image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-581673789_1390687559077685_3535246253869436629_n

Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir

image-legitimaz-810x90

Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə iki ölkə arasında mövcud olan əlaqələrin mahiyyətini, tərəfdaşlıq gündəliyinin əsas istiqamətlərini və gələcək strateji perspektivləri dolğun şəkildə əks etdirir. Müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə qazandığı yüksək dinamizmi və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xəttinin davamlı şəkildə dərinləşdiyini nümayiş etdirir. Hazırda Azərbaycan və Özbəkistan təkcə regional tərəfdaş deyil, həm də siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə bir-birini tam dəstəkləyən, ortaq maraqlar əsasında sıx əməkdaşlıq edən müttəfiq dövlətlərdir. Xüsusilə Mərkəzi Asiya Dövlət Rəhbərlərinin Daşkənddə keçirilən Məşvərət Görüşü ərəfəsində bu müsahibənin verilməsi əlaqələrin strateji səviyyəsinin göstəricisidir.

Prezident cənab İlham Əliyev müsahibəsində tarixi dostluq və qardaşlıq amilinin Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində dayandığını diqqətə çatdırmışdır. Bu əlaqələr yalnız diplomatik münasibətlərə deyil, həm də ümumi etnik-mədəni dəyərlərə, ortaq türk irsinə, əsrlərdən bəri formalaşmış mənəvi və coğrafi yaxınlığa əsaslanır. Cənab Prezident müsahibədə deyib: “Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir.” Cənab Prezident iki ölkənin coğrafi məkanının Xəzər dənizi vasitəsilə birləşdiyini, bu dənizin sadəcə təbii sərvət deyil, həm də strateji körpü, tarixi əməkdaşlıq və qarşılıqlı inteqrasiyanın təməli olduğunu xüsusi vurğulayır. Onun fikrincə, Azərbaycan ilə Özbəkistan arasında qurulmuş münasibətlər “qardaşlıq” və “müttəfiqlik” anlayışları ilə daha dəqiq ifadə olunur. Bu, iki xalqın iradəsinin təbii nəticəsi olmaqla yanaşı, son illər dövlət başçılarının qarşılıqlı səylərinin məhsuludur. Müsahibədə diqqət çəkən əsas məqamlardan biri siyasi əməkdaşlığın səviyyəsidir. Azərbaycan və Özbəkistan dövlət başçıları arasında formalaşmış etimad və səmimi münasibətlər ikitərəfli əlaqələrin bütün sahələrdə intensiv şəkildə inkişafına şərait yaradır.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki