktivdir;
  • onlar mülkiyyət hüququ ilə bağlı iqtisadi tələb hüququnu ifadə edir.
  1. Azərbaycan Respublikasında tətbiq edilmiş özəlləşdirmə çekləri dövlət tərəfindən buraxılmış xüsusi maliyyə aləti və dövlət qiymətli kağızı idi. Bu alət vətəndaşların dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində iştirak etməsi və dövlət əmlakı üzərində pay əldə etməsi məqsədilə yaradılmışdır.
  1. Hüquqi mahiyyətinə görə özəlləşdirmə çekləri aşağıdakı funksiyaları daşıyırdı:
  • investisiya qiymətli kağızı funksiyası
  • bazar tədavülü funksiyası
  • dövlət əmlakının əldə edilməsi üçün ödəniş vasitəsi funksiyası
  • mülkiyyət hüququnu təmsil edən hüquqi sənəd funksiyası.

Bu funksiyaların hər biri hüquqi baxımdan müstəqildir və onların mövcudluğu qiymətli kağızın hüquqi statusunu müəyyən edir.

Eyni zamanda özəlləşdirmə çekləri yalnız daxili dövriyyə üçün nəzərdə tutulmuş maliyyə aləti deyildi. Onlar həm də investisiya aləti kimi istifadə edilirdi.

Bu xüsusiyyət aşağıdakı faktlarla təsdiq olunur:

  • çeklər dövlət müəssisələrinin səhmlərinin əldə edilməsi üçün nəzərdə tutulmuşdur
  • investorların dövlət aktivləri üzərində pay əldə etməsinə imkan verirdi
  • xarici investorlar üçün də investisiya mexanizmi kimi təklif olunurdu.

Beynəlxalq özəlləşdirmə təcrübəsində bu cür alətlər “voucher investment securities” kimi tanınır. Xarici investorların opsion mexanizmi ilə özəlləşdirmə çeklərini əldə etməsi həmin çeklərin beynəlxalq iqtisadi dövriyyədə mülkiyyət hüququ kimi tanındığını sübut edir. Bu baxımdan özəlləşdirmə çekləri – investisiya hüququnu təmsil edən maliyyə aləti idi və dövlət mülkiyyətinin müəyyən hissəsi üzərində tələb hüququ yaradırdı.

  1. Tədavül müddəti və onun hüquqi məzmunu

1) Qiymətli kağızların tədavül müddəti onların bazarda alınıb-satılması üçün müəyyən edilmiş zaman intervalını ifadə edir.

Bu müddətin məqsədi aşağıdakılardır:

  • bazar əməliyyatlarının təşkil edilməsi
  • investorların çekləri toplamasına imkan verilməsi
  • kapitalın konsolidasiyası.

Beynəlxalq qiymətli kağızlar hüququnda qəbul olunmuş prinsipə görə tədavül müddəti yalnız bazar ticarətinin müddətini müəyyən edir.

2) Tədavül müddətinin başa çatması yalnız aşağıdakı nəticələri doğurur:

  • yeni investorların çek əldə etməsi mümkün olmur;
  • bazarda alğı-satqı əməliyyatları dayandırılır.

Lakin bu, qiymətli kağızın hüquqi mövcudluğunun və onun təmsil etdiyi hüquqların ləğvi demək deyil.

Əgər qanunla həmin aktivlərin dövriyyədən çıxarılması və ya hüquqi qüvvəsinin ləğv edilməsi barədə açıq norma mövcud deyilsə, bu hüquq hüquqi baxımdan mövcudluğunu davam etdirir.

  1. Tədavül və mülkiyyət hüququnun fərqi

Bəzi normativ aktlarda özəlləşdirmə çeklərinin tədavül müddətinə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Lakin tədavül müddətinin məhdudlaşdırılması həmin çeklərin hüquqi mahiyyətini və onların yaratdığı mülkiyyət xarakterli hüquqları aradan qaldırmır.

Tədavül və ödəniş funksiyaları müxtəlif hüquqi kateqoriyalardır. Tədavül müddətinin başa çatması yalnız çeklərin sərbəst alqı‑satqısına aid ola bilər. Bu isə onların özəlləşdirmə prosesində hüquqi aktiv kimi mövcudluğunu avtomatik olaraq aradan qaldırmır.

Əgər çeklərin ödəniş vasitəsi kimi istifadəsi məhdudlaşdırılarsa və ya faktiki olaraq aradan qaldırılarsa, bu halda vətəndaşların həmin çeklər vasitəsilə dövlət əmlakında iştirak hüququ da məhdudlaşdırılmış olur. Bu isə mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

Özəlləşdirmə çeklərinin alqı-satqısına aid tədavül mexanizmi müəyyən müddətlə məhdudlaşdırıla bilər. Lakin bu, həmin çeklərin təmsil etdiyi mülkiyyət hüququnun avtomatik olaraq ləğv edilməsi anlamına gəlmir.

  1. DÖPÇ-nin ödəniş-tədiyyə vasitəsi funksiyasının hüquqi müstəqilliyi

1) Tədavül müddətinin başa çatması yalnız bazar əməliyyatlarını məhdudlaşdırır, lakin mülkiyyət hüququnu aradan qaldırmır.

Çeklərin ödəniş funksiyası müstəqildir. Ən kritik hüquqi fərq budur: Tədavül hüququnun məhdudlaşdırılması ödəniş funksiyasının məhdudlaşdırılması demək deyil.

Tədavül müddəti ərzində:

  • çeklər bazarda alınıb-satıla bilərdi ,
  • investorlar onları toplaya bilərdi.

Tədavül müddəti başa çatdıqdan sonra isə iki hüquqi vəziyyət yaranır: – birincisi, yeni şəxslərin bazardan çek əldə etməsi mümkün olmur.

– ikincisi, ödəniş təyinatı (Means of payment) – bu tam başqa hüquqi funksiyadır və bu səbədən  çek sahibi olan şəxslərin hüquqları saxlanılır.

Bu hüquqlara daxildir:

  • çekləri özəlləşdirmədə istifadə etmək,
  • onları ödəniş vasitəsi kimi təqdim etmək.

Beləliklə, tədavül müddətinin başa çatması yalnız bazar əməliyyatlarını dayandırır, lakin mövcud hüquqları aradan qaldırmır. Başqa sözlə, aktiv tədavüldə olmasa belə, yenə də ödəniş vasitəsi ola bilər. Bu hüquqi nəzəriyyədə çox vacib prinsipdir.

Özəlləşdirmə çeklərinin ən mühüm hüquqi xüsusiyyətlərindən biri onların dövlət özəlləşdirmə prosesində ödəniş vasitəsi kimi istifadə edilməsi idi.

Bu o deməkdir ki:

  • çeklər dövlət müəssisələrinin əldə edilməsi üçün təqdim edilə bilirdi
  • çek sahibi dövlət əmlakının əldə edilməsində iştirak etmək hüququna malik idi.

Bu hüquq bazar tədavülündən müstəqildir.

Beynəlxalq qiymətli kağızlar hüququnda qəbul olunmuş prinsip belədir: qiymətli kağızın ticarət funksiyası ilə onun ödəniş funksiyası bir-birindən müstəqildir.

Buna görə də tədavül müddətinin başa çatması ödəniş funksiyasını avtomatik olaraq aradan qaldırmır.

2) Tədavül müddəti başa çatdıqdan sonra hüquqların qorunması

Dövriyyədən çıxarılmayan və tədavül müddəti uzadılmayan DÖPÇ-nin ödəmə-tədiyyə vasitəsi kimi istifadəsi qanunla mümkündür – əks hal Konstitusiya və qanunvericiliyin pozulmasıdır.

16 may 2000-ci il tarixində “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 878 nömrəli qanunu qəbul ediləndən 3 ay sonra, yəni 10 avqust 2000-ci ildə “Azərbaycan Respublikasında “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” qəbul olunub. Həmin 878 saylı Qanunun 33.2-ci maddəsi ilə “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 07.01.1993-cü il tarixli 445 nömrəli Qanunu və “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU qüvvədən düşmüşdür. Həmin 3 aylıq dövr ərzində keçirilən özəlləşdirmələrdə isə Dövlət Əmlak Komitəsi DÖPÇ-ni ödəniş vasitəsi kimi qəbul edib və istifadə olunub.

Burda SUAL olunur: Əgər həmin 878 saylı Qanunun 33.2-ci maddəsi ilə 1993-cü ilə tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU qüvvədən düşübsə, onda həmin 3 ay ərzində aparılan özəlləşdirmələr zamanı DÖPÇ hansı hüquqi əsasla ödəniş vasitəsi kimi qəbul olunub?

Bu vəziyyətə üç hüquqi izah verilə bilər:

Birincisi, “2000-ci il tarixli 878 saylı Özəlləşdirmə haqqında Qanunun 10-cu maddəsi hüquqi əsasdır” deyilə bilər. Məhz həmin 10-cu maddədə deyilir ki, Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi – manat və QANUNLA müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur. Əgər bu, belədirsə, demək ki, DÖPÇ bu gün də ÖDƏMƏ vasitəsi kimi qəbul olunmalıdır! Çünki həmin 10-cu maddə hələ də qüvvədədir.

İkincisi, “qüvvədə olan başqa qanunvericilik aktları hüquqi əsasdır” deyilə bilər. Unutmayaq ki, həmin dövrdə qüvvədə olan və DÖPÇ-nin ödəmə vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadəsini tənzimləyən və bu gün də qüvvədə olan  qanunvericilik aktı  Ulu Öndərimiz Heydər Əliyev tərəfindən 25.03.1996-cı il tarixli 450 nömrəli “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Fərmanla təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”dir. Həmin Əsasnamənin 5-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”. Göründüyü kimi, Dövlət Əmlak Komitəsi, ya yeni Qanunun 10-cu Maddəsinə, ya da həmin dövrdə qüvvədə olan Əsasnaməyə əsaslanaraq 3 ay müddətində DÖPÇ-ni ödəmə vasitəsi kimi qəbul edib.

Üçüncüsü, “2000-ci il tarixli 878 saylı Özəlləşdirmə haqqında Qanunun 33.1-ci maddəsi hüquqi əsasdır” deyilə bilər. Belə ki, yeni 2000-ci il tarixli 878 saylı Özəlləşdirmə Qanununun bu gün də qüvvədə olan 33.1-ci Maddəsində deyilir ki, “bu Qanun qüvvəyə mindiyi günədək qəbul edilmiş və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən normativ-hüquqi aktlar bu Qanuna zidd olmayan hissəsində öz qüvvəsini saxlayır”. Əgər Dövlət Əmlak Komitəsi bu göstərişinə əsaslanaraq 3 ay ərzində DÖPÇ-ni ödəmə vasitəsi kimi qəbul etmişdirsə, deməli, qanunla DÖPÇ bu gündə ödəmə vasitəsi olmalıdır.

Yəni hər üç halda Konstitusiya və qanunlara əsasən, DÖPÇ bu gün də ödəmə vasitəsi olmalıdır. Bu hal bir daha təsdiq edir ki, DÖPÇ-nin dövriyyədə tədiyyə vasitəsi kimi istifadəsi başa çatsa da, qanunvericiliklə bütün özəlləşdirmə dövrü üçün ödəmə vasitəsi kimi istifadə olunmalıdır. Çünki Qanunla tənzimlənən mülkiyyət və bərabərlik hüquqları sonradan Konstitusiyaya zidd olaraq Qanun qüvvəsində olmayan normativ hüquqi aktlara məhdudlaşdırıla və ləğv oluna bilməz.

Məhz 20% vətəndaşın həm mülkiyyət, həm də bərabərlik hüquqlarının Qanun qüvvəsində olmayan normativ hüquqi aktlarla pozulması həm Ulu Öndərimiz Heydər Əliyevin və dövlətin kapitalizmə keçidi üçün Qanunla tənzimlənən Yeni İqtisadi Siyasətinin əsasını təşkil edən Tarixi ƏDALƏT prinsiplərinə, həm də Konstitusiya və Avropa İnsan Hüquqları Konvensiyasına tam ziddir.

3)  Hüquqi vəziyyət və faktiki hallar:

  1. Azərbaycan Respublikasında həyata keçirilmiş dövlət özəlləşdirmə proqramı çərçivəsində özəlləşdirmə payları (özəlləşdirmə çekləri) dövlət mülkiyyətinin bir hissəsinin vətəndaşlara verilməsi məqsədilə tətbiq edilmişdir. Qanunvericiliyə əsasən bu çeklər vətəndaşlara dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək hüququ verən iqtisadi aktiv kimi tanınmışdır.
  2. Çeklərin özü mülkiyyət hüququnun ilkin sənəd sübutudur.
  3. Bu hüquq:
  • fərdiləşdirilmiş;
  • qeydiyyata alınmış;
  • iqtisadi cəhətdən ölçülə bilən;
  • qanunla tanınan alətlərlə ötürülə bilən idi.
  1. Özəlləşdirmə çekləri yalnız texniki alət deyil, real iqtisadi dəyərə malik aktiv olmuşdur. Opsion mexanizmi və qiymət müəyyən edilməsi bunu təsdiq edir.
  2. Qüvvədə olan qanunla özəlləşdirmədə ödəmə vasitəsidir.

Göründüyü kimi, bu faktların Konstitusiya Məhkəməsində araşdırılması zəruridir.

4) Yuxarıda göstərilən hüquqi prinsiplərə əsasən aşağıdakı nəticələr çıxır: 

  1. a) Özəlləşdirmə çekləri həm də investisiya qiymətli kağızı kimi yaradılmışdır;
  2. b) Onların tədavül müddəti yalnız bazar əməliyyatlarının müddətini müəyyən etmişdir. Tədavül müddətinin başa çatması artıq əldə edilmiş çeklər üzrə hüquqları aradan qaldırmır;
  3. c) Çeklərin ödəniş vasitəsi funksiyası bazar tədavülündən müstəqil hüquqi xüsusiyyətdir. Bu səbəbdən çek sahiblərinin onları ödəniş vasitəsi kimi istifadə etmək hüququ qorunmalıdır.
  4. D) Dövlət Özəlləşdirmə Opsionları və Özəlləşdirmə Çeklərinin İqtisadi-Hüquqi dəyəri barədə arqument və hüquqi ƏSASLANDIRMA

Məqsəd özəlləşdirmə çeklərinin hüquqi statusunun, onların iqtisadi aktiv kimi mahiyyətinin və bu hüquqların məhdudlaşdırılmasının Azərbaycan Respublikasının Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına uyğunluğunun qiymətləndirilməsidir. Özəlləşdirmə çekləri dövlət tərəfindən qəbul edilmiş qanunvericilik aktları əsasında vətəndaşlara verilmiş və dövlət əmlakının özəlləşdirilməsində iştirak etmək üçün nəzərdə tutulmuş hüquqi və iqtisadi alət olmuşdur. Bu çeklər sadəcə texniki maliyyə aləti deyil, həm də vətəndaşların dövlət əmlakında iştirak hüququnun hüquqi ifadəsi kimi çıxış etmişdir.

Dövlət tərəfindən xarici investorların özəlləşdirmə çeklərini əldə etməsinə və onlardan özəlləşdirmə prosesində istifadə etməsinə icazə verilməsi göstərir ki, bu çeklər yalnız texniki alət deyil, real iqtisadi dəyəri olan aktiv kimi qəbul edilmişdir.

Xarici investorların opsion mexanizmi ilə özəlləşdirmə çeklərini əldə etməsi həmin çeklərin beynəlxalq iqtisadi dövriyyədə mülkiyyət hüququ kimi tanındığını sübut edir:

  1. Əmlak Komitəsinin 222 nömrəli Əmrində olan normativ mexanizmə əsasən, hər bir dövlət özəlləşdirmə opsionu bir ədəd dövlət özəlləşdirmə çekini əldə etmək hüququ verən hüquqi alət kimi nəzərdə tutulmuşdur. Bu isə özəlləşdirmə çeklərinin dövlət tərəfindən hüquqi dövriyyədə tanındığını və iqtisadi dəyəri olan aktiv kimi qəbul edildiyini göstərir.
  2. Bu hesablama mexanizmi göstərir ki, dövlət özəlləşdirmə çeklərinin iqtisadi dəyəri rəsmi normativ qaydada müəyyən edilən maddi ekvivalentə malik olmuşdur. Həmin dövrdə tətbiq edilən minimum hədd nəzərə alındıqda, bir özəlləşdirmə payının dəyərinin ən azı təxminən 2000 ABŞ dolları ekvivalentində qiymətləndirildiyi aydın olur. Çünki bir özəlləşdirmə payı dörd çekdən ibarət idi və opsion sistemi vasitəsilə həmin çeklərə çıxış hüququ ayrıca iqtisadi dəyər əsasında əldə edilirdi.
  3. Qanunvericilikdə özəlləşdirmə payının maddi ekvivalent dəyəri inflyasiyadan qorunan dəyər kimi nəzərdə tutulmuşdur. Bu isə göstərir ki, dövlət özəlləşdirmə paylarını və həmin payı təmsil edən çekləri sadəcə texniki sənəd kimi deyil, real iqtisadi və mülki dəyərə malik aktiv kimi nəzərdə tutmuşdur.
  4. Beləliklə, özəlləşdirmə çekləri dövlət tərəfindən hüquqi dövriyyəyə buraxılmış, iqtisadi dəyərə malik və özəlləşdirmədə istifadə üçün nəzərdə tutulmuş xüsusi hüquqi aktivdir. Bu səbəbdən həmin çeklər üzrə hüquqlar Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə qorunan mülkiyyət hüququnun tərkib hissəsi hesab edilməlidir.
  5. Eyni zamanda Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə mülkiyyət anlayışı yalnız mövcud fiziki əmlakla məhdudlaşmır, həmçinin qanunvericilikdən irəli gələn və iqtisadi dəyəri olan hüquqi tələblər və legitim gözləntilər də bu anlayışa daxildir.
  6. Özəlləşdirmə çekləri üzrə hüquqlar dövlət tərəfindən tanınmış legitim mülkiyyət marağı təşkil edir. Buna görə də həmin hüquqların reallaşdırılmasının faktiki olaraq mümkünsüz vəziyyətə gətirilməsi mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir.

Beləliklə, dövlətin özü tərəfindən yaradılmış və dövriyyəyə buraxılmış bu mexanizm aşağıdakı hüquqi nəticəni ortaya qoyur:

  1. Özəlləşdirmə çekləri dövlət əmlakında pay əldə etmək hüququnu ifadə edən iqtisadi aktivdir;
  2. Bu aktivlər mülkiyyət hüququnun predmetini təşkil edir;
  3. Bu hüquq dövlət tərəfindən tanınmış və hüquqi dövriyyəyə buraxılmışdır.

Xüsusi qeyd: Qanunla təsdiq edilmiş Dövlət Proqramının 8-ci bəndinin 3-cü abzasının imperativ tələbinə görə, bütün özəlləşdiriləcək əmlakın (səhmlərin) ancaq 35%-i pulla satıla bilər, qalan 65% isə ancaq və ancaq dövlət özəlləşdirmə payları (çekləri) ilə satılmalıdır. Qanunla bütün (yerli və xarici) investorlar 15% əmək kollektivindən qalan payları və hərraclar üçün nəzərdə tutulmuş 50% payı  ancaq və ancaq vətəndaşlardan Azərbaycan Respublikasının dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirdiyi dövlət özəlləşdirmə çeklərini əldə etməklə sahib ola bilərdi.

İqtisadçı alimlərlə yanaşı, Konstitusiya hüququ, mülkiyyət hüququ və qiymətli kağızlar üzrə Ali və Konstitusiya məhkəmələrinin, Dövlət Ali Attestasiya Komitəsinin ekspertləri olan 10-dan çox hüquqşünas alimin elmi-praktik aşdırmalarında qeyd olunur ki, gələcəkdə özəlləşdirilməsi planlaşdırılan investisiya holdinqlərində olan onlarla orta və iri müəssisə, hətta ali və orta ixtisas təhsil müəssisələri, xəstəxana və poliklinikalar, müqavilələr əsasında xarici və yerli şirkətlərdə icarədə olan, kimlərəsə idarəçiliyə veriliş mədən və sənaye müəssisələri, Beynəlxalq Bank, “Azercell”, “JEK”-lər və s. nəzərə alınsa, ümumi dəyər 100 milyard ABŞ dolları qədər hesablana bilər.

“Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericiliklə birbaşa müəyyən edilməsinin vacibliyi”  (08 (334)/2022) 57-65-ci səhifələrdə)

Müəlliflər: Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü;

Əliyev Sübhan Fərmayıl oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru, Konstitusiya Məhkəməsinin eksperti, Vəkillər Kollegiyasının üzvü;

Rəyçi: h.ü.f.d., dos. S.S.Süleymanlı; Təqdim edən: h.ü.e.d., prof. B.S.Zahidov.

02.08.2023–cü ildə “Ayna.az” internet qəzetində yayımlanmış “Özəlləşdirmə çeklərinin qiyməti: Qanunvericilik nə deyir?” adlı məqalədə iqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov, inflyasiyanı nəzərə almaqla, bir DÖP-nin əmlak ekvivalenti dəyərinin ən azı 20 000 ABŞ dolları olduğunu əsaslandırmışdır və bu məlumat mətbuatda yayılmışdır.

  1. E) Aktiv/Əmlak dəyəri metodu (ən güclü arqument) barədə arqument və hüquqi ƏSASLANDIRMA

Qanunla DÖPÇ verildiyi an eyni dəyərə malikdir, bərabər hesab olunur, nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalent olduğu göstərilir.

Əgər bu pay real dövlət əmlakına – maddı ekvivalentə bağlı idisə, onda belə hesab edilir: “Bu pay həmin əmlakın bazar dəyəri ilə ölçülməlidir”.

Yəni: həmin aktivlər 30 ildən sonra (zavodlar, torpaq, obyektlər) neçə dəfə artıb?

Praktik olaraq: 30 il müddətində əmlakların çoxu 10x – 50x artım göstərib.

Bu halda: 2000 USD → 20,000 – 100,000 USD+ (potensial arqument kimi)

Hətta uzun illərdir dövlətin özəlləşdirmə planında olan iri müəssisələrdən tək SOCAR-ın indiki bazar qiyməti hesablanaraq, qanunla qoyulmuş qaydada (65%) özəlləşdirilərsə, hər özəlləşdirmə payına düşən və qanunla qorunan maddi ekvivalent dəyərinin ən azı 40 000 manat olduğu təsdiqlənər.

Özəlləşdiriləcək əmlakların yeni bazar dəyəri əsasında nominal qiymətin Dövlət Komissiyası tərəfindən müəyyənləşdirilməsinin məcburi olaraq Qanunla təyin edilməsinin bir çox səbəbləri mövcuddur:

Arxiv sənədləri göstərir ki, bəzi özəlləşdirilmiş müəssisələr üçün müəyyən vaxtlarda bəzi vətəndaşların DÖP-nı Qanunda və Konstitusiyada göstərilən bərabərlik hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Qanunvericilikdə olan boşluqlar və pozuntular nəticəsində yaranmış bu faktlar dövlətin qeyri-ardıcıl təcrübəsini nümayiş etdirir və vətəndaşların əmlakının real iqtisadi dəyərinin pozulduğunu vurğulayır. Həmin dövrdə Dövlət qəzeti olan “Mülkiyyət” qəzetindən məlum olduğu kimi, özəlləşdirmə zamanı bir DÖPÇ çox fərqli qiymətdə ödəmə – tədiyyə vasitəsi kimi qəbul edilib və əmək kollektivinin üzvlərinə bir özəlləşdirmə payına (4 çek) çox fərqli – yüksək ekvivalent dəyərində səhm verilib. Bir çox hallarda orta müəssisələr, kiçik müəssisə kimi özəlləşdirilir və bu zaman bir Özəlləşdirmə Payının əmlak dəyər məbləğinin bir kollektiv üzvü üçün 65 000 ABŞ dolları hesabladığı hallar olub (həmin dövrdə 1ABŞ dolları 0,78 manat idi).

Məsələn: 3 iyun 2008-ci il Bakı şəhər, Binəqədi rayon, Azadlıq pr.187, İXMİM-nin Əmlak kompleksi 1 DÖP( 4 çek)-yı 60 488 manat, 19 avqust 2008-ci il Şuraxanı r-n, Əmircan qəs., Balandın küç. İXMİM-nin “Atəşgah” fabrik-mətbəxi 1 DÖP(4çek) 60 760 manat, 3 mart 2009-cu il Bakı şəhəri, Qaradağ r-nu, Puta qəsəbəsi Əmək kompleksi 1 DÖP-yı 41 858 manat, 30 iyun 2009-cu il Bakı şəhəri, Yasamal r-n “Sevinc” kafesi 1DÖP-na 29 100 manat,10 noyabr 2009-cu il Bakı şəhəri, Əzizbəyov r-n, Şüvalan qəs., Təsərrüfat hesablı 1 nömrəli Univermaq 1 DÖP(4 çek)-na 27 764 manat dəyərində səhm.

Bildiyimiz kimi, hüquq ədalətə əsaslanır, hüquqları müəyyənləşdirən və qoruyan isə Konstitusiya və qanunlardır. Qanunda hər bir vətəndaşın DÖPÇ-nin dəyərinin eyni olduğu və inflyasiyadan qorunan maddi dəyər olduğu acıq yazılıb.

Bir sıra dövlət məmurlarının cənab Prezidentin etibarından sui-istifadəsi nəticəsində qəbul etdirməyə nail olduqları fərmanlar və digər qanunvericilik aktları ilə bu durumda manipulyasiya imkanı yaradılmışdır. Qanun qarşısında hamının bərabərhüquqlu olmasına baxmayaraq, bu manipulyasiyalar ilə ayrı-seçkilik meydana gətirilmişdir.

Məsələn, 2010-cu ildə “Siyəzən Broyler”in özəlləşdirilməsində əmək kollektivinin 1 DÖP(4 cek)-na 100 manat dəyərində səhm verildiyi halda – investor üçün bir DÖP(4 çek)-ı 1400 manat olaraq hesablanmışdır. Belə ki, 14 milyon 337 minlik dövlət əmlakı üçün investor ödəmə vasitəsi kimi 10 000 DÖP(40.000 çek) verilmişdir.

NƏTİCƏ: Bu hallar Dövlət Komissiyası yaradılmasını və DÖP-larını təsdiq edən – Dövlət Qiymətli Kağızı olan DÖPÇ-nin nominal qiymətinin hamı üçün (bərbərlik hüququ) eyni olan inflyasiyadan qorunan nominal qiymətinin qanunla qoyularaq ELAN edilməsinin vacibliyini göstərir.

Xüsusi qeyd

  1. Özəlləşdirmə çeklərinin iqtisadi aktiv kimi xarakteri İqtisadi aktiv anlayışı iqtisadi nəzəriyyədə və hüquqi praktikada sahibinə iqtisadi fayda verən və ya gələcəkdə belə fayda əldə etmək imkanı yaradan hüquqi və ya maddi resurs kimi izah olunur. Bu baxımdan özəlləşdirmə çekləri aşağıdakı səbəblərə görə iqtisadi aktiv hesab edilməlidir:

Birincisi, onlar sahibinə dövlət əmlakından pay əldə etmək hüququ verir.

İkincisi, onlar mülki hüquq dövriyyəsinin predmetidir və müəyyən dövrdə alınıb-satıla bilmişdir.

Üçüncüsü, onlar özəlləşdirmə prosesində ödəniş vasitəsi kimi istifadə edilə bilmişdir.

Beləliklə, çeklərin iqtisadi dəyəri yalnız onların dövriyyədə satılması ilə bağlı deyil, həm də onların dövlət əmlakına yönəlmiş hüquqi tələb hüququnu ifadə etməsi ilə bağlıdır.

  1. Azərbaycan Respublikası Konstitusiyası baxımından qiymətləndirmə

Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüququna dair müddəalarına əsasən hər kəsin mülkiyyət hüququ vardır və bu hüquq dövlət tərəfindən qorunur.

Konstitusiyanın mülkiyyət hüququ ilə bağlı əsas prinsiplərinə görə:

  • mülkiyyət hüququ qanunla qorunur;
  • mülkiyyət hüququ yalnız qanunla və legitim məqsədlərlə məhdudlaşdırıla bilər;
  • mülkiyyət hüququnun ləğvi və ya mahiyyətinin aradan qaldırılması yolverilməzdir.

Özəlləşdirmə çekləri qanunla yaradılmış hüquqi institut olduğu üçün onların yaratdığı hüquqlar da konstitusion müdafiə altındadır.
Bu səbəbdən aşağı səviyyəli normativ aktlarla və ya inzibati qərarlarla həmin hüquqların faktiki olaraq istifadəsiz vəziyyətə salınması Konstitusiyanın mülkiyyət hüququnu qoruyan müddəalarına zidd hesab edilə bilər.

  1. Avropa İnsan Hüquqları Konvensiyası baxımından qiymətləndirmə

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnun qorunmasını təmin edir. Bu maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə “mülkiyyət” anlayışı yalnız maddi əmlakı deyil, həm də iqtisadi dəyərə malik olan hüquqları və qanuni gözləntiləri əhatə edir.

Bu kontekstdə özəlləşdirmə çekləri aşağıdakı səbəblərə görə mülkiyyət kimi qiymətləndirilə bilər:

  • onlar iqtisadi dəyərə malik hüquqi aktivdir;
  • onlar qanun əsasında yaradılmış hüquqdur;
  • onlar vətəndaşlarda dövlət əmlakında iştirakla bağlı qanuni gözlənti yaratmışdır.

Əgər dövlət tərəfindən yaradılmış belə bir hüquqi institut sonradan faktiki olaraq istifadəsiz hala salınarsa, bu hal mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilər.

  1. Nəticə

Yuxarıda göstərilən hüquqi və konstitusion arqumentlərə əsasən aşağıdakı nəticələrə gəlmək mümkündür:

1) Özəlləşdirmə çekləri iqtisadi aktiv və qiymətli kağız kimi mülki hüquq obyektidir.

2) Bu çeklər vətəndaşların dövlət əmlakında iştirak hüququnu ifadə edən mülkiyyət xarakterli hüquqi alətdir.

3) Çeklərin tədavül müddətinin məhdudlaşdırılması onların hüquqi mahiyyətini və mülkiyyət xarakterli hüquqları aradan qaldıra bilməz.

4) Çeklərin ödəniş vasitəsi kimi istifadəsinin məhdudlaşdırılması və ya faktiki olaraq aradan qaldırılması vətəndaşların mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilər.

5) Belə məhdudiyyətlər həm Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüququnu qoruyan müddəalarına, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə uyğunluq baxımından qiymətləndirilməlidir.

Bu səbəbdən özəlləşdirmə çeklərinin hüquqi statusu və onların yaratdığı mülkiyyət hüquqlarının qorunması konstitusion hüquq baxımından xüsusi əhəmiyyət daşıyır.         

  1. F) Normativ hüquqi aktların iyerarxiyası – qanun və fərman arasındakı ziddiyyətin hüquqi ƏSASLANDIRILMASI – Konstitusion Nəzarət TESTİNİN vacibliyi

Normativ Aktların İyerarxiyası – Qanunla yaradılmış hüquq icra hakimiyyəti aktları ilə məhdudlaşdırıla bilməz. Bu cür müdaxilə “ultra vires” hesab olunur.

Hüquq sistemində qanun ali normativ aktlardan biridir və onun müddəaları aşağı səviyyəli hüquqi aktlar və ya tətbiq praktikası ilə aradan qaldırıla bilməz. Konstitusiyanın 147 və 149-cu maddələrinə görə Konstitusiya və qanunlar normativ hüquqi aktlar sistemində ən yüksək hüquqi qüvvəyə malikdir və digər normativ aktlar onlara zidd ola bilməz. Bu prinsip normativ hüquqi aktların iyerarxiyasının əsasını təşkil edir. Həmin iyerarxiya sisteminə görə icra hakimiyyəti aktları qanuna uyğun olmalıdır və qanunun müəyyən etdiyi hüquqları dəyişdirə və ya məhdudlaşdıra bilməz.

Bu konstitusion və mülki hüquq normaları nəzərə alındıqda, qanunvericiliklə yaradılmış mülkiyyət hüququnun sonradan icra hakimiyyəti aktı ilə faktiki məhdudlaşdırılması hüquqi baxımdan səlahiyyət həddinin aşılması kimi qiymətləndirilməlidir. Hüquq nəzəriyyəsində və konstitusiya hüququ praktikasında belə hallar “ultra vires” – yəni səlahiyyət həddindən kənar qəbul edilmiş akt kimi xarakterizə olunur. Başqa sözlə, icra hakimiyyəti orqanı qanunverici orqanın səlahiyyətinə aid olan məsələyə müdaxilə etdikdə onun qəbul etdiyi normativ akt hüquqi səlahiyyət çərçivəsindən kənara çıxmış hesab edilir.

Bu presedentlərdən irəli gələn əsas prinsip ondan ibarətdir ki, dövlət tərəfindən yaradılmış mülkiyyət hüququ sonradan qanuni əsas olmadan və adekvat kompensasiya mexanizmi olmadan aradan qaldırıla bilməz. Belə müdaxilə həm hüquqi müəyyənlik prinsipinə, həm də mülkiyyət hüququnun müdafiəsi prinsipinə zidd hesab olunur.

Beləliklə, dövlət özəlləşdirmə paylarının və çeklərinin qanunvericiliklə tanınmış mülkiyyət hüququ olması, bu hüququn yalnız qanunla məhdudlaşdırıla bilməsi və icra hakimiyyəti aktları ilə məhdudlaşdırılmasının normativ hüquqi aktların iyerarxiyasına zidd olması nəzərə alınaraq, həmin müdaxilə konstitusion hüquq baxımından səlahiyyət həddinin aşılması – yəni “ultra vires” xarakterli müdaxilə kimi qiymətləndirilməlidir. Bu səbəbdən belə aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması və normativ hüquqi aktların iyerarxiyasına uyğunluğunun müəyyən edilməsi Konstitusiya Məhkəməsinin konstitusion nəzarət səlahiyyətləri çərçivəsində zəruri hesab olunur.

Bu məsələdə tələb edilən nədir? – Mülkiyyət hüququ, hüquqi müəyyənlik prinsipi, hüquqi gözlənti (legitimate expectations) və bərabərlik prinsipi.

1) Konstitusion nəzarət testi (Constitutional Review Test)

  1. a) KONSTİTUSİYA NƏZARƏTİNİ ZƏRURİ EDƏN ÜÇ ŞƏRT (Three-Stage Constitutional Review Test):
  2. aa) QANUNİLİK TESTİ (LEGALITY TESTİ)

Bu testin məqsədi dövlət müdaxiləsinin qanuni, hüquqi əsaslara malik olub-olmadığını müəyyən etməkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinə əsasən, mülkiyyət hüququnun hüquqi tənzimlənməsi qanunverici orqanın səlahiyyətinə aiddir. Bundan əlavə, Konstitusiyanın 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur, 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır.

Bu prinsiplər göstərir ki, mülkiyyət hüququna müdaxilə yalnız qanun səviyyəsində normativ aktla həyata keçirilə bilər.

Dövlət özəlləşdirmə payları və çekləri qanunvericilik aktları ilə yaradılmış və vətəndaşlara dövlət mülkiyyətindən pay kimi verilmişdir. Bu hüquq 1993-cü il özəlləşdirmə qanunu, 1995-ci ildə qanunla qəbul olunmuş dövlət özəlləşdirmə proqramı və 2000-ci il tarixli özəlləşdirmə haqqında qanunla tanınmışdır. Bu gün də Qanunla DÖPÇ ödəmə vasitəsi sayılır.

Lakin sonrakı dövrdə həmin hüququn həyata keçirilməsi icra hakimiyyəti aktları ilə məhdudlaşdırılmışdır. Əgər mülkiyyət hüququ qanunla yaradılmış, lakin icra hakimiyyəti aktı ilə məhdudlaşdırılmışdırsa, bu halda müdaxilə qanunilik testindən keçmir.

  1. ab) NORMATİV İYERARXİYA TESTİ (Hierarchy/ultra vires test)

Bu test dövlət aktının normativ hüquqi aktların iyerarxiyasına uyğun olub‑olmadığını müəyyən edir.

Konstitusiyanın 147 və 149-cu maddələrinə görə Konstitusiya və qanunlar ən yüksək hüquqi qüvvəyə malikdir və digər normativ aktlar onlara zidd ola bilməz. Normativ aktların iyerarxiyası belədir:

  1. Konstitusiya
  2. Qanun
  3. Prezident fərmanı
  4. Nazirlər Kabineti qərarı
  5. Digər normativ aktlar

Bu sistemə görə aşağı səviyyəli akt yuxarı səviyyəli aktı dəyişdirə və ya məhdudlaşdıra bilməz.

Konstitusiyaya əsasən, icra orqanı qəbul etdiyi normativ qanunvericilik aktları ilə Qanunu dəyişdirmək səlahiyyətinə malik deyil. Bu səlahiyyət yalnız Milli Məclisə məxsusdur.

Dövlət özəlləşdirmə payları və çekləri qanunverici orqan tərəfindən tanınmışdır.  Bu gün də Qanunla DÖPÇ ödəmə vasitəsi sayılır. Lakin sonrakı dövrdə icra hakimiyyəti aktları ilə onların istifadəsi məhdudlaşdırılmışdır. Bu isə aşağı səviyyəli normativ aktın qanunla yaradılmış hüquqa müdaxiləsi deməkdir.

Belə vəziyyət hüquq nəzəriyyəsində “ultra vires” – yəni səlahiyyət həddinin aşılması kimi qiymətləndirilir. Bu səbəbdən fərman səlahiyyət həddini aşmışdır.

AİHM-in presedent hüququna görə, fərdləri artıq formalaşmış mülkiyyət hüquqlarından məhrum edən və geriyə qüvvə verən normativ müdaxilə hüquqi müəyyənlik prinsipi ilə uyğun gəlmir və 1 saylı Protokolun 1-ci maddəsi baxımından problem yarada bilər (Pressos Compania Naviera S.A. Belçikaya qarşı).

İstənilən müdaxilə ümumi maraq tələbləri ilə fərdin mülkiyyət hüquqlarının qorunması arasında ədalətli balans yaratmalıdır və ədalətli balans pozulmuşdur (Sporrong və Lönnroth İsveçə qarşı). İndiki halda nə kompensasiya, nə keçid mexanizmi, nə də effektiv müdafiə vasitələri təmin olunmayıb.

  1. ac) MÜLKİYYƏTƏ MÜDAXİLƏ TESTİ (Property interference test)

Bu test beynəlxalq hüquqdan götürülmüşdür və mülkiyyətə müdaxilənin qanuni olub-olmadığını müəyyən edir.

Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə dövlət müdaxiləsi yalnız üç şərtlə qanuni hesab olunur:

  1. müdaxilə qanunla nəzərdə tutulmalıdır
  2. müdaxilə legitim məqsəd güdməlidir
  3. müdaxilə ədalətli balansı pozmamalıdır.

Əgər müdaxilə qanunla nəzərdə tutulmayıbsa, artıq Konvensiyanın tələblərinə uyğun sayılmır.

“Kopecký Slovakiyaya qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, qanunla yaradılmış iqtisadi hüquq şəxsdə legitim gözlənti yaradır.

“Broniowski Polşaya qarşı” işində isə Məhkəmə göstərmişdir ki, dövlət tərəfindən yaradılmış mülkiyyət mexanizmi kompensasiya və ya alternativ mexanizm olmadan faktiki olaraq səmərəsiz vəziyyətə gətirilə bilməz.

ÜMUMİ NƏTİCƏ: Yuxarıdakı üç hüquqi testin tətbiqi göstərir ki:

  1. müdaxilə qanunilik testindən keçmir
  2. normativ aktların iyerarxiyası pozulmuşdur
  3. mülkiyyətə müdaxilə beynəlxalq hüquq standartlarına uyğun deyil.

Bu səbəbdən dövlət özəlləşdirmə payları və çekləri ilə bağlı yaranmış vəziyyət Konstitusiyanın mülkiyyət hüququnu qoruyan müddəalarına və Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə zidd hesab edilə bilər.

Yuxarıda göstərilən halların məcmusu göstərir ki, mövcud vəziyyət Konstitusiya nəzarətinin həyata keçirilməsini tələb edən klassik konstitusion vəziyyət yaradır. Belə hallarda Konstitusiya Məhkəməsi hüquqi sistemdə yaranmış qanun–inzibati praktika ziddiyyətini aradan qaldırmalı və Konstitusiyanın aliliyini təmin etməlidir.

  1. b) ƏSAS HÜQUQİ TEZİS (MASTER ARGUMENT – NORMATİV KOLLAPS)

Mövcud vəziyyət normativ hüquq sistemində ciddi ziddiyyət yaratmışdır. Bir tərəfdən qanunvericilik səviyyəsində vətəndaşlara dövlət özəlləşdirmə payları verilmiş və bu paylar dövlət özəlləşdirmə çekləri formasında qiymətli kağız kimi rəsmiləşdirilmişdir. Digər tərəfdən isə həmin hüququn həyata keçirilməsi sonrakı inzibati praktika və iqtisadi siyasət nəticəsində faktiki olaraq dayandırılmışdır.

Beləliklə hüquqi sistemdə paradoksal vəziyyət yaranmışdır: qanun qüvvədə qalır, lakin onun yaratdığı hüquq praktik olaraq istifadə edilə bilmir. Hüquq nəzəriyyəsində bu vəziyyət normativ sistemin “faktiki kollapsı” kimi qiymətləndirilir. Çünki normativ hüquq aktı formal olaraq mövcud olsa da, dövlət tərəfindən yaradılmış mexanizmlərin aradan qaldırılması nəticəsində həmin normanın hüquqi nəticələri real həyatda tətbiq olunmur.

Hüquqi dövlət prinsipinə görə dövlət hakimiyyəti qanunla müəyyən edilmiş hüquqları yalnız qanunvericilik qaydasında dəyişdirə və ya ləğv edə bilər. Qanunun formal olaraq qüvvədə saxlanılması, lakin onun tətbiqinin inzibati praktika və ya dövlət siyasəti vasitəsilə faktiki dayandırılması hüquqi müəyyənlik prinsipini pozur və normativ aktların iyerarxiyasını sarsıdır. Bu vəziyyət vətəndaşların qanunla əldə etdikləri hüquqların yalnız formal xarakter daşımasına səbəb olur və beləliklə qanunun aliliyi prinsipi faktiki olaraq inzibati siyasətin aliliyi ilə əvəz edilir.

Bu səbəbdən Konstitusiya Məhkəməsi qarşısında duran əsas konstitusion məsələ belə formalaşır: qanun qüvvədə qaldığı halda onun tətbiqinin dövlət siyasəti və inzibati praktika vasitəsilə faktiki olaraq dayandırılması Konstitusiyanın hüquqi dövlət, mülkiyyət hüququ və normativ hüquqi aktların iyerarxiyası prinsipləri ilə uyğun hesab edilə bilərmi?

Ulu Ödər Heydər Əliyevin imzaladığı Qanun qüvvədə qalır, lakin məmurlar dövlətin adından sui-istifadə edərək, yeni siyasət adı ilə qanunun tətbiqinə imkan vermirsə, bu, artıq qanunun aliliyinin, Ümummilli Lider Heydər Əliyevin və dövlətin Tarixi Ədalət və İqtisadi Siyasətinin pozulmasıdır .

Qanun qüvvədə qalırsa, amma dövlət onun işləməsinə imkan vermirsə, hüquqi dövlət prinsipi necə qorunur?

  1. G) Dövlət özəlləşdirmə çeklərinin qanuni qaydada dövriyyədən çıxarılmamasını təsdiq edən faktlar və dövlət orqanlarının rəsmi mövqeyi

Qanunvericilik aktlarına görə, Azərbaycan Respublikası adından qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarət etmək səlahiyyətləri əvvəllər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə, sonra Maliyyə Bazarlarına Nəzarət Palatasına aid idi. İndi isə bu səlahiyyət Mərkəzi Banka aiddir.

2011-2016-cı illərdə səlahiyyətli dövlət orqanı olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin öz rəsmi məlumatından göründüyü kimi özəlləşdirmə çeklərini hüquqi dövriyyədən çıxarılmış maliyyə aləti kimi deyil, dövriyyədə olan qiymətli kağızlar sırasında göstərmişdir.

Sonradan Qanunla qiymətli kağızların dövriyyədən çıxarılmasına cavabdeh olan rəsmi dövlət orqanı Maliyyə Bazarlarına Nəzarət Palatası 2016-2017-ci illər arasında rəsmi cavablarında etiraf etmişdir ki: özəlləşdirmə çeklərinin ödəniş vasitəsi kimi istifadəsi 2011-ci ilin yanvarında başa çatıb, lakin onların dövriyyədən çıxarılması üçün heç bir prosedur qəbul edilməmişdir və istifadə olunmamış çekləri tənzimləyən qanunvericilik bazası natamam qalmışdır.

Hal-hazırda dövlət özəlləşdirmə payları (çekləri) hələ də QANULA dövriyyədə olduğu halda, vətəndaşlar həmin payların mülkiyyətçisi olaraq öz konstitusion hüquqlarından istifadə edə bilmir. Buna səbəb isə həmin paylar üzərindəki mülkiyyət hüquqlarının Konvensiyaya, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına zidd olaraq  müvafiq icra hakimiyyəti orqanları tərəfindən məhdudlaşdırılması, pozulmasıdır.

2011-ci ildən sonra dəfələrlə AR Nazirlər Kabinetinin qərarlarında və AR Prezidentinin fərmanlarında edilən bu dəyişikliklərin sırf texniki xarakter daşıması ehtimalı zəifdir – əsaslandırılmır, texniki səhv sayıla bilməz!

Məsələn, 28 dekabr 2022-ci il tarixli 1933 nömrəli Fərmanla  “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 382 nömrəli Fərmanın 4-cü bəndində dəyişiklik etmişdir və orada yazılır: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaratsın; öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın icrasını təmin edən digər tədbirlər həyata keçirsin”.

Diqqət edək: Bu, o deməkdir ki, dövlət orqanının hüquqi varisliyi (səlahiyyətlərin ötürülməsi) 2022-cü ildə hələ də çeklərin istifadəsi ilə bağlı normanı qüvvədə saxlayıb. Bu uyğunlaşdırmalar  yalnız o halda edilə bilər ki, norma hələ qüvvədə olsun. Bu normanın saxlanılması həmin hüququn – müvafiq institutun qüvvədə qalmasını göstərir.

Deməli, Dövlət özü 2022-ci ildə özəlləşdirmə çeklərinin istifadəsi üçün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cu maddəsi ilə hüquqi mexanizmin mövcud olduğunu qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-cü il tarixli fərmanı ilə özəlləşdirmə çeklərinin istifadəsi ilə bağlı normada yalnız səlahiyyətli orqan dəyişdirilmiş, lakin normanın özü qüvvədə saxlanılmışdır. Bu isə özəlləşdirmə çeklərinin hüquqi institut kimi mövcudluğunu və hüquqi qüvvəsinin davam etdiyini təsdiq edir. Beləliklə, 2022-ci ildə normada səlahiyyətli orqanın dəyişdirilməsi həmin mexanizmin hüquqi mətnlərdə saxlanıldığını göstərir. Bu hal çeklərin hüquqi taleyinin qəti şəkildə “dövriyyədən çıxarılma” proseduru ilə tamamlanmadığına dair arqumenti gücləndirir.

Bu hal ödəmə vasitəsi kimi istifadə olunmayan DÖPÇ-nin  dövriyyədən çıxarılmasına dair qanunla tələb olunan prosedurun (reyestr qeydi və rəsmi dərc daxil olmaqla) tamamlanmaması barədə arqumenti gücləndirir. Hazırkı şikayət hüquqi və normativ əsaslara söykənir və məsələni konstitusion nəzarət predmetində qaldırır.

Mübahisə faktlara deyil, qanunla tanınmış hüququn icra hakimiyyəti aktları ilə məhdudlaşdırılmasına aiddir.

Şikayət normativ aktların birlikdə yaratdığı hüquqi nəticənin – qanunla tanınmış mülkiyyət hüququnun icra hakimiyyəti aktları ilə Konstitusiyanın 13 və 29-cu maddələrinə zidd olaraq faktiki məhdudlaşdırılmasını mübahisələndirir.

Eyni zamanda rəsmi dövlət orqanlarının sənədləri təsdiq edir ki, DÖPÇ qanunla dövriyyədən çıxarılmayıb – məhz bu səbəb problemin Konstitusiya Məhkəməsində araşdırılmasının vacıb olduğunu təsdiq edir.

DÖPÇ sadəcə kupon və ya kağız deyil, qanunlarla qəbul olunmuş qaydada real mülkiyyət hüququnu təmsil edən aktivdir.

Əgər çeklər dövriyyədən rəsmi qanunla çıxarılmayıbsa, onların əsas funksiyası özəlləşdirmədə ödəniş vasitəsi olubsa, bu hüquq üçün qanunda müddət göstərilməyibsə, onda belə nəticə çıxarmaq mümkündür: özəlləşdirmə çekləri mülkiyyət hüququnu təmsil edən aktiv olaraq qalır.

Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsasən, mülkiyyət anlayışı yalnız fiziki əmlakla məhdudlaşmır, həm də iqtisadi dəyərə malik olan hüquqlar və aktivləri əhatə edir.

  1. H) Konstitusiya və Qanunlara əsasən İDDİA MÜDDƏTLƏRİ ÜMUMİYYƏTLƏ  BAŞLAMAYIB  – hüquqi ƏSASLANDIRMA
  2. AR Konstitusiyasının 13-cü maddəsinə görə, “I Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”.

AR Konstitusiyasının 29-cu maddəsinə görə:

I Hər kəsin mülkiyyət hüququ vardır.

II Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

III Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

IV Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən, mülkiyyət hüququ toxunulmazdır, dövlət tərəfindən müdafiə olunur və qanunla qorunur, mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

AR Konstitusiyasının 94-cü maddəsinə görə, “Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar: 94.1-ci maddəsinin 13-cü bəndində deyilir ki, mülkiyyət hüququ, o cümlədən mülkiyyətinin hüquqi rejimi, digər əşya hüquqları; öhdəlik hüququ  ancaq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ümumi qaydalar müəyyən edilir”.

  1. AR MM-in “İddia müddətinin şamil edilmədiyi tələblər” adlanan 384-cü maddəsinə görə, “384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri;

AR MM-nin “Qiymətli kağızların dövriyyədən çıxarılması” adlanan 1078-27-ci maddəsinə görə, “1078-27.1.4-1. tədavül müddəti bitdikdən sonra qiymətli kağızlar ödənildikdə;

1078-27.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

1078-27.2. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər dövlət qeydiyyatına alınmış qiymətli kağızlar dövriyyədən çıxarıldıqda Azərbaycan Respublikasının Mərkəzi Bankı qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər etməlidir.

1078-27.3. Qiymətli kağızların dövriyyədən çıxarılması haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi mediada dərc olunmalıdır. (6 iyul 2023-cü il tarixli 936-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilmişdir).

1078-27.4. Qiymətli kağızların dövriyyədən çıxarılması barədə məlumatın dərc edildiyi gündən onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc edildiyi gündən həmin kağızlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir.

1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir.

1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir”.

  1. İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur”.

14-cü maddəsində deyilir ki, “Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir”.

62.1-ci maddəsində deyilir ki, İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

67.11-ci maddəsi isə nəzərdə tutur ki, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır.

  1. Konstitusiya və Qanunların pozulması: Məhkəmələr hesab edib ki, guya Şikayətçilər Mülki Məcəlləsinin 373.1-ci maddəsində olan 10 illik iddia müddətini və İnzibati icraat haqqında Qanunun 67.11-ci maddəsində olan 1 illik müddəti ötürüblər.

Hesab edirik ki, məhkəmənin gəldiyi bu nəticə AR Konstitusiyasına və digər qanunvericilik aktlarına ziddir:

1) Milli inzibati hüquqa görə “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsində deyilir ki, “maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır”. Məhz həmin elan dərc olunandan sonra 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlayır. Lakin məlum olduğu kimi, bu barədə qanunla imperativ qaydada tələb edilən elan mətbuatda dərc olunmayıb. Başqa bir ifadə ilə 1 illik kompensasiya tələb edilmə müddəti işləməyə başlamayıb ki, bitmiş olsun.

2) İş materiallarında DÖP və DÖPÇ-nin dövriyyədən çıxarılması barədə nə normativ hüquqi akt, nə inzibati akt, nə də qanunla tələb olunan rəsmi elan mövcuddur. Belə olan halda 1 illik müddətin başlanması hüquqi baxımdan mümkün deyildir.

3) Hökumət rəsmi ləğv bildirişinin mövcud olduğunu iddia edərsə, sübutetmə yükü dövlətin üzərinə düşür, çünki belə məlumat yalnız onun institusional məlumat sahəsindədir.

4) İddia ərizəsinin predmetini mülkiyyət hüququnun pozuntusu təşkil edir. Mülkiyyət hüququ pozuntularına isə iddia müddəti şamil olunmur.

5) Yuxarıda rəsmi dövlət orqanları və dövlət səndləri ilə sübut olunmuşdur ki, DÖPÇ-nin qanunla dövriyyədən çıxarılmasına cavabdeh dövlət orqanları heç vaxt çekləri qanunla dövriyyədən çıxarmamışlar.

Buna görə bir illik müddət işləməyə başlamayıb. Mülki Məcəlldə olan xüsusi Qanun maddəsi təsdiq edir ki, bu işdə 10 illik iddia müddəti şamil oluna bilməz.

6) Məhz Mülki Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri – iddia müddətinin şamil edilmədiyi tələblərdən biridir.

7) Bundan başqa vətəndaşlar mülkiyyət hüququnun davam edən məhdudlaşdırılmasını mübahisələndirdiyinə görə milli hüquqa əsasən də müddət qaydaları tətbiq edilə bilməz. Çünki qanunun 10-cu maddəsi hələ də qüvvədədir və Qanunla DÖPÇ ödəmə-tədiyyə vasitəsidir.

Qanun qüvvədədir – bu isə bir daha təsdiq edir ki, ümumiyyətlə iddia müddəti heç başlamayıb!

Məhkəmələr tərəfindən iddiaçıların 10 və ya 1 illik iddia müddətinin ötürüldüyünü qəbul etməsi məhkəmənin işi obyektiv və hərtərəfli araşdırmadığını, qanuni və əsaslı məhkəmə qərarı qəbul etmədiyini, ədalətli məhkəmə araşdırması hüququnun və qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu təsdiq edir.

8) AİHM-də Məhkəmə dəfələrlə qeyd etmişdir ki, iddia müddətləri yalnız Şikayətçi hüququna son və qəti müdaxilə barədə kifayət qədər məlumat əldə etdikdən sonra başlaya bilər (Varnava Türkiyəyə qarşı; Sabri Güneş Türkiyəyə qarşı).

9) Bu işdə:

  • hüququ ləğv edən qanun yoxdur;
  • hüququn xitamını elan edən rəsmi bildiriş yoxdur;
  • kompensasiya mexanizmi yaradılmayıb;
  • daxili məhkəmələr belə gələcək qanunvericiliklə hüququn bərpası ehtimalını qəbul etmişlər.

10) Buna görə hüquqi müəyyənlik yaranmamışdır və heç bir iddia müddəti etibarlı şəkildə başlaya bilməz.

11) İddia müddəti hüquqi baxımdan başlamadan bitmiş hesab edilə bilməz (Miragall Escolano İspaniyaya qarşı).

Nəticə –  Yuxarıdakı faktlar göstərir ki:

1) Çeklərin dövriyyədən çıxarılması barədə normativ akt mövcud deyil.

2) Dövlət orqanlarının rəsmi cavabları hüquqi qüvvənin saxlandığını təsdiq edir.

3) Vətəndaşlar hüquqi baxımdan tanınmış mülkiyyət hüququna malik olmuşdur.

4) Bu hüquq heç vaxt qanuni qaydada ləğv edilməmişdir.

5) Dövlət onun həyata keçirilməsinə mane olan hüquqi qeyri-müəyyənlik yaratmış və saxlamışdır.

6) Hüquqa son qoyan qəti müdaxilə müəyyən edilməmişdir.

Buna görə, ümumiyyətlə, müddət  başlamamışdır ( AİHM Varnava + Sabri Güneş + Miragall ), vəziyyət davam edən pozuntu təşkil edir, ratione temporis baxımından tam qəbul ediləndir.

Konstitusion Problemin Mahiyyəti: Qanunla yaradılmış və qanunvericilikdə qüvvədə qalan hüququn məhkəmələr tərəfindən iddia müddəti tətbiq edilməklə faktiki olaraq aradan qaldırılması Konstitusiyanın mülkiyyət hüququ, hüquqi dövlət və hüquqi müəyyənlik prinsipləri baxımından konstitusion qiymətləndirmə tələb edən məsələdir.

İ) Dövlət Özəlləşdirmə Çekləri üzrə Mülkiyyət Hüququnun Davam edən Pozuntusu, Hüquqi qeyri-müəyyənlik (Legal Uncertainty) və Dövlətin pozitiv öhdəliyi (investment funds) barədə hüquqi ƏSASLANDIRMA

  1. Davam edən pozuntu (continuous violation)

Hüququn həyata keçirilməsi üçün mexanizm yaradılmadığı üçün pozuntu davam edən xarakter daşıyır. Bu vəziyyət keçmiş hadisə deyil. ( AİHM Broniowski v. Poland – 22 iyun 2004 ).

1) Dövlət tanınmış mülkiyyət hüququnun reallaşdırılması üçün mexanizm yaratmadıqda pozuntu davam edən pozuntu (continuous violation) xarakteri daşıyır.

2) Şikayətçilərin çeklərdən istifadə edə bilməməsi tamamlanmış tarixi aktın deyil, hakimiyyət orqanlarının davam edən hərəkətsizliyinin nəticəsidir.

3) Buna görə vəziyyət keçmiş hadisə deyil, davam edən müdaxilə təşkil edir və iddia müddətləri tətbiq oluna bilməz.

Bu faktlar Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda formalaşdırılmış prinsiplər baxımından mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilə biləcək vəziyyət yaradır. Hazırkı hüquqi vəziyyət Avropa İnsan Hüquqları Məhkəməsinin aşağıdakı presedentlərində formalaşdırılmış prinsiplərlə uyğunluq təşkil edir.

  1. Hüquqi qeyri-müəyyənlik (Legal Uncertainty)

Dövlətin hüquqi çərçivənin hələ də həll olunmadığını etiraf etməsi göstərir ki, vətəndaş müdaxilənin nə vaxt qəti xarakter aldığını müəyyən edə bilməzdi.

Hüquqi qeyri-müəyyənlik dövlətin özü tərəfindən yaradıldıqda şəxslər ondan irəli gələn nəticələri qabaqcadan görə bilmədiklərinə görə məsuliyyət daşıya bilməzlər (Beyeler İtaliyaya qarşı; Öneryıldız Türkiyəyə qarşı).

Azərbaycan Respublikası  Konstitusiyasının 13 və 29-cu maddələrində deyilir ki, mülkiyyət hüququ toxunulmazdır, dövlət tərəfindən müdafiə olunur və qanunla qorunur.

Azərbaycan Respublikası  Konstitusiyasının 94.1-ci maddəsinin 13-cü bəndində deyilir ki, mülkiyyət hüququ ancaq AR Milli Məclisi  tərəfindən ümumi qaydalarla müəyyən edilir.

Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiyası Qanunu Maddə 64.12. Qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol verilmir.

Vətəndaşlar hüquqi dövlət prinsiplərinə, qanunların aliliyinə və dövlətin qəbul etdiyi normativ aktlara etibar edərək özəlləşdirmə çeklərini satmamış, onların gələcəkdə inflyasiyadan qorunan maddi ekvivalent dəyərinin müəyyən edilərək özəlləşdirmə payı – əmlak veriləcəyini və ya  qanuni qaydada dövriyyədən çıxarılaraq ədalətli kompensasiya veriləcəyini gözləmişlər. Bu gözləntilər dövlət orqanlarının rəsmi mövqeləri və uzun müddət ərzində açıq ləğvetmə qərarının olmaması ilə möhkəmləndirilmişdir.

Bu mövqe acıq şəkildə dövlətin özünün belə həmin maliyyə alətinin hüquqi mövcudluğunu inkar etmədiyini və Şikayətçilərdə qanuni gözləntilərin formalaşdığını göstərir.

  1. Dövlətin pozitiv öhdəliyi (investment funds)

Çeklər ləğv edilməyib, geri alınmayıb, kompensasiya verilməyib, hüquqi vəziyyət açıqdır. Qanunun 10-cu maddəsi qüvvədədir.

“Davamlı pozuntu və hüquqi qeyri-müəyyənlik”  (Continuous violation and legal uncertainty) – AİHM hesab etdi ki, daxili qanunvericilik mülkiyyət hüququ yaratdıqda, dövlət onun həyata keçirilməsi üçün praktiki və effektiv mexanizmin mövcudluğunu təmin etməlidir – dövlət mexanizm yaratmaq öhdəliyinə malikdir  (Broniowski Polşaya qarşı). İxtisaslaşdırılmış çek investisiya fondlarının yaradılmaması dövlətin müsbət öhdəliklərinin pozulması deməkdir.

Mülkiyyətin AR Konstitusiyası ilə qorunduğunu nəzərə alaraq, həmin dövrdə qüvvədə olan Konstitusiyaya, qanunlara və DÖPÇ  haqqında Əsasnaməyə əsəsən, bu durumda onların ödəniş vasitəsi kimi istifadəsi məhdudlaşmadığı üçün DÖPÇ bütün özəlləşdirmə dövrü üçün ödəniş vasitəsi kimi istifadə olunmaqda davam etməli idi.

Qanunla qoyulmuş başqa bir yol isə 445 nömrəli Qanunun 19.1-ci maddəsinə və I07.01.1993-cü il tarixli 445 saylı Özəlləşdirmə Qanununun 7-ci Əlavəsinə görə, respublika əhalisinə məxsus özəlləşdirmə paylarının (çeklərinin) bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu ( Çek İnvestisiya Fondları) yaradılaraq istifadə olunmalı idi.

Yəni əvəzsiz verilən əmlak payı, ödəmə vasitəsi statusu, səmərəli yerləşdirmə ideyası,  fond mexanizmi  – “hər kəs öz payını almalıdır” prinsipi ləğv olunmayıb. Qanunun müvafiq müddəaları dövlətin bu hüquqların həyata keçirilməsi üçün normativ və institusional mexanizmlər yaratmaq öhdəliyini nəzərdə tuturdu. Dövlət bu mexanizmi yaratmaqla “legitimate expectation” (qanuni gözlənti) formalaşdırdı. Lakin bu günə qədər Qanuna əməl olunmadı – bütün özəlləşdirmə dövründə heç bir dənə də İxtisaslaşdırılmış Çek İnvestisiya fondu yaradılmadı. Göründüyü kimi, qanunvericilikdə imperativ qaydada nəzərdə tutulmasına rəğmən, ixtisaslaşdırılmış çek investisiya fondları yaradılmadı, nəticədə Şikayətçilərin özəlləşdirmə payını kollektiv və təhlükəsiz şəkildə reallaşdırmaq imkanı təmin edilmədi. Başqa bir ifadə ilə: dövlət öz pozitiv öhdəliyini icra etmədi.

Dövlətin pozitiv öhdəliyi (investment funds məsələsi) əvvəlki qanunlarda açıq şəkildə yazılıb. Başqa bir ifadə ilə vətəndaş özəlləşdirmə çekindən birbaşa istifadə edə bilmirsə,  dövlət investisiya fondları yaratmalı, vətəndaş həmin fondlar vasitəsilə öz mülkiyyət hüququnu reallaşdırmalı idi. Burada artıq sadə proqram vədindən yox, Qanunla qəbul olunmuş imperativ (məcburi) dövlət öhdəliyindən söhbət gedir.

Avropa İnsan Hüquqları Məhkəməsinin “Broniowski v. Poland” (Böyük Palata, 2004) qərarında müəyyən edilmişdir ki, dövlət tərəfindən yaradılmış mülkiyyət hüququnun həyata keçirilməsi üçün effektiv mexanizmin təmin edilməməsi, xüsusilə bu vəziyyət sistemli xarakter daşıyırsa, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu təşkil edir.

Bu vəziyyətə Konstitusiya Məhkəməsi tərəfindən tam aydınlıq gətirilməlidir. Hesab edirik ki, dövlət öz pozitiv öhdəliklərini yerinə yetirmədi və sonradan cənab Prezidentin etibarından sui-istifadə edən bəzi şəxslər tərəfindən Qanun qüvvəsində olmayan normativ hüquqi aktlar və hüquqi terminlərlə manipuliyasiyalar edilərək, vətəndaşların bərabərlik və mülkiyyət hüquqları pozuldu, həmin hüquqlar onların əllərindən alındı.

  1. J) Azərbaycan Özəlləşdirmə Çekləri İşi üzrə Konstitusion prinsiplər ilə bağlı hüquqi ƏSASLANDIRMA

GİRİŞ: Məqsəd Konstitusiya Məhkəməsinə göstərməkdir ki, özəlləşdirmə çeklərinin hüquqi statusunun faktiki olaraq dayandırılması və vətəndaşların həmin çeklərdən istifadə imkanlarının məhdudlaşdırılması Avropa İnsan Hüquqları Konvensiyasının bir neçə maddəsinin pozulmasına səbəb olmuşdur.

Bu sənəd həmçinin göstərir ki, Azərbaycanda özəlləşdirmə çekləri ilə bağlı vəziyyət bəzi postsovet ölkələrində olmuş analoji işlərdən daha güclü hüquqi əsaslara malikdir.

Bu hüquqi analiz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim olunan şikayətin hüquqi əsaslandırmasının tərkib hissəsidir. Bölmənin məqsədi göstərməkdir ki, özəlləşdirmə çeklərinin istifadəsinin faktiki dayandırılması təkcə milli qanunvericiliyin deyil, həm də Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq müddəalarının pozulmasına səbəb olmuşdur.

KONSTİTUSİYA PRİNSİPLƏRİNİN POZULMASI Konstitusiyanın aşağıdakı prinsipləri pozulmuş hesab edilə bilər:

  • Mülkiyyətin toxunulmazlığı prinsipi
  • Hüquqi dövlət prinsipi
  • Normativ hüquqi aktların iyerarxiyası
  • Qanunun aliliyi prinsipi

Qanunla verilmiş mülkiyyət hüququnun sonradan fərman və inzibati praktika vasitəsilə faktiki məhdudlaşdırılması hüquqi dövlət prinsipinə zidd hesab olunur.

AR Konstitusiya Hüququna Əsaslanan Arqumentlər:

  1. Qanunun üstünlüyü prinsipi

Özəlləşdirmə çekləri qanunla yaradılmış hüquqi institutdur. Qanun qüvvədə qaldığı müddətdə həmin hüququn məhkəmə tətbiqi yolu ilə faktiki aradan qaldırılması hüquqi dövlət prinsipinə zidd hesab edilə bilər.

  1. Konstitusiyanın 13-cü və 29-cu maddələri – mülkiyyət hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə isə mülkiyyət hüququnun müdafiəsini təmin edir. Qanunla verilmiş və ləğv edilməmiş iqtisadi hüququn məhkəmə təcrübəsi ilə aradan qaldırılması bu konstitusion təminatların pozulması kimi qiymətləndirilə bilər.

  1. Hüquqi müəyyənlik prinsipi

Hüquqi dövlət prinsipi tələb edir ki, vətəndaşlar qanunvericiliyə əsaslanaraq öz davranışlarını planlaşdıra bilsinlər. Qanun qüvvədə qaldığı halda hüququn məhkəmə təcrübəsi ilə aradan qaldırılması hüquqi müəyyənlik prinsipinə zidd hesab edilə bilər.

  1. Legitim gözlənti prinsipi.

FAKTİK HALLAR:

  1. Azərbaycan Respublikasının 07.01.1993-cü il tarixli “Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Qanunu ilə hər bir vətəndaşa özəlləşdirmə payı verilmişdir.
  2. Bu pay özəlləşdirmə çekləri formasında ifadə olunmuşdur.
  3. Bu gün qüvvədə olan Qanuna əsasən bu çeklər dövlət əmlakının özəlləşdirilməsində ödəniş vasitəsi kimi nəzərdə tutulmuşdur.
  4. Qanunda çeklərin dövriyyədən çıxarılması və ya onların ödəmə vasitəsi kimi istifadə müddətinin məhdudlaşdırılması ilə bağlı norma mövcud deyil.
  5. Sonradan qəbul olunmuş prezident fərmanı ilə çeklərin istifadəsi faktiki olaraq dayandırılmışdır.
  6. Buna baxmayaraq, çeklər hüquqi olaraq dövriyyədən çıxarılmamışdır.
  7. Nəticədə vətəndaşlar qanunla verilmiş özəlləşdirmə hüquqlarından istifadə edə bilməmişdir.

Bu vəziyyət nəticəsində qanunla tanınmış özəlləşdirmə hüququ faktiki olaraq həyata keçirilə bilməyən hüquqa çevrilmişdir.

AVROPA İNSAN HÜQUQLARI KONVENSİYASININ TƏTBİQİ

Bu iş Avropa İnsan Hüquqları Konvensiyasının aşağıdakı müddəaları ilə əlaqəlidir:

1 saylı Protokolun 1-ci maddəsi – mülkiyyətin qorunması

6-cı maddə – ədalətli məhkəmə araşdırması hüququ

13-cü maddə – effektiv hüquqi müdafiə vasitəsi hüququ

14-cü maddə – ayrı-seçkiliyin qadağan edilməsi

Göründüyü kimi, Qanun qüvvədə olduğu halda hüququn tətbiqinin dayandırılması hüquqi dövlət prinsipinə ziddir və Konstitusiya Məhkəməsi bu məsələni hüquqi dövlət prinsipi baxımından araşdırmalıdır.

         K) Azərbaycan Respublikasında özəlləşdirmə çeklərindən faktiki istifadə imkanlarının məhdudlaşdırılması ilə bağlı AİHM PRESEDENTLƏRİ ƏSASINDA HÜQUQİ ƏSASLANDIRMA BLOKU

Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ:

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnun qorunmasını təmin edir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə:

  • dövlət şəxsin qanuni əldə etdiyi iqtisadi aktivlərə müdaxilə edə bilməz
  • belə müdaxilə yalnız qanuni əsas və ədalətli kompensasiya olduqda mümkündür.

AİHM-in bir çox qərarlarında bu prinsip təsdiq edilmişdir. Bu qərarlarda əsas hüquqi prinsip belə ifadə olunur: dövlət şəxsin qanuni əldə etdiyi mülkiyyət hüququnu kompensasiya olmadan aradan qaldıra bilməz.

Qanun qüvvədə qaldığı halda hüququn faktiki həyata keçirilməsinin təmin edilməməsi hüquqi müəyyənlik prinsipinə və legitim gözləntilərin qorunması prinsipinə ziddir. Bu presedentlər göstərir ki, dövlət qanunla vətəndaşlara müəyyən əmlak və ya pay hüququ tanıyıbsa, həmin hüququn faktiki icrasını təmin etməlidir. Əks halda hüquqi müəyyənlik, legitim gözlənti və mülkiyyət hüququ prinsipləri pozulur.

Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsi – Mülkiyyət hüququ

Avropa Məhkəməsinin praktikasına görə, “mülkiyyət” anlayışı geniş şərh olunur və aşağıdakı hüquqları da əhatə edir:

– qiymətli kağızlar

– səhmlər

– maliyyə aktivləri

– müqavilə hüquqları

– iqtisadi gözləntilər (legitimate expectation)

Özəlləşdirmə çekləri vətəndaşlara dövlət əmlakında pay əldə etmək hüququ verdiyinə görə iqtisadi aktiv hesab olunur.

Bu səbəbdən həmin çeklər Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hesab edilir.

Dövlət tərəfindən həmin hüququn faktiki olaraq dayandırılması mülkiyyət hüququna müdaxilə təşkil edir.

Aşağıdakılar vətəndaşların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mülkiyyət hüququnun pozulduğunu təsdiq edir:

1) Vətəndaşların özəlləşdirmə çekləri qanunla heç vaxt rəsmi olaraq  dövriyyədən çıxarılmamışdır və buna görə də mülkiyyət obyekti kimi mövcud olmağa davam etmişdir.  Bununla belə, 2011-ci ildən etibarən dövlət onların dövriyyəsi və ödəmə vasitəsi kimi istifadəsi üçün bütün mexanizmləri dayandıraraq, Şikayətçilərin mülkiyyət hüquqlarını praktiki olaraq həyata keçirməsini qeyri-mümkün edib.

Sonradan qəbul edilmiş Prezident fərmanları ilə əvvəl mövcud olmuş özəlləşdirmə payları (çekləri) üzrə hüquqlar faktiki olaraq məhdudlaşdırıldı və onların icra mexanizmi ləğv edildı. Hüquq yalnız formal sənəd səviyyəsində saxlanılmış, iqtisadi məzmunu kompensasiya verilmədən faktiki olaraq aradan qaldırılmışdır. DÖPÇ artıq ödəniş vasitəsi kimi istifadə oluna bilməsə belə, onlar Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasında sahiblik təşkil etməkdə davam edirdilər.

2) Özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması ilə bağlı heç bir qanunvericilik aktı qəbul edilməmişdir və müvafiq qanunvericilik hələ hazırlanma mərhələsindədir. Yəni dövriyyədən çıxarılması barədə qanunla nəzərdə tutulan prosedur başa çatdırılmamışdır.

2011-ci ildə çekdən istifadənin dayandırılmasına baxmayaraq, sonrakı hökumət aktlarında Nazirlər Kabinetinin qərarları və qəbul edilmiş Prezident fərmanları da daxil olmaqla, özəlləşdirmə çeklərinin mövcud maliyyə alətləri kimi qeyd edilməsi davam etdirilmişdir.

Bu iş Broniowski presedentində müəyyən edilmiş aşağıdakı elementlərə uyğundur. Həmin işdə dövlət tərəfindən hüququn yaradılması, onun reallaşdırılması üçün mexanizmin olmaması, sistemli xarakter daşıması Konvensiyanın pozulması hesab olunur (Broniowski v. Poland – 22 iyun 2004 (Böyük Palata – Grand Chamber). Belə ki, həmin qərarda müəyyən edilmişdir ki, dövlət tərəfindən yaradılmış mülkiyyət hüququnun həyata keçirilməsi üçün effektiv mexanizmin təmin edilməməsi, xüsusilə bu vəziyyət sistemli xarakter daşıyırsa, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu təşkil edir. Həmin işdə Məhkəmə vurğulamışdır ki, dövlət mexanizm yaratmaq öhdəliyinə malikdir, dövlət yalnız mülkiyyət hüququnu formal olaraq tanımaqla kifayətlənməməli, eyni zamanda həmin hüququn praktik və effektiv şəkildə həyata keçirilməsi üçün zəruri hüquqi və institusional mexanizmləri təmin etməlidir. Əks halda, hüququn mövcudluğu nominal xarakter daşıyır və bu, Konvensiyanın tələbləri ilə uzlaşmır.

Mövcud iş üzrə də analoji vəziyyət müşahidə olunur. Dövlət tərəfindən özəlləşdirmə çekləri vasitəsilə vətəndaşlara müəyyən mülkiyyət hüquqları verilmiş, lakin həmin hüquqların reallaşdırılması üçün zəruri mexanizmlər, o cümlədən ixtisaslaşdırılmış investisiya fondlarının yaradılması və ya digər effektiv istifadə vasitələri təmin edilməmişdir.

Nəticədə, Şikayətçilər formal olaraq mövcud olan hüquqlarından faktiki olaraq istifadə edə bilməmiş, bu isə hüquqi qeyri-müəyyənlik və davamlı pozuntu vəziyyəti yaratmışdır.

“Broniowski işi”ndə formalaşdırılmış yanaşmaya uyğun olaraq, belə bir vəziyyət dövlətin pozitiv öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilməli və mülkiyyət hüququnun pozuntusu kimi tanınmalıdır.

Bu baxımdan, mövcud işdə yaranmış vəziyyət yalnız fərdi xarakter daşımır, eyni zamanda geniş sosial qrupa təsir edən sistemli problem kimi çıxış edir ki, bu da “Broniowski presedenti”ndə müəyyən edilmiş “struktur problem” meyarına uyğundur.

Hüquqi müəyyənlik hüququn aliliyinin əsas elementidir və Konvensiya sisteminin fundamental prinsipidir (Brumărescu Rumıniyaya qarşı işi).

AİHM-in “Kopecký v. Slovakia” və “Pressos Compania Naviera S.A. v. Belgium” işlərində qeyd olunduğu kimi, qanunla tanınmış hüquqlar legitim gözlənti yarada bilər. DÖP və DÖPÇ qanunla verilmiş hüquqlar olduğundan, Şikayətçilərdə legitim gözlənti formalaşmışdır – (Kopecký v. Slovakia – 28 sentyabr 2004 (Böyük Palata).

Fakt: AİHM-in presedent hüququna əsasən, “sahiblik” təkcə mövcud əmlakı deyil, həm də mülkiyyət hüququndan səmərəli istifadənin əldə edilməsinə dair qanuni gözləntiləri əhatə edə bilər. Şikayətçi müsadirə olunmuş əmlakın qaytarılması hüququna istinad edirdi və məsələ legitim gözlənti anlayışının tətbiqi ilə bağlı idi. Əgər qanun müəyyən iqtisadi hüquq yaradırsa və həmin hüquqdan istifadə üçün real hüquqi əsas mövcuddursa, bu vəziyyət “legitimate expectation” (qanuni gözlənti) kimi Konvensiya ilə qorunur.

Hüquqi norma: Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və legitim gözlənti prinsipi.

Presedent: AİHM bildirdi ki, qanun konkret hüquqi iddia yaradırsa, bu artıq Konvensiya ilə qorunan legitim gözlənti hesab oluna bilər.

Nəticə: Qanunla tanınmış özəlləşdirmə payı və ya çek hüququ vətəndaşlarda legitim gözlənti yaradır və bu hüququn ləğvi ciddi əsas tələb edir.

“Beyeler İtaliyaya qarşı” işində (2000) dövlət müdaxiləsinin qeyri-müəyyən və proqnozlaşdırılmaz olması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir;

“Pressos Compania Naviera S.A. and Others v. Belgium işi”ndə (20 noyabr 1995), mövcud hüquqa geriyə qüvvəli normativ müdaxilə hüquqi müəyyənlik prinsipinə zidd hesab edilmişdir. Belə ki, dövlət sonradan qəbul etdiyi normativ aktla əvvəllər mövcud olan mülkiyyət hüququnu geriyə qüvvə ilə məhdudlaşdıra bilməz. Bu, hüquqi müəyyənlik prinsipinin pozuntusu hesab olunur.

“Stran Greek Refineries and Stratis Andreadis v. Greece işi”ndə (9 dekabr 1994), dövlət özünün tərəf olduğu mübahisədə sonradan qanunvericilik müdaxiləsi edərək artıq tanınmış hüququ ləğv edə bilməz. Bu, həm ədalətli məhkəmə hüququnun (Maddə 6), həm də mülkiyyət hüququnun (Protokol 1 Maddə 1) pozuntusu hesab olunur.

Hüquqi norma: Konvensiyanın 6-cı maddəsi və 1 saylı Protokolun 1-ci maddəsi.

Presedent: AİHM müəyyən etdi ki, dövlət özünün tərəf olduğu mübahisədə sonradan normativ akt qəbul edib hüquqi nəticəni dəyişə bilməz.

Nəticə: Bu presedent göstərir ki, dövlət aşağı hüquqi qüvvəli aktlarla əvvəlcədən tanınmış hüquqları faktiki olaraq ləğv edə bilməz.

“Stretch Birləşmiş Krallığa qarşı işi”ndə (2003), “legitimate expectation” (qanuni gözlənti) müdafiəsi mülkiyyət hüququnun ayrılmaz elementi kimi tanınmışdır. Məhkəmə qərarında vurğulanmışdır ki, dövlət tərəfindən yaradılmış hüquqi vəziyyət sonradan fərqli dövlət davranışı ilə ləğv edilə bilməz, çünki bu, legitim gözlənti prinsipinin pozulmasına gətirib çıxarır.          

“Păduraru v. Romania işi”ndə (1 dekabr 2005), dövlət vətəndaşları uzun müddət hüquqi qeyri-müəyyənlik vəziyyətində saxlaya bilməz. Hüquqi qeyri-müəyyənlik mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər.

Hüquqi norma: Hüquqi müəyyənlik və mülkiyyətdən dinc istifadə prinsipi.

Presedent: AİHM bildirdi ki, dövlət vətəndaşları uzun müddət hüquqi qeyri-müəyyənlik vəziyyətində saxlaya bilməz.

Nəticə: Qanun qüvvədə olduğu halda onun faktiki tətbiq edilməməsi hüquqi müəyyənlik prinsipinə zidd hesab olunur.

“Maria Atanasiu and Others v. Romania işi”ndə (12 oktyabr 2010), əmlakın qaytarılması və ya kompensasiya hüququ qanunla tanındıqdan sonra dövlət həmin hüququn praktiki həyata keçirilməsi üçün real və işlək mexanizm yaratmalıdır.

Hüquqi norma: Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və hüquqi müəyyənlik prinsipi.

Presedent: AİHM bildirdi ki, dövlət hüquq yaradan qanun qəbul edibsə, onun tətbiqi üçün aydın və işlək mexanizm yaratmalıdır.

Nəticə: Qanunun mövcudluğu kifayət deyil; hüququn real istifadə imkanının təmin olunmaması Konvensiya pozuntusu yarada bilər.

AİHM presidentlərinə  görə demək olar ki, vətəndaşların hüququ DÖPÇ üzərində hüquqi baxımdan mövcud olaraq qalır, hətta müvəqqəti icra olunmasa belə, bu vəziyyət mülkiyyətdən dinc istifadə hüququna müdaxilə təşkil edir.

Beləliklə, vətəndaşlara aid hüququn formal mövcud olduğu, lakin yalnız dövlətin hərəkətsizliyi səbəbindən qeyri-müəyyən müddət ərzində istifadə edilə bilmədiyi hüquqi vəziyyət Konvensiyanın hüquqların nəzəri və illüziya xarakterli deyil, praktik və effektiv olmasını tələb edən prinsipinə ziddir (Airey İrlandiyaya qarşı işi).

AİHM-in “Sporrong and Lönnroth v. Sweden” presedentinə əsasən, müdaxilə qanunla nəzərdə tutulmalı, legitim məqsəd güdməli və ədalətli balans təmin etməlidir. Ədalətli balans pozulmuşdur və daxili məhkəmələr bu üç mərhələli testi tətbiq etməmişdir.

DÖPÇ-nin dövriyyədən çıxarılma barədə normativ aktın olmaması müdaxilənin “lawfulness” meyarına cavab vermədiyini göstərir. Kompensasiya mexanizminin real və əlçatan olmaması proporsionallıq prinsipini pozur.

AİHM-in “Immobiliare Saffi v. Italy” presedentində vurğulandığı kimi, dövlət müdaxiləsi fərdi üzərinə həddindən artıq yük qoymamalıdır.

Aşağıdakılar, vətəndaşların Konvensiyanın 6-cı maddəsi ilə qorunan “ədalətli məhkəmə araşdırması hüququnun” pozulduğunu təsdiq edir:

1) AİHM-in formalaşmış presedent hüququna görə (məsələn, “Ruiz Torija v. Spain”; “Hiro Balani v. Spain” işləri), milli məhkəmələr tərəflər tərəfindən irəli sürülmüş həlledici arqumentlərə cavab verməlməməsi və Şikayətçilərin mülkiyyət hüququnun qanuni ləğvinin olmaması ilə bağlı əsas arqumenti araşdırmaması daxili məhkəmələrin Konvensiyanın 6 §1 maddəsi üzrə problem yaradır. Daxili məhkəmələr Şikayətçilərin normativ iyerarxiya, müddətlərin tətbiq edilməməsi və mülkiyyət hüququnun davam etməsi barədə əsas arqumentlərinə cavab verməmişdir.

2) AİHM-in “Beian v. Romania” və “Sovtransavto Holding v. Ukraine” işlərində, qeyd olunduğu kimi, ziddiyyətli və əsaslandırılmamış məhkəmə qərarları hüquqi müəyyənlik prinsipini pozur. Bu işdə daxili məhkəmələrin qərarları daxili ziddiyyətlidir və “manifest arbitrariness” səviyyəsinə çatır.

3) Ali Məhkəmənin həm dövriyyədən çıxarılmanı təsdiq edən aktın olmadığını qəbul etməsi, həm də hüququn müddətinin bitdiyini bildirməsi qərarın daxili ziddiyyətli və qeyri-ardıcıl olduğunu göstərir.

4) Kassasiya şikayətlərinin formal əsaslarla geri qaytarılması və mahiyyət üzrə araşdırılmaması AİHM-in “Zubac v. Croatia” presedentində müəyyən edilmiş məhkəməyə çıxış hüququ meyarlarına ziddir.

  1. L) NİYƏ AZƏRBAYCAN İŞİ BƏZİ POSTSOVET İŞLƏRİNDƏN DAHA GÜCLÜDÜR?

1) Qanun qüvvədə qalır: Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda əsas qanun qüvvədə qalmışdır. Bu gün qüvvədə olan qanunla DÖPÇ ödəmə vasitəsidir. Bu baxımdan Azərbaycan işi bəzi postsovet ölkələrindəki vauçer özəlləşdirməsi işlərindən fərqli olaraq daha güclü hüquqi əsaslara malikdir. Bir çox postsovet ölkələrində vauçer proqramları ayrıca qanunlarla ləğv edilmişdir.

2) Hüquqi aktların iyerarxiyasının pozulması: Qanunla verilmiş hüquq fərmanla məhdudlaşdırılmışdır.

3) Çeklər dövriyyədən çıxarılmamışdır: Bu isə hüquqi qeyri‑müəyyən vəziyyət yaratmışdır.

4) Dövlətin uzun müddət passiv qalması: Bu vəziyyət uzun illər davam etmişdir və bu da Konvensiya baxımından ciddi problem hesab edilir.

Qanunun aliliyi prinsipinin pozulması:

1) Qanunda özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu və ödəniş vasitəsi kimi istifadə ediləcəyi göstərilibsə və bu qanun qüvvədən düşməyibsə, onda prezident fərmanı ilə onların istifadəsinin dayandırılması normativ aktların iyerarxiyasına zidd ola bilər. Bu isə qanunun aliliyinin pozulması və normativ aktların iyerarxiyasının pozulmasıdır.

2) Konstitusiya prinsiplərinin pozulması – mülkiyyət hüququnun qanunla deyil, fərmanla məhdudlaşdırılması konstitusion baxımdan problemli sayılır.

3)  Hüquqi müəyyənlik prinsipinin pozulması – Avropa hüququnda çox vacib prinsip var: “legal certainty” – hüquqi müəyyənlik. Bu, o deməkdir ki, dövlət vətəndaşa bir hüquq verir, vətəndaş bu hüquqa etibar edir. Dövlət sonradan onu əsassız şəkildə faktiki istifadə olunmaz vəziyyətə gətirə bilməz. Əgər çeklər verilib, amma istifadə mexanizmi dayandırılıbsa, bu, hüquqi müəyyənlik və legitim gözlənti prinsipi ilə əlaqələndirilə bilər.

4)  Avropa İnsan Hüquqları Konvensiyası baxımından bu məsələ əsasən aşağıdakı maddə ilə əlaqələndirilə bilər: Avropa İnsan Hüquqları Konvensiyası – 1 saylı Protokol, Maddə 1. Bu maddə mülkiyyət hüququnun qorunmasını təmin edir. Avropa Məhkəməsinin presedentlərinə görə, mülkiyyət yalnız fiziki əmlak deyil – qiymətli kağızlar və iqtisadi hüquqlar da mülkiyyət hesab edilə bilər. Əgər dövlət vətəndaşa verilmiş iqtisadi hüququ kompensasiya olmadan faktiki istifadəsiz vəziyyətə gətirirsə, bu, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilər.

5) Vətəndaşların mülkiyyət hüquqlarının məhdudlaşdırılması, qanunvericiliyin icra olunmaması, dövlətin üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi, vətəndaşların iqtisadi hüquqlarının pozulması tarixi ədalətin təmin edilməməsi – “xalqa qarşı düzgün olmayan hərəkət” sayıla bilər.

  1. M) ƏSAS ARQUMENTLƏR

1) Mülkiyyət hüququnun pozulması – Arqumentin mahiyyəti

Dövlət özü qanunla vətəndaşlara mülkiyyət hüququ (özəlləşdirmə payı / çek) verib. Bu hüquq qanunla tanınıb, iqtisadi dəyərə malik olub, istifadə mexanizmi mövcud olub. Sonra dövlət bu hüququ ləğv etməyib, amma istifadəsini faktiki olaraq qeyri-mümkün edib. Bu hal “interference with peaceful enjoyment of possessions” sayılır. AİHM dili ilə: çeklər “possession” kimi tanınır (yalnız əmlak yox, həm də legitimate expectation).

2) “Legitimate Expectation” (qanuni gözlənti) pozuntusu

Dövlət qanun qəbul edib, mexanizm yaradıb,  investisiya fondları və s. vəd edib. Belə bir gözlənti yaranıb: “Mən bu çeklə dövlət əmlakından pay alacağam”. Pozuntu: qanunla tənzimlənən mexanizm pozulub – başqa mexanizm yaradılmayıb, istifadə imkanları bağlanıb, kompensasiya verilməyib. Bu qanuni gözləntinin pozulmasıdır.

3) De facto müsadirə (indirect expropriation)

Fakt: Çeklər şikayətçilərdə qalır, hüquq formal olaraq qalır – amma istifadə mümkün deyil. AİHM bunu belə qiymətləndirir: “formal olaraq saxlanılan, amma dəyəri sıfırlanan mülkiyyət”. Nəticə: Bu, de facto müsadirə sayılır.

4) Kompensasiya olmadan müdaxilə

AİHM üçün kritik prinsip – əgər dövlət mülkiyyətə müdaxilə edirsə, qanuni əsas olmalıdır, legitim məqsəd olmalıdır, ədalətli kompensasiya olmalıdır. Şikayətçilərin üçün kompensasiya mexanizmi yoxdur, hesablanma yoxdur, prosedur yoxdur. Bu isə avtomatik olaraq pozuntu yaradır.

5) Hüquqi müəyyənlik prinsipinin pozulması (legal certainty)

Fakt: qanun qüvvədədir, fərmanla məhdudlaşdırılıb, dövriyyədən çıxarılma aktı yoxdur. Bu hüquqi vəziyyət qeyri-müəyyən və ziddiyyətlidir. Bu halda AİHM mövqeyi: Hüquqi sistem proqnozlaşdırıla bilən olmalıdır. Şikayətçilərin halında isə: hüquq var, amma işləmir – dövlət özü dəqiq mövqe göstərmir.

6) Effektiv hüquqi müdafiənin olmaması (Maddə 6 və Maddə 13)

Faktlar: məhkəmələr əsas arqumentləri cavabsız qoyub, normativ ziddiyyəti araşdırmayıb, Konstitusiya Məhkəməsinə göndərməyib, sübutları qiymətləndirməyib. Bu isə: Article 6 (fair trial) və eyni zamanda Article 13 (effective remedy) pozuntusudur.

7) Normativ iyerarxiyanın pozulması (dolayı arqument)

AİHM bunu birbaşa yox, dolayı qiymətləndirir. Arqument: qanun → hüquq verir, ancaq sonradan fərman → məhdudlaşdırır,  müdaxilə “qanunla” deyil, fərmanla edilib. Bu isə “lawfulness” kriteriyasını pozur.

8) Proporsionallığın pozulması – balans testi

Dövlət marağı və vətəndaş hüququ. Dövlət heç bir real səbəb göstərmir, bütün vətəndaşların hüququnu bloklayır, alternativ mexanizm yaratmır. Bu hal AİHM tərəfindən “disproportionate interference” sayılır.

9) Sistemli problem (pilot case potensialı)

Fakt: tək şikayətçilər yox – minlərlə vətəndaş təsirlənib. Bu artıq “systemic violation” (sistemli pozuntu) deməkdir. AİHM belə işləri daha ciddi qiymətləndirir. Dövlət qanunla yaratdığı mülkiyyət hüququnu ləğv etmədən, kompensasiya vermədən və hüquqi əsas olmadan faktiki olaraq istifadəsiz hala salmışdır.

  1. N) Beynəlxalq hüquqla bağlı Konstitusion əsaslandırma, KONSTİTUSİON SUALLAR , İCRAATA QƏBUL ETMƏ VƏ QƏRAR ÇIXARMA ZƏRURƏTİ barədə hüquqi əsaslandırma

AR Konstitusiyasının “Dövlətin ali məqsədi” adlanan 12-ci maddəsinə görə, “II Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir”.

AR Konstitusiyasının “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” adlanan 71-ci maddəsinə görə, “III Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

AR Konstitusiyasının “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar” adlanan 148-ci maddəsinə görə, “II Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir”.

AR Konstitusiyasının “Beynəlxalq aktların hüquqi qüvvəsi” adlanan 151-ci maddəsinə görə, “Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, dövlət demokratik, hüquqi və dünyəvi respublikadır və dövlət hakimiyyəti qanunla bağlıdır. Hüquqi dövlət prinsipi tələb edir ki, dövlət orqanlarının fəaliyyəti yalnız qanun əsasında həyata keçirilsin və qanunla vətəndaşlara verilmiş hüquqlar faktiki olaraq təmin edilsin.

Vətəndaşlara qanunla verilmiş hüquqların icra hakimiyyəti aktları və inzibati praktika nəticəsində istifadə olunmaz vəziyyətə gətirilməsi hüquqi müəyyənlik, qanunun aliliyi və mülkiyyət hüququnun qorunması prinsipləri baxımından ciddi konstitusion məsələ yaradır. Bu vəziyyət həm də vətəndaşların legitim gözləntiləri və dövlətin hüquqi öhdəlikləri məsələsini gündəmə gətirir.

Konstitusiya Məhkəməsinin əsas funksiyalarından biri də dövlət hakimiyyətinin bütün qollarının fəaliyyətinin Konstitusiyaya uyğunluğunu təmin etmək və Konstitusiyanın müddəalarına rəsmi hüquqi şərh verməkdir. Bu səbəbdən aşağıdakı konstitusion suallar Konstitusiyanın müvafiq prinsipləri baxımından hüquqi qiymətləndirilməlidir.

Konstitusion suallar:

  1. Qanun qüvvədə qaldığı halda, onun tətbiqinin icra hakimiyyəti aktları ilə faktiki dayandırılması Konstitusiyaya uyğundurmu?
  2. Qüvvədə olan qanunvericilikdə dövlət özəlləşdirmə paylarının (çeklərinin) hüquqi statusu müəyyən edildiyi halda, bu hüququn faktiki olaraq icra hakimiyyəti aktları və inzibati praktika vasitəsilə istifadə olunmaz vəziyyətə gətirilməsi Konstitusiyanın hüquqi dövlət və qanunun aliliyi prinsiplərinə uyğun hesab edilə bilərmi?
  3. Qanunvericilikdə özəlləşdirmə çekləri (payları) özəlləşdirmə prosesində istifadə olunan ödəmə vasitəsi kimi tanınmış və bu norma qanunvericilikdən çıxarılmamışdır. Belə olan halda məhkəmələr tərəfindən ümumi mülki iddia müddəti tətbiq edilməklə bu hüquq üzrə tələblərin rədd edilməsi Konstitusiyanın 13-cü və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququna, habelə hüquqi müəyyənlik və legitim gözlənti prinsiplərinə uyğun hesab edilə bilərmi?
  4. Normativ aktların iyerarxiyası prinsipinə əsasən, qanun qüvvədə qaldığı halda, aşağı hüquqi qüvvəli aktlarla həmin qanundan irəli gələn hüquqların faktiki məhdudlaşdırılması Konstitusiyaya uyğun hesab edilə bilərmi?
  5. Dövlət tərəfindən vətəndaşlara verilmiş özəlləşdirmə paylarının (çeklərinin) hüquqi taleyi barədə aydın və effektiv hüquqi mexanizmin təmin edilməməsi Konstitusiyanın hüquqi müəyyənlik prinsipi ilə uyğun hesab edilə bilərmi?
  6. Vətəndaşların qanunla verilmiş mülkiyyət hüquqlarından faktiki istifadə edə bilməməsi Konstitusiyanın mülkiyyət hüququnun təminatı prinsipi ilə uyğun hesab edilə bilərmi?
  7. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, dövlət demokratik və hüquqi dövlət sayıldığı halda, Konstitusiya və qanunlarla vətəndaşlara verilmiş hüquqların siyasi və ya inzibati qərarlar nəticəsində faktiki olaraq ləğv edilməsi və ya istifadə olunmaz vəziyyətə gətirilməsi Konstitusiyanın hüquqi dövlət prinsipi və beynəlxalq hüququn hüquqi müəyyənlik və mülkiyyət hüququnun qorunması standartları ilə uyğun hesab edilə bilərmi?

VII KONSTİTUSİYA MƏHKƏMƏSİNİN İŞİ İCRAATA QƏBUL ETMƏSİ ÜÇÜN 7 ƏSAS HÜQUQİ SƏBƏB

  1. MÜLKİYYƏT HÜQUQUNUN MÜDAFİƏSİ

Özəlləşdirmə çekləri dövlət tərəfindən verilmiş iqtisadi aktivdir, qanunla yaradılmış mülkiyyət hüququdur və Konstitusiyanın 29-cu maddəsi ilə qorunan mülkiyyət hüququnun predmetidir.

  1. NORMATİV AKTLARIN İYERARXİYASI PROBLEMİ

Şikayətin predmeti faktların qiymətləndirilməsi deyil,  mövcud normativ aktların Konstitusiyaya uyğunluğunu yoxlamaqdır. Bu isə konstitusion hüquqi məsələdir.

Qanunla verilmiş hüququn icra hakimiyyəti aktları ilə məhdudlaşdırılması normativ hüquqi aktların iyerarxiyasına zidd ola bilər.

Qanunla tanınmış mülkiyyət hüququ sonradan icra hakimiyyəti aktları ilə faktiki məhdudlaşdırılmışdır. Bu isə Konstitusiyanın 13, 29, 94 və 147-149-cu maddələrinin tətbiqi məsələsini doğurur və Konstitusiya Məhkəməsinin konstitusion nəzarət səlahiyyətlərinə birbaşa daxildir.

  1. HÜQUQİ QEYRİ-MÜƏYYƏNLİK

Bu hüquq qanunvericiliklə ləğv edilməmişdir və DÖPÇ Qanunula dövriyyədən  çıxarılmayıb. Dövlət aktlarının uzun müddət ziddiyyətli tətbiqi və hüquqi statusun aydın olmaması hüquqi müəyyənlik prinsipini pozur. Hüquqi qeyri‑müəyyənlik konstitusion prinsiplərə ziddir. Məhz bu qeyri-müəyyənlik Konstitusiyanın hüquqi dövlət prinsipinə zidd vəziyyət yaradır.

  1. DAVAM EDƏN POZUNTU

Dövlət mülkiyyət hüququnun həyata keçirilməsi üçün effektiv mexanizm yaratmalıdır. Şikayətçilərin hüququnun həyata keçirilməməsi birdəfəlik aktın deyil, davam edən hüquqi vəziyyətin nəticəsidir.

  1. LEGITIMATE EXPECTATION

Vətəndaşların legitim gözləntiləri pozulmuşdur. Qanunla yaradılmış hüquq vətəndaşlarda qanuni gözlənti formalaşdırır və bu gözlənti beynəlxalq hüquqla qorunur.

  1. BEYNƏLXALQ HÜQUQ ÖHDƏLİKLƏRİ

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnun müdafiəsini tələb edir.

  1. KONSTİTUSİON NƏZARƏTİN ZƏRURİLİYİ

Normativ aktların Konstitusiyaya uyğunluğunun müəyyən edilməsi Konstitusiya Məhkəməsinin əsas funksiyalarından biridir.

Yuxarıda göstərilən faktlar, normativ hüquqi aktlar və əsaslandırmalarda olan hüquqi arqumentlərin məcmusu Konstitusiya hüququ baxımından əhəmiyyətli konstitusion problem yaradır. Bu arqumentlər yalnız fərdi iddia deyil, qanunvericilik səviyyəsində tanınmış hüququn faktiki tətbiqi ilə bağlı normativ ziddiyyətin mövcudluğunu göstərir. Effektiv hüquqi müdafiə vasitələrinin olmaması hüququn müdafiəsini mümkünsüz etmişdir. Hüququn faktiki həyata keçirilməsinin qarşısının alınması mülkiyyət hüququnun pozulmasıdır. Dövlətin pozitiv öhdəlikləri yerinə yetirilməmişdir.

Bu səbəbdən təqdim olunan hüquqi arqumentlər və əsaslandırmalar Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmalı və onlara aydın və əsaslandırılmış hüquqi qiymət verilməlidir. Hüquqi dövlət prinsipinin tələbinə görə məhkəmə tərəflərin irəli sürdüyü əsas hüquqi arqumentlərə cavab verməli və normativ hüquqi sistemdə yaranmış ziddiyyətin Konstitusiya baxımından qiymətləndirilməsini təmin etməlidir.

Dövlət mexanizm yaratmalı idi, qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, ixtisaslaşdırılmış çek investisiya fondlarının yaradılması üzrə normativ mexanizm qəbul edilməmişdir. İxtisaslaşdırılmış çek investisiya fondlarının yaradılmaması dövlətin müsbət öhdəliklərinin pozulması deməkdir. AİHM hesab etdi ki, daxili qanunvericilik mülkiyyət hüququ yaratdıqda, dövlət onun həyata keçirilməsi üçün praktiki və effektiv mexanizmin mövcudluğunu təmin etməlidir, dövlət mexanizm yaratmaq öhdəliyinə malikdir (Broniowski Polşaya qarşı).

VIII KONSTİTUSİYA MƏHKƏMƏSİNİN İCRAATA QƏBUL ETMƏ VƏ QƏRAR ÇIXARMA ZƏRURƏTİ

Bu iş üzrə müraciət yalnız fərdi hüquq pozuntusu ilə bağlı deyil, normativ ziddiyyətin aradan qaldırılması məqsədi daşıyır.

Qanunvericiliklə verilmiş mülkiyyət hüquqları qüvvədə qalır, lakin onların həyata keçirilməsi icra hakimiyyəti aktları ilə mümkünsüz hala gətirilmişdir.

Bu vəziyyət normativ aktların iyerarxiyasının pozulması, hüquqi müəyyənliyin və qanuni gözləntilərin pozulması ilə xarakterizə olunur.

Bu cür məsələlərin həlli yalnız Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir və ümumi məhkəmələr bu ziddiyyəti aradan qaldıra bilməz.

Nəticə olaraq, bu iş sistemli hüquqi problemdir və Konstitusiya Məhkəməsi tərəfindən icraata qəbul edilməlidir.

Konstitusiya Məhkəməsinin qərar çıxarmasını zəruri edən 7 əsas tezis:

  1. Qanun qüvvədədir, lakin tətbiq edilmir — normativ ziddiyyət mövcuddur.
  2. Mülkiyyət hüququ formal olaraq qalır, lakin faktiki olaraq aradan qaldırılıb.
  3. Qanundan aşağı aktlarla mülkiyyət hüququ məhdudlaşdırılıb.
  4. Hüquqi müəyyənlik prinsipi pozulub.
  5. Qanuni gözlənti (legitimate expectation) pozulub.
  6. Dövlətin pozitiv öhdəlikləri yerinə yetirilməyib.
  7. Effektiv hüquqi müdafiə vasitəsi mövcud deyil.

Yekun hüquqi mövqe

Bu iş üzrə Konstitusiya Məhkəməsinin müdaxiləsi hüququn tətbiqi deyil, hüququn mövcudluğu ilə onun faktiki ləğvi arasındakı ziddiyyətin aradan qaldırılmasıdır. Bu vəzifənin icra olunmaması hüquqi dövlət prinsipinin pozulmasına səbəb olar.

Problemin ölkə daxilində tam araşdırılması vacibdir.

Ümummilli Liderimiz Heydər Əliyevə və qanunlara inanaraq, öz ailəsinin miras əmlak payı olan DÖPÇ-ləri satmayan vətəndaşlar, müxalifətdən və bəzi məmurlardan fərqli olaraq, bu problemin Ulu Öndər Heydər Əliyev öləndən 6 ay sonra Ramiz Mehdiyev və bu işdə maraqlı olan oliqarx məmurların xəyanəti və cənab Prezidentin etimadından sui-istifadə nəticəsində yarandığına ƏMİNDİRLƏR!

Yuxarıda göstərilən faktlar, normativ ziddiyyətlər və konstitusion pozuntular nəzərə alınaraq, Azərbaycan Respublikası Konstitusiyasını və Milli Məclislə bağlı qanunvericilik aktlarını rəhbər tutaraq

MİLLİ MƏCLİSDƏN X A H İ Ş  E D İ R İ K:

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14.11.2025-ci il tarixli, 2-1(102)-1781/2025 saylı qərarının qəbul edilməsinə əsas təşkil etmiş Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanının 1.1-ci bəndinin “dövriyyədə olan dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-dəkdir” tələbinin, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71, 94, 147 və 149-cu və digər maddələrinə, o cümlədən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli, 878-IQ nömrəli Azərbaycan Respublikası Qanunun 1.0.1-ci, 10-cu və digər maddələrinə, həmçinin digər Qanunlara uyğunluğunun yoxlanılması barədə Milli Məclis adından Konstitusiya Məhkəməsinə sorğu göndərilsin.

Hörmətlə: Özəlləşdirmə Çekləri Qrupu

Müəllif: Aydın Gəray


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki