image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-581673789_1390687559077685_3535246253869436629_n

Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir

image-legitimaz-810x90

Azərbaycan–Özbəkistan münasibətlərinin 30 illik tarixini və xüsusilə də iki qardaş ölkə arasındakı əlaqələrin bu günkü səviyyəsini sadəcə diplomatik çərçivədə qiymətləndirmək mümkün deyil. Bu münasibətləri düzgün dəyərləndirmək üçün xalqlarımızı birləşdirən ortaq etnik köklər, dərin mənəvi dəyərlər, tarix və mədəniyyət nəzərə alınmalıdır. Məhz bütün bu amillər səbəbdən ölkələrimiz arasında əlaqələr müttəfiqlik səviyyəsinə çatıb. Azərbaycanla Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələrinə, gündən-günə möhkəmlənən və inkişaf edir. Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Ölkələrimizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu gün eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək. Son bir il yarım ərzində beş qarşılıqlı dövlət səfəri və onlarla mühüm sənədin imzalanması göstərir ki, ölkələrimizin əməkdaşlığı strateji tərəfdaşlıq çərçivəsində davamlı olaraq inkişaf edir. Ali Dövlətlərarası Şuranın fəaliyyəti isə bu münasibətlərin dayanıqlı və planlı şəkildə güclənməsinə xüsusi töhfə verir. Əməkdaşlığın iqtisadi, nəqliyyat, enerji və mədəni-humanitar sahələrdə uğurları da diqqətəlayiqdir. İqtisadi-ticari əlaqələr sürətlə genişlənir, sərmayə qoyuluşları artır, Orta Dəhliz vasitəsilə tranzit daşımaların həcmi yüksəlir. Azərbaycanın beynəlxalq nəqliyyat infrastrukturunun inkişafı ölkəmizin regionda strateji rolunu möhkəmləndirir. Eyni zamanda mədəni və humanitar sahədə həyata keçirilən tədbirlər xalqlarımız arasında qarşılıqlı anlaşmanı dərinləşdirir. İdman, media və qeyri-hökumət təşkilatları sahəsində əməkdaşlıq isə Azərbaycan-Özbəkistan qardaşlığını həm simvolik, həm də real səviyyədə möhkəmləndirir.Azərbaycan – Özbəkistan münasibətləri təkcə regional əməkdaşlığın bir hissəsi deyil, bütövlükdə Türk dünyası daxilində nümunəvi tərəfdaşlıq modelidir: “Cənab Prezident İlham Əliyev öz müsahibəsində ikitərəfli münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini və bu dərinləşmənin həm siyasi etimada, həm də liderlər arasındakı şəxsi dostluğa söykəndiyini xüsusi vurğulayır. İqtisadi-ticari əlaqələrdəki artım, son illərdə həcmcə iki dəfəyə yaxınlaşan ticarət dövriyyəsi və investisiya layihələrinin genişlənməsi bu münasibətlərin real məzmununu daha da gücləndirir. Nəqliyyat və logistika sahəsində Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri kimi Özbəkistan və digər Mərkəzi Asiya ölkələri üçün etibarlı tranzit platforması yaradır. Energetika əməkdaşlığında isə yaşıl enerji və regional inteqrasiya xətti yeni perspektivlər açır. Mədəni-humanitar sahələrdə həyata keçirilən layihələr, qardaşlaşmış şəhərlər, mədəniyyət günləri və ortaq idman təşəbbüsləri xalqlar arasında bağları daha da möhkəmləndirir. Cənab Prezidentin bu sahələrə dair açıqlamalarından aydın olur ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə dövlətlərarası əməkdaşlıq deyil, həm də iki qardaş xalqın sarsılmaz mənəvi həmrəyliyi üzərində qurulmuş strateji gələcək modelidir”.

 

 

 

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı –  Bahar Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki