image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-560055897_1357714409041667_4166272132822885794_n

Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir

image-legitimaz-810x90

Ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir

Əsası 2009-cu ildə Naxçıvan Sazişi ilə qoyulan Türk Dövlətləri Təşkilatı Türk dünyası ölkələri arasında əməkdaşlığı dərinləşdirmək məqsədilə qarşısında dayanan vəzifələri reallaşdırmaq istiqamətində uğurlu inkişaf yolu keçib. Azərbaycan həmişə Türk dünyası ölkələri arasında siyasi, təhlükəsizlik, müdafiə sənayesi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əsas aktoru və hərəkətverici qüvvəsi kimi çıxış edib. Qəbələ Zirvəsi isə bu sənədin ruhuna uyğun olaraq vahid təhlükəsizlik məkanının möhkəmləndirilməsi yolunda mühüm mərhələ oldu.

“Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr edilmişdi. Təşkilata üzv ölkələr yenidən bir araya gələrək, sonuncu Zirvə Görüşündən keçən dövr ərzində görülmüş işləri və əldə olunmuş nailiyyətləri qiymətləndirdilər, təşkilatın inkişaf etdirilməsi və fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi apardılar. Zirvə Görüşündə quruma müşahidəçi üzv statusuna malik ölkələrin də dövlət və hökumət başçıları iştirak etdilər. Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

Dövlətimizin başçısı da Zirvə Görüşündəki çıxışında diqqəti bir sıra mühüm məqamlara yönəltdi. Azərbaycanın 20 milyard dollardan çox sərmayə qoyduğu türk ölkələri iqtisadi əməkdaşlığın səmərəli modelini nümayiş etdirir. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, bu vəsaitlərin əsas hissəsi Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla birgə fondlara yönəlib. Bu, təkcə maliyyə axını deyil, həm də birgə inkişaf fəlsəfəsi deməkdir. TDT çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşməsi türk dövlətlərini dünya iqtisadi sistemində vahid güc mərkəzinə çevirəcək.

Prezident cənab İlham Əliyevin hər bir tədbirdə əsas diqqət göstərdiyi məsələlərdən biri tarixi Zəfərimiz və suverenliyimizin tam bərpa edilməsidir. Zirvə Görüşü bu baxımdan da diqqətdə oldu. Dövlətimizin başçısının çıxışında qeyd olunduğu kimi, qardaş ölkələr Qarabağın və Şərqi Zəngəzurun bərpasında fəal iştirak edirlər. Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin, Cəbrayılda macar qardaşlarımızın hədiyyəsi olan məktəbin, eləcə də Füzuli məscidinin tikilməsi türk həmrəyliyinin parlaq nümunələridir. Bu layihələr təkcə tikinti deyil, mənəvi birliyin, qarşılıqlı etimadın və sarsılmaz qardaşlığın rəmzidir. Türk dövlətlərini birləşdirən mənəvi dəyərlər həm də xalqların gələcək inkişafına ideoloji istiqamət verir. Azərbaycan bu mənəvi inteqrasiyanın mərkəzində dayanaraq, həm tarixi ənənələri qoruyur, həm də müasir dövrün çağırışlarına cavab verən mədəni platformalar yaradır. Bu baxımdan, Azərbaycan dilinin, ədəbiyyatının, musiqisinin və incəsənətinin bütün türk coğrafiyasında tanıdılması, gənclər arasında ortaq layihələrin təşviqi xüsusi əhəmiyyət daşıyır. Məhz bu istiqamətdə görülən işlər türk birliyinin gələcəyini təmin edən ideoloji baza yaradır.

Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq.

 

Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki